Məhkəmə qərarları › İş №2(023)-1697/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1697/2023

14.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1697/2023 14.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil oğlunun, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktoru Nümayəndə Mehralı qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktorunun 04 oktyabr 2023-cü il tarixli, 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq bağlanmış əmək müqaviləsinə 04 oktyabr 2023-cü il tarixdən xitam verilməsi barədə əmrin və Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin direktorunun 04 oktyabr 2023-cü il tarixli, 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi olaraq bağlanmış əmək müqaviləsinə 04 oktyabr 2023-cü il tarixdən xitam verilməsi barədə əmrin ləğv edərək, onun Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 sentyabr 2005-ci il tarixdən Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbində əmək fəaliyyətinə başlamışdır. 15 sentyabr 2015-ci il tarixdən ibtidai sinif müəlliməsi və təşkilatçı müavin təyin edilmişdir. 28 iyun 2016-cı il tarixdən Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilmiş, işlədiyi dövrdə həmişə nizam-intizamı ilə fərqlənmişdir. İşlədiyi müddətdə barəsində heç bir intizam tənbeh tədbiri seçilməmişdir. Ona rəsmi qaydada heç bir məlumat verilmədən, izahatı alınmadan və hətta onun xəbəri olmadan Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin direktorunun 04 oktyabr 2023 cu ıl tarixli, 104 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndi-işçi öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsasları qeyd edilməklə Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq bağlanmış əmək müqaviləsinə 04 oktyabr 2023-cü il tarixdən xitam verilmiş və eləcədə Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin direktorunun 04 oktyabr 2023-cü il tarixli, 104 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi işçi öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda əsasları qeyd edilməklə Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi olaraq bağlanmış əmək müqaviləsinə 04 oktyabr 2023-cü il tarixdən xitam verilmişdir. O bundan xəbər tutduqdan sonra, işdən azad olurmağı barədə əmrləri dəfələrlə tələb etsə də əmrlər ona verilməmişdir. Vəkili tərəfindən əmrlərin və işdən azad edilməyi ilə bağlı digər sənədlər sorğu edilərək tələb ediləsədə ona da cavab verilməmişdir. Dəfələrlə tələblərindən sonra yalnız əmək kitabçasını ona vermişlər. Əmək kitabçasında isə yalnız 04 oktyabr 2023-cü il tarixli, 104 nömrəli əmrlə Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsi vəzifə funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndinə əsasən xx.xx.2023-cü tarixdən ləğv edilsin qeyd edilmiş və müəllim olaraq işdən azad edilməsi ilə bağlı əmr əmək kitabçasında ümumiyyətlə qeyd edilməmişdir. Heç bir əsas olmadan və qanunsuz olaraq 04 oktyabr 2023-cü il tarixli , 104 nömrəli əmrlərlə həm müəllim və həm də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. O nə pedaqoji şuranın və nə də həmkarlar ittifaqının iclaslarına dəvət edilmədən və hətta ona heç bir xəbərdarlıq verilmədən, izahatı alınmadan hər iki vəzifəsindən azad edilmişdir. Bunun hamısı eyni gündə necə edilir. Hansı ki, onu heç bir həmkarlar təşkilatının iclasa çağırmamış, nə məktəb, nə də həmkarlar ittifaqı tərəfindən onun izahatı alınmamış və hətta bununla bağlı hər hansı bir iclas keçirilməmişdir. Qanunsuz qəbul edilmiş əmrlərin ləğv edilməsi və işlərinə bərpa edilməsi ilə bağlı cavabdehə mediasiya təklifi göndərmişdir. 13 oktyabr 2023cü il tarixdə təklifi qəbul edilsə də heç bir cavab verilməmişdir. Bundan sonra Mediasiyaya müraciətimi ilə əlaqədar 02 noyabr 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında razılaşma əldə edilə bilmədiyi üçün 02 noyabr 2023-cü ıl tatıxli 00671 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Bu əmrlər verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa əmr üzrə əmək münasibətlərinə xitam verilməsinin əsasları da qeyd edilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, İddiaçı qanunsuz olaraq işdən azad olunub, məktəbin 2 əmri vardır, hər iki əmir qanunsuzdur, Əmək Məcəlləsinin tələblərinə ziddir, hesab edir ki, normalırı düzgün tərtib edilmədiyini, iddiaçının ilə bağlı hər iki əmrin ləğv edilməsini, işə bərpa edilməsini, məcburi iş buraxmaya görə əmək haqqı hesablanmasını tələb edir. 04 oktyabr 2023-cü il tarixdə sənədləşmə aparılır, əldə etdiyimiz həmkarlar ittifaqının qərarı təqdim edilmiş, əslində o qərar deyil protokoldur. Qanunvericiliyin tələbinə əsasən həmkarlar ittifaqı 10 gün müddətində tərəfin iştirakı təmin olunmaqla məsələyə baxır, münasibət bildirir. Münasibəti yəni qərar verməlidir ki, həmin şəxsin işə bərpa edilməsinə razıdırmı şəxsin işdən azad olunmasına, qərara baxsaq görürük ki, orda tamamilə razılıqdan heç bir söhbət getmir, protokolda qeyd edilir ki, pedoqoji şuranın qərarını təsdiq edildiyini yazılır. Həmkalar mütəqil bir təşkilatdır, hansı bir qərarı təsdiq etmir, işçilərin hüquqları pozulmamaq üçün həmkarlardan razılıq alınır. Onların təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun deyildir. Həmkarlar ittifaqı qərar qəbul edən zaman tərəfi 10 gün müddətində məlumatlandırıb, məsələyə münasibət bildirməsi üçün tərəfə məlumat verməsi barədə hər hansı bir sənəd təqdim edilməmişdir. Şəxsi iclasa dəvət edib, onun izahatını alıb, məsələyə aydınlıq gətirməsi ilə bağlı hər hansı bir hərəkət nə həmkarlar ittifaqı, nə də işəgötürən tərəfindən təmin edilməmişdir. İşəgötürəm işçinin azad edilməsi ilə bağlı əmri verən zaman onu dəvət etməli, onun izahatını almalı, xəbərnaməli məktub göndərməli, ən azından ona telefonoqram göndərməlidir ki, şəxslə əlaqə saxlamalıdır ki, bu məsələylə bağlı izahat verməsi şəxsə bildirməlidir. Bu sənədlər hamısı toplanıb həmkarlar ittifaqına ünvanlanmalıdır. 04 oktyabr 2023-cü il tarixdə məktəbdə iclas keçirilir, dərhal həmkarlar iclas keçirir, həmkarlara hansı sənədlər göndərilməsi, həmkarların nəyi müzakirə etməsi göstərilmir. Qanunvericilikdə işçinin işdən azad edilməsi ilə bağlı prosedur normalar tətbiq edilir, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur və bu hallar hər iki əmrin qanunsuz olduğunu əsas verir. İddiaçının işdən azad olunması barədə hər iki əmrin ləğv edilməsini və Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini işinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktoru Nümayəndə məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı iddi tələbində qeyd etdiyi xüsusatlar tamamilə qanunsuz və əsassızdır. Belə ki, 27 sentyabr 2023-cü il tarixdə kənd sakinləri və məktəb kollektivi arasında X. Qıiluyevanın yarıçılpaq və çılpaq şəkillərini paylaşması barədə söz-söhbət yayılmışdır. Bununla bağlı məktəb rəhbərliyi İddiaçı ilə əlaqə saxlamışdır. Hadisə ilə bağlı söhbət aparan zaman o bildirmişdir ki, həmin şəkilləri həkimə göstərmək üçün özü çəkib bacısına göndərmişdir. Şəkillər onun telefonunda qalmışdır və onun xəbəri olmadan kimsə şəkilləri yaymışdır. X. Quluyeva 02 oktyabr 2023-cü il tarixdə işdə olan zaman ona məktəb direktoru tərəfindən rəsmi olaraq xəbərdarlıq edilərək onun çılpaq şəkillərinin yayılması ilə bağlı məktəb pedoqoji şurasının yığıncağının 03 noyabr 2023-cü il tarixdə keçiriləcəyi, onun bu barədə izahat verməsi və iclasda iştirakının zəruri olması bildirilmişdir. O heç bir izahat verməyəcəyini bildirərək həmin gün işin sonuna kimi işdə olmuşdur. Ancaq o növbəti gün, yəni 03 noyabr 2023-cü il tarixdə işə gəlməmişdir. Məktəbin direktoru və digər müəllimlərin mobil telefonları ilə onunla və əri ilə əlaqə saxlamağa çalışılsa da o telefon zənglərinə cavab verməmişdir. Məktəbin Pedoqoji Şuraşının iclası X. Quluyeva olmadan keçirilmişdir. 03 noyabr 2023-cü il tarixdə Hüseynbəyli kənd A. Əliyev adına tam orta məktəbin müəİlimlərinin yığıncağı keçirilmişdir. Yığıncaqda bir məsələ: məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı əxlaq normalarına və müəllimin etik davranış qaydalarına uyğun olmayan hərəkətləri müzakirə edilmişdir. 30 nəfərin iştirakı ilə keçirilən yığıncaqda Pedoqoji Şura qərara almışdır ki, İddiaçı əxlaq normalarına və müəllimin etik davranış qaydalarına sığmayan hərəkətlərə yol verdiyinə görə məktəbin təlim-tərbyə işləri üzrə direktor müavini vəzifəsindən azad olunmalı və məsələ məktəb Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının iclasında müzakirə edilməlidir. Məktəbin direktoru tərəfindən məktəb TİAHİ-na məktubla müraciət edilmişdir. 04 oktyabr 2023-cü il tarixdə məktəb TİAHİ-nin yığıncağı keçirilmişdir. Müəllimlər tərəfindən dəfələrlə X. Quluyevanın mobil telefonuna zəng edilsə də o telefonları açmamışdır və yığıncaq onun iştirakı olmadan keçirilmişdir. Yekdilliklə İddiaçı tutduğu vəzifəsindən azad edilməsi barədə Məktəb Pedoqoji Şurasının qərarının qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərarlar əsasında İddiaçı məktəb direktoru tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə əmr verilmişdir. İşçinin işə götürənin təşəbbüsü ilə işdən azad edilməsi hallarından biri də Azərblaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində təsbit edilmişdir. Əmək Məcəlləsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işdən azad edilir. Eyni zamanda Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcələnin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu ( öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işə götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquq arına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Habelə Əmək Məcəlləsinin 72-ci maddəsinin e) bəndinə əsasən əmək fəaliyyəti zamanı yolverdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəs sisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi təsbit edilmişdir ki, bu göstərilən hallar əsasında X. Quluyeva ilə bağlanmış əmək müqaviləsinə, qanunvericiliyə tam uyğun olaraq xitam verilmişdir. İddiaçı ərizəsində işə götürənin Əmək Məcəlləsinin 70,71,76, 80, 186-cı maddələrinin tələbini pozduğunu qeyd edir. Ancaq o bununla bağlı heç bir sübut vasitəsi təqdim etmir, sadəcə öz düşüncəsinə əsasən qeyd edilən maddələri şərh etməyə çalışır. Qeyd edilənlərə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqınıın hesablanıb ödənilməsinə dair iddia tələbi qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktoru Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, kənd sakinləri və məktəb kollektivi arasında X. Qıiluyevanın yarıçılpaq və çılpaq şəkillərini paylaşması barədə söz-söhbətlə bağlı məktəb rəhbərliyi İddiaçı ilə söhbət aparılmışdır. 02 oktyabr 2023-cü il tarixdə X. Quluyeva işdə olan zaman ona məktəb direktoru tərəfindən rəsmi olaraq xəbərdarlıq edilərək hadisə ilə bağlı 03 noyabr 2023-cü il tarixdə məktəb pedoqoji şurasının yığıncağının keçiriləcəyi, onun bu barədə izahat verməsi və iclasda iştirakının zəruri olması bildirilmişdir. O heç bir izahat verməyəcəyini bildirmiş, 03 noyabr 2023-cü il tarixdə işə gəlməmişdir. Məktəbin direktoru və digər müəllimlərin mobil telefonları ilə onunla və əri ilə əlaqə saxlamağa çalışılsa da o telefon zənglərinə cavab verməmişdir. Məktəbin Pedoqoji Şuraşının iclası X. Quluyeva olmadan keçirilmişdir. Yığıncaqda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı əxlaq normalarına və müəllimin etik davranış qaydalarına uyğun olmayan hərəkətləri müzakirə edilmiş, Pedoqoji Şura İddiaçı əxlaq normalarına və müəllimin etik davranış qaydalarına sığmayan hərəkətlərə yol verdiyinə görə məktəbin təlim-tərbyə işləri üzrə direktor müavini vəzifəsindən azad olunması qərara alınmışdır. Onun tərəfindən TİAHİ-na məktubla müraciət edilmişdir. 04 oktyabr 2023-cü il tarixdə məktəb TİAHİ-nin yığıncağı keçirilmişdir. Müəllimlər tərəfindən dəfələrlə X. Quluyevanın mobil telefonuna zəng edilsə də o telefonları açmamışdır və yığıncaq onun iştirakı olmadan keçirilmişdir. Yekdilliklə İddiaçı tutduğu vəzifəsindən azad edilməsi barədə Məktəb Pedoqoji Şurasının qərarının qüvvədə saxlanılması qərara alınmışdır. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan sənədlərdən görünür ki, işəgötürən Qazax rayon Təhsil Şöbəsi ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixli əmək müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı Qazax rayonu A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi işə qəbul edilmişdir. Qazax rayon Təhsil Şöbəsi ilə İddiaçı arasında xx.xx.2022-cı il tarixli əmək müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı Qazax rayonu A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbinə müəllim kimi işə qəbul edilmişdir. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 04 oktyabr 2023-cü il tarixli 202 saylı tibbi arayışdan görünür ki, Qazax rayon Hüseynbəyli kənd sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2023-cü il tarixdə Qazax RMX PHŞ-da döş qəfəsinin rentgenskopiya müayinəsi, qanın ümumi analizi, kardioloq müayinələrindən keçmiş, Qazax MDM PHŞ-də mədənin qastroskopiya müayinəsi olunmuşdur. xx.xx.2023cü il tarixdə Qazax RMX PHŞ-da ginekoloq müayinəsində olmuşdur. Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin tərtib etdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı üzürsüz səbəbdən işə gəlməmişdir. Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı növbədənkənar Pedaqoji Şurada üzürsüz səbəbdən iştirak etməmişdir. Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin tərtib etdiyi aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilən Pedaqoji Şuranın iclasında məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı məktəbdə etik normalara sığışmayan hərəkətlərə yol verdiyi üçün tutduğu vəzifəsindən azad olması barədə qərar qəbul olunmuşdur. Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı növbədənkənar Həmkarlar Təşkilatının iclasında üzürsüz səbəbdən iştirak etməmişdir. Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin Həmkarlar təşkilatının xx.xx.2023-cü il tarixdə keçirilmiş iclas protokolundan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı qeyri-əxlaqi, müəllimin etik davranış qaydalarına sığmayan hərəkətlərinə görə məktəbdə məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad olunması ilə əlaqədar məktəb Pedaqoji Şurasının qərarı qüvvədə saxlanılsın. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Qazax-Tovuiz Regional Təhsil İdarəsi İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Əsas: 70.ç. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda. Əmək müqaviləsinə xitam verilməsi barədə 104 nömrəli əmrin surətindən görünür ki, Qazax rayonu Hüseynbəyli kənd tam orta məktəb bölməsində “təlim-tərbiyə işləri üzrə direktor müavini” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70.”ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilmiş və ona son haqq hesab ödənilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 104 nömrəli əmrin surətindən görünür ki, Qazax rayonu Hüseynbəyli kənd tam orta məktəb bölməsində “müəllim” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70.”ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilmiş və ona son haqq hesab ödənilməsi əmr edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və İddiaçı pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. MN №0020677 saylı qərardan görünür ki, Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktoru Nümayəndə Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 1500 manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Qazax-Tovuz Regional şöbəsinin Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktoru Nümayəndə ünvanladığı 21 noyabr 2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı 30 gün müddət ərzində işə bərpa edilsin və nəticəsi barədə X1 Xidmətinin Qazax-Tovuz Regional şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. Əks təqdirdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən Qazax rayon Təhsil Şöbəsi ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixli əmək müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı Qazax rayonu A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi işə qəbul edilmişdir. Qazax rayon Təhsil Şöbəsi ilə İddiaçı arasında xx.xx.2022-cı il tarixli əmək müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı Qazax rayonu A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbinə müəllim kimi işə qəbul edilmişdir. İddiaçı onun qanunsuz və əsassız işdən çıxarıldığını, yəni işdən çıxarılarkən onun izahatının alınmadığını, eyni zamanda qanuna uyğun olaraq həmkarlar ittifaqı təşkilatının razılığının alınmadığını, eləcə də heç bir əmək pozuntusuna yol vermədiyini əsas gətirərək, işdən çıxarılmasına dair əmrin ləğv edilməsini, əvvəlki işə bərpa olunmaqla, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbini irəli sürmüş, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək bildirir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqınıın hesablanıb ödənilməsinə dair iddia tələbi qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi. Məhkəmə qeyd edir ki, cavabdeh AR Təhsil Nazirinin 04 oktyabr 2023-cü il tarixli, 104 nömrəli nömrəli yoxlamanın nəticələrinə dair əmrinə əsasən İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyini, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifəsinin icrasına səhlənkar yanaşdığını əsas götürsə də, qeyd edilən halla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf məhkəməyə sadəcə İddiaçı əxlaq normalarına və müəllimin etik davranış qaydalarına sığmayan hərəkətlərə yol verdiyinə görə Qazax rayonu Hüseynbəyli kənd tam orta məktəb bölməsində “təlim-tərbiyə işləri üzrə direktor müavini” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70.”ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilmiş və ona son haqq hesab ödənilməsi əmr edilmişdir. Cavabdeh əxlaq normalarına və müəllimin etik davranış qaydalarına sığmayan hərəkətlərə yol verməsi ilə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəf İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək funksiyasına keyfiyyətsiz yerinə yetirməsinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifəsinin icrasına səhlənkar yanaşması ilə əsaslandıraraq Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam versə də, həmin hallarla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işəgötürənin əmək münasibətləri sahəsində daşıdığı əsas vəzifələrindən biri də Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək,əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq vəzifəsidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsində “ç” bəndində işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu halda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsası qeyd olunmuşdur. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə (yəni işəgötürənin təşəbbüsü ilə) müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv edərkən bunun zəruriliyini kifayət qədər əsaslandırmamış, bu barədə mötəbər sübutlar əldə etməmiş, araşdırma aparmamış və əmək müqaviləsini ləğv etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən, əmək qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. Belə ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən həmkarlar ittifaqının razılığı alınmalıdır. Lakin, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən, həmkarlar ittifaqının razılığı alınmamış, bununla da Əmək Məcəllənin 80-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsində qeyd edilir ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən biri kimi “bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” intizam tədbirini verə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Lakin, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarından məlum olur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən onun yazılı izahatı alınmamışdır. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən, bu barədə lazımi araşdırma aparılmadığından, əmrdə bunun zəruriliyi əsaslandırılmadığından, eləcə də əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin yuxarıda qeyd olunan tələbləri pozulduğundan, verilmiş iddia təmin edilməli, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməli, o, əvvəlki işinə bərpa edilməli və məcburi iş buraxma dövrünün əmək haqqı ona tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktorunun 04 oktyabr 2023-cü il tarixli 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə və Azərbaycan Respublikası Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktorunun 04 oktyabr 2023-cü il tarixli 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər ləğv edilsin. İddiaçı əvvəlki Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini və Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi olaraq işə bərpa edilsin və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar