Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1683/2024 26.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci ildə Qazax şəhərində anadan olmuş X4 10 sentyabr 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, 30 aprel 2008-ci il Qazax şəhərində anadan olmuş X8 onun oğludur. Oğlu 10 sentyabr 2024-cü il tarixdə yaşadığı Qazax rayonu, Qaymaqlı kəndində özünü asaraq intihar etmişdir. Bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat vermiş, həmin xüsusatlarla bağlı müvafiq araşdırılma aparılmışdır. Qazax Rayon Prokurorluğunun böyük müstəntiqi X6 qəbul etmiş olduğu 09 oktyabr 2024-cü il tarixli, cinayət işinin balanılmasının rədd edilməsi haqqında qərarla araşdırıma yekunlaşdırılmışdır. Sözügedən qərarla Qazax RMX-na tibbi şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etsə də, onlar tibbi şəhadətnamənin verlməsindən imtina etmişdir. Daha sonra Maraqlı şəxsnə müraciət edərək oğluna ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin onlar məhkəməyə müraciət etməli olmağı barədə rəsmi qaydada məktub veriblər. Buna görədə məcbur qalıb məhkəməyə müraciət etməli olub. Qeyd edir ki, oğlu Şahrəddin Əliyevin 10 sentyabr 2024-cü il tarixdə yaşadığı Qazax rayonu, Qaymaqlı kəndində özünü asaraq intihar etməsini faktı həm 09 oktyabr 2024-cü il tarixli, cinayət işinin balanılmasının rədd edilməsi haqqında qərarla tam olaraq sübuta yetirilməkdədir.Ona görə də hesab edir ki, bu hüquqi əhəmiyyətli fakt məhkəmə qətnaməsi əsasında müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, o, Qazax rayonu Qaymaqlı kəndində yaşayır. Ərizəçi onun bacısı oğludur.X1 onun bacısı nəvəsidir. Şahrəddin Əliyev 10 sentyabr 2024-cü il tarixdə, özünü asaraq intihar etmişdir.O, Şahrəddin Əliyevin dəfn mərasimində iştirak etmişdir. Şahrəddin Əliyevin vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, o, Qazax rayonu Qaymaqlı kəndində yaşayır. Ərizəçi onun qohumudur. Şahrəddin Əliyev 10 sentyabr 2024-cü il tarixdə, özünü asaraq intihar etmişdir.O, Şahrəddin Əliyevin dəfn mərasimində iştirak etmişdir. Şahrəddin Əliyevin vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, o, Qazax rayonu Qaymaqlı kəndində yaşayır. Ərizəçi onun qohumudur. Şahrəddin Əliyev 10 sentyabr 2024-cü il tarixdə, özünü asaraq intihar etmişdir.O, Şahrəddin Əliyevin dəfn mərasimində iştirak etmişdir. Şahrəddin Əliyevin vəfat etməsini təsdiq edir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 30 oktyabr 2024-cü il tarixli 3-16-5/8-69-Q-1251\2024 saylı doğum haqqında arayışdan görünür ki, X8 30 aprel 2008-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. Ərizəçi atası Ərizəçi, anası X12r. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1983-cü ildə Qazax rayonu Qaymaqlı kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-Ə-70-373/2024 saylı arayışdan görünür ki, X4 xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 oktyabr 2024-ci il tarixli qərarın surətindən görünür ki, X4 intihar etməsi barədə toplanmış material üzrə cinayət işinin başlanılması cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında Azərbaycan Respublikası «Tibbi ərazi X3»nin X17 Qazax Rayon Mərkəzi X11 Şəxs tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli, 18-1-51/2-Ə-1149-42- 138/2024 nömrəli arayışdan görünür ki, Qazax rayon Qaymaqlı kənd sakini 30 aprel 2008ci il təvəllüdlü X4 rəhmətə getməsi ilə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciət edilməmiş və xəstəxana tərəfindən mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli 3-16-5/8-7-378/2024 saylı məktubdan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na uyğun olaraq ölüm haqqında akt qeydinin bərpa edilməsi tibbi şəhadətnamə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X1nun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 10 sentyabr 2024cü ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Qazax rayonunun Qaymaqlı kəndində 30 aprel 2008-ci il tarixdə anadan olmuş X4 10 sentaybr 2024-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1683/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1683/2024
26.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver