Məhkəmə qərarları › İş №2(023)-1753/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1753/2024

27.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1753/2024 27.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə 27 noyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Mediasiya Şurasının 02 iyul 2024-cü il tarixli Barışıq sazişinin “c” bəndinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə ailə qurub, 16 noyabr 2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların rəsmi nikahından uşaqları olmamışdır. Xarakterlərinin uyğun gəlməməsi və ərinin valideyinlərinin davranışları onu ailə münasibətlərinə xitam verməyə məcbur etmişdir. Bununla bağlı o Cavabdeh mediasiya təklifi göndərmişdir. Qazax rayon Mediasiya şurasında “Mediasiya Haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən 02 iyul 2024-cü il tarixdə Barışıq sazişi imzalamışlar. Barışıq Sazişinin “a” bəndinə əsasən nikahin pozulması üçün birgə Qazax Rayon Qeydiyyat Şöbəsinə müraciət etməyi, “b” bəndinə əsasən nikah pozulduqdan sonra o, Cavabdeh yaşadığı ünvandan özünə məxsus cehiz əşyalarını çıxaracağını, “c” bəndinə əsasən Cavabdeh ona məxsus 24 qram çəkidə olan qarnituru (bir dəst sırğa üzük, iki ədəd boyunbağı (sep), bir ədəd üzük və bir ədəd qolbağı) və 3 qram çəkidə olan üzüyü 07 sentyabr 2024-cü il tarixədək Şəmilova Aytac vəli qızına təhvil verəcəyinə dair öhdəlik götürmüşdür. Lakin Şəmilov X1 “c” bəndini könüllü icra etməkdən boyun qaçırır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı verdiyi izahatında Barışıq sazişinin təsdiq edilməsindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh ərizəni qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, onların Aytaca aldıqları əmi 27 qram qızıl olmuşdur. Toydan sonra ziyanda qaldıqlarından, aldıqları qızılı satmışlar, qızıllar hal-hazırda onda deyil. Barışıq sazişinin təsdiq edilməsini istəmir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2024-cü il tarixdə pozulmuşdur, bu barədə 149 saylı akt qeydi tərtib olunmuşdur. Mediasiya Şurasının 02 iyul 2024-cü il tarixli Barışıq sazişindən görünür ki, Cavabdeh və İddiaçı mediasiya sesiyasında barışıq sazişi bağlayaraq İddiaçı və Cavabdeh nikahın pozulması üçürı birgə Qazax Rayon Qeydiyyat Şöbəsinə müraciət edəcəkləri, nikah pozulduqdan sonra İddiaçı Cavabdeh yaşadığı ünvan 1 ünvanından özünə məxsus cehiz əşyalarını çıxardacağını, Cavabdeh İddiaçı məxsus bir dəst 24 qramlıq qarnituru (bir dəst sırqa-üzük, iki ədəd sep, bir ədəd üzük və bir ədəd qolbaq) və 3 qramlıq üzüyü 07 sentyabr 2024-cü il tarixdə İddiaçı təhvil verəcəyi ilə bağlı barışıq sazişi bağlamışlar. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəçinin tələbindən imtina etməsini qəbul edir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı 16 noyabr 2023-cü ildə nikahlarını rəsmiləşdirməklə evlənmişdir. Birgə nikahdan uşaqları olmamışdır. Tərəflər yaranmış narazılığa görə ayrılmışlar. Ərizəçi nikahın pozulması, qızıl-zinət və cehiz tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və tərəflərin arasında 02 iyul 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Cavabdeh “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Lakin məhkəmə baxışı iclasında ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh ərizənin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilmədiyindən, ərizəçi məhkəməyə müraciət etmişdir. Ərizəçi İddiaçı ərizənin təmin olunmamasını xahiş etdiyindən, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsindən imtina edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar