Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1827/2025 16.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 13 sentyabr 1970-ci ildə Qazax şəhərində anadan olmuş, X4 08 oktyabr 1980-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X2 ilə xx.xx.1980-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1980-ci ildə anadan olmuş X8 doğulduğu gündən 25 gün sonra, yəni xx.xx.1980-ci ildə ölmüş və Qazax şəhər qəbirstanlığında dəfn olunmuşdur. Onun dəfnində yaxın qohumlar, qonşular və digər şəxslər iştirak etmişlər. Lakin, oğlu Vasif Əliyev vəfat edərkən həkimdən tibbi şəhadətnamə alınmadığından, onun ölüm haqqında şəhadətnaməsini almaq mümkün olmamışdır. X16 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsələr də, həmin şöbədə aparılmış yoxlama zamanı onun ölüm akt qeydiyyatı tapılmamışdır. X15 ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir, ona görə də hesab edir ki, bu hüquqi əhəmiyyətli fakt məhkəmə qətnaməsi əsasında müəyyən olunmalıdır. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsinin nəticə hissəsində texniki səhv olaraq oğlu X4 xx.xx.1970-ci ildə Qazax şəhərində anadan olduğu qeyd edilmişdir, halbuki oğlu X8 xx.xx.1980-ci ildə anadan olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə qohumluq münasibətləri vardır. Onun ilk dəfə gəlin köçdüyü dövrdə eyni küçədə yaşamışlar. 1980-ci ildə Ərizəçi bir övladı olmuş, lakin 20-25 gün sonra vəfat etmişdir. Onu Qazax Şəhər Qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Mərhum onun ilk övladı olmuşdur. Lakin doğulduqdan 25 gün sonra vəfat etmişdir. Ölümündən sonra qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi qohumu mərhum X1 həyat yoldaşıdır. Onun 1980-ci ildə bir övladı dünyaya gəlmişdir. Adının Vasif olduğunu xatırlayır. Həmin Vasif adlı uşaq 25 gün yaşadıqdan sonra vəfat etmiş və lazımi qaydada dəfn edilmişdir. Odur ki, şəxsin ölüm faktını təsdiqləyir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X7 xx.xx.1980-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Şəhadətnamədə ərin soyadı qrafasında Əliyev, arvadın soyadı qrafasında isə Əliyeva kimi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1980-ci il tarixdə anadan olmuş, ata qrafasında X2, ana qrafasında isə Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan 29 sentyabr 2025-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları uzrə yoxlama aparılmış və X8 barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 29 sentyabr 2025-ci il tarixli Maraqlı şəxs məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na uyğun olaraq ölüm akt qeydinin bərpa edilməsinin ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilərək müvafiq məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan, 06 noyabr 2025-ci il tarixli Qazax Rayonu Qazax Bələdiyyəsindən verilmiş arayışdan görünür ki, xx.xx.1980-ci ildə doğulmuş X8 xx.xx.1980ci ildə vəfat etmiş, Qazax şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum xx.xx.1980-ci il təvəllüdlü X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1980-ci il təvəllüdlü X4 xx.xx.1980-ci il tarixdə ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 13 sentyabr 1980-ci il tarixdə anadan olmuş X4 08 oktyabr 1980-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1827/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1827/2025
16.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver