Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2016/2025 27.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Qazax rayon maraqlı şəxs Qeydiyyat Şöbəsinəi qisminə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 03 mart 1997ci il tarixdə Azərbaycan Respublikası Qazax rayonu, Canallı kəndində doğulmuş qardaşı X4 19 avqust 2012-ci il tarixdə Azərbaycan Respublikası Qazax rayonu, Canallı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X6 xx.xx.1997-ci il tarixdə Qazax rayonu, Canallı kəndində doğulmuşdur. 19 avqust 2012-ci tarixdə Qazax rayonu, Canallı kəndində vəfat etmiş və Qazax rayonu, Canallı kənd qəbiristanlığında dəfn edilmişdir. Atası və anası onun ölümü ilə əlaqədar pis vəziyyətə düşdükləri üçün qardaşının ölümünü qeydiyyata aldırmamışlar. Atası da 13 oktyabr 2025-ci il vəfat etmişdir. Qardaşının ölüm faktı üzərindən uzun müddət keçdiyi üçün ölüm sənədini əldə etmək və ölümünü qeydiyyata aldırmaq mümkün deyildir. Bu faktın təsdiqi mərhum atasnın vərəsəlik işinin aparılması üçün lazımdır. Bu faktın məhkəmədən kənar təsdiq edilməsi mümkün deyildir. Qeydiyyat şöbəsi ölüm haqqında qeydin aşkar edilməməsi barədə arayış vermiş və məktub verilərək məhkəməyə müraciət edilməsi bildirilmişdir. Bundan başqa Qazax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə müraciət etsə də 12 noyabr 2025-ci il məktubla bildirmişlər ki, ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Maraqlı şəxs 12 noyabr 2025-ci il tarixli məktub və arayış verərək ölümün qeydiyyata alınmadığını və bununla bağlı məhkəməyə müraciət edilməli olduğunu bildirilmişlər. Bununla bağlı şahidləri məhkəməyə təqdim edəcəkdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, bildirdi ki, onun qardaşı X7 15 avqust 2012-ci il tarixdə vəfat etmiş, lakin 19 avqust 2012-ci il tarixdə dəfn edilmişdir. Qəbir daşında da ölüm tarixi 19 avqust 2012-ci il kimi qeyd edilmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçinin qohumudur. Ərizəçi qardaşı Şamil 15 avqust 2012-ci il tarixdə vəfat etmişdir. X2 rayon Canalı kənd qəbirstanlığında dəfn edilmişdir. X4 ölməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşı oğludur. Ərizəçi qardaşı Şamil 15 avqust 2012-ci il tarixdə vəfat etmişdir. X2 rayon Canalı kənd qəbirstanlığında dəfn edilmişdir. X4 ölməsini təsdiq edir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.1997-ci il tarixdə anadan olmuş, ata qrafasında X8, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə anadan olmuş, ata qrafasında X8, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan 12 noyabr 2025-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları uzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 12 noyabr 2025-ci il tarixli Maraqlı şəxs məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na uyğun olaraq ölüm akt qeydinin bərpa edilməsinin ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilərək müvafiq məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan, 07 noyabr 2025-ci il tarixli Qazax RİH-nın başçısının Hseynbəli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X7 xx.xx.2012-ci ildə vəfat etmiş, Qazax rayon Canallı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 12 noyabr 2025-ci il tarixli Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin tibbi arayışından görünür ki, Qazax rayon sakini X4 vəfat etməsi ilə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdiir. İş materiallarında olan fotoşəkillərdə əks olunan qəbir fotoşəkillərnidən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum 03 mart 1997-ci il təvəllüdlü X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə 03 mart 1997-ci il təvəllüdlü X4 15 avqust 2012-ci il tarixdə ölməsi və 19 avqust 2012-ci il tarixdə Qazax rayon Canallı kənd qəbirstanlığında dəfn edilməklə vəfat etməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 03 mart 1997-ci il tarixdə anadan olmuş X4 19 avqust 2012-ci il tarixdə Qazax rayon Canallı kənd qəbirstanlığında dəfn edilməklə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-2016/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2016/2025
27.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver