Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-187/2025 13.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 13 mart 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1972-ci ildə Salyan şəhərində doğulmuş X17 və anası xx.xx.1982-ci ildə Qazax şəhərində doğulmuş X18 Suriya Respublikasında 2019-cu ilin may ayının 24-də ölmüş elan edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X2 xx.xx.1972-ci ildə Salyan şəhərində doğulmuşdur və bu barədə xx.xx.1972-ci ildə Salyan Rayon Qeydiyyat Şöbəsində 172 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X11 xx.xx.1982-ci ildə Qazax şəhərində doğulmuşdur və bu barədə xx.xx.1982-ci ildə Maraqlı şəxsndə 259 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası, anası, o və digər uşaqları (xx.xx.2007-ci il təvəllüdlü X24, xx.xx.2009-cu il təvəllüdlü X19) ilə birlikdə 2009-cu ildə Suriya Respublikasına getmişlər. Valideynlərinin Suriyada xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X20 və xx.xx.2017-ci təvəllüdlü X21 adlı uşaqları doğulmuşdur. Bu uşaqların doğum faktlarıda müəyyən olunmamışdır. Suriyanın müxtəlif bölgəsində yaşamışlar. Məlumdur ki, həmin bölgədə 13 ildir ki, vətəndaş müharibəsi gedir. 2013-14-cü illərdən başlayaraq yaşadıqları ərazi tez-tez bomba atəşinə məruz qalmışdır. 2019-cu ilin may ayında ağır bombardımana məruz qaldıqdan sonra anası yaralanmış və vəfat etmişdir. Həmin vaxtdan atalarını da itirmişlər və bir daha tapa bilməmişlər. Sonradan onlara məlumat vermişlər ki, həmin bombardımanda vəfat etmişdir. ABŞ əsgərləri onu qardaş-bacıları və digər şəxslərlə birgə əsir götürmüşlər. Onlar minlərlə digər əsirlərlə birlikdə Suriya ərazisində yerləşən Əl-Hol kampına yerləşdirilmişlər. Əsirlik həyatları 5 il davam etmişdir. X2 və X11nın həlak olması ilə bağlı hər hansı bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yardımı və Azərbaycan Respublikasının Ankara Səfirliyinin vasitəsi ilə təqdim edilmiş qayıdış şəhadətnaməsi ilə 2024-cü ilin iyun ayında Azərbaycana qayıtmışlar. Lakin atası və anası Azərbaycan Respublikasında vəfat etmədikləri və Suriyada da ölümləri hər hansı bir rəsmi qurumda qeydiyyata alınmadığı üçün onların ölüm haqqında şəhadətnaməsi yoxdur. Onlar Azərbaycana qayıtdıqdan sonra baba və nənəsinin yanında yaşayırlar. X17 və X18 ölmüş elan edilməsi Azərbaycan Respublikasında himayəçi təyin olunduğu bacı-qardaşları üçün müavinətin alınması üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, xx.xx.1972-ci ildə Salyan şəhərində doğulmuş X17 və anası xx.xx.1982-ci ildə Qazax şəhərində doğulmuş X18 Suriya Respublikasında 2019-cu ilin may ayının 24-də ölmüş elan edilmələri ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Doğum haqqında arayışdan görünür ki, Ərizəçi X2, X11 olmaqla xx xxxx 2003-cü ildə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, X17 atası X6, anası X22 olmaqla 06 mart 1972-ci ildə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, X25 atası X12, anası X13 olmaqla 03 avqust 1982-ci ildə doğulmuşdur. Nikah haqqında arayışdan görünür ki, X17 ilə X18 nikahı 06 iyun 2003-cü il tarixdə Maraqlı şəxsndə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 119 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X24 X2, X11 olmaqla 04 mart 2007-cü ildə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, X19 X2, X11 olmaqla 29 mart 2009-cu ildə doğulmuşdur. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, 06 mart 1972-ci ildə Azərbaycan Respublikası Salyan şəhərində anadan olmuş X7 ölümü haqqında məlumatların müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, 03 avqust 1982-ci ildə Azərbaycan Respublikası Qazax şəhərində anadan olmuş X18 ölümü haqqında məlumatların müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin verdiyi xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X17 və xx.xx.1982-ci il təvəllüdlü X3 dəfə xx.xx.2008-ci ildə dövlət sərhədindən keçmişlər. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, X17 və X18 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Qazax rayon İcra Hakimiyyəti başçısının 30 sentyabr 2024-cü il tarixli 9-23/341 saylı Sərəncamından görünür ki, Qazax RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik Komissiyasının 20 sentyabr 2024-cü il tarixli qərarı (Protokol № 16) nəzərə alınaraq Qazax rayonu Qarapapaq kənd sakini Ərizəçi yetkinlik yaşına çatmayan bacıları xx.xx.2007-ci il təvəllüdlü X14, xx.xx.2009-cu il təvəllüdlü X8 himayəçisi, xx.xx.2012-ci il təvəllüdlü qardaşı X1, bacıları xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 qəyyumu təyin edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi atası xx.xx.1972-ci il təvəllüdlü X17 və anası xx.xx.1982-ci il təvəllüdlü X25 xx.xx.2008ci il tarixdə Azərbaycan Respublikasından Suriyaya getmişlər və 2019-cu ilin may ayında ağır bombardımana məruz qaldıqdan sonra anası və atası vəfat etmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 28 avqust xx.xx.1972-ci ildə Salyan şəhərində doğulmuş X17 və xx.xx.1982-ci ildə Qazax şəhərində doğulmuş X25 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.; 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1972-ci ildə Salyan şəhərində doğulmuş X17 və anası xx.xx.1982-ci ildə Qazax şəhərində doğulmuş X5 Respublikasında 2019-cu ilin may ayının 24-də ölmüş elan edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-187/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-187/2025
13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver