Məhkəmə qərarları › İş №2(023)-179/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-179/2025

12.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-179/2025 12.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 12 fevral 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ölüm faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il tarixdə Qazax rayonu Ağköynək kəndində anadan olmuş X1 xx.xx.1980-ci il tarixdə Qazax rayonu Ağköynək kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X8 xx.xx.1963-cü il tarixdə Qazax rayonu Ağköynək kəndində anadan olmuş, xx.xx.1980-ci ildə ev şəraitində vəfat etmişdir. X8 vəfat etdikdən sonra qeydiyyat şöbəsində onun ölümü qeydə alınmamışdır. X1 ölüm şəhadətnaməsi olmadığından valideynlərindən qalmış miras əmlakı sənədləşdirə bilməmişdir. Buna görə Maraqlı şəxsnə müraciət etmiş, X2 ölüm akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, xx.xx.1948-ci ildə Qazax şəhərində doğulmuşdur. Ərizəçi onun bacısı oğlu, mərhum X8 isə bacısı qızıdır. X8 epilepsiya xəstəliyindən əziyət çəkmişdir. Vəfa Çobanova 1980-ci ildə vəfat etmişdir və Qazax rayonu Orta Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, xx.xx.1945-ci ildə Qazax rayonu Orta Salahlı kəndində doğulmuşdur. Ərizəçi onun qohumudur. Ərizəçinin bacısı X6 tanımışdır. X8 1980-ci ildə vəfat etmişdir və Qazax rayonu Orta Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, xx.xx.1961-ci ildə Qazax rayonu Ağköynək kəndində doğulmuşdur. Ərizəçi onun yaxın qohumudur. Ərizəçinin bacısı X6 tanımışdır. X8 1980-ci ildə vəfat etmişdir və Qazax rayonu Orta Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, atası X13, anası X10 olmaqla xx xxxx 1973-cü ildə Qazax rayonu Ağköynək kəndində doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, X8 atası X13, anası X10 olmaqla 16 iyul 1963-cü ildə Qazax rayonu Ağköynək kəndində doğulmuşdur. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, ölüm haqqında akt qeydi kitabları Qazax rayon Ağköynək kənd İƏD üzrə 1977-1983-cü illər üzrə yoxlanılmışdır. Ölüm haqqında akt qeydi kitabları Maraqlı şəxs üzrə üzrə 1977-1983-cü illər üzrə yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-Ç-70-332 saylı məktubdan görünür ki, X3 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 27 noyabr 2024cü il tarixli tibbi arayışdan görünür ki, 16 iyul 1963-cü ildə anadan olmuş X5 ölümü ilə bağlı Qazax RMX PHŞ-in Arxiv bölməsində heç bir sənəd aşkar edilməmişdir. X5 qəbir daşından çəkilmiş fotoşəkildə ölüm tarixi xx.xx.1980-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.1980-ci ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Qazax rayonu Ağköynək kəndində anadan olmuş X3 xx.xx.1980-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar