Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2059/2025 13.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, yoldaşı 11 fevral 1965-ci il tarixdə Qazax rayonu Kosalar kəndində doğulmuş X3 oğlunun 17 avqust 2024-cü il tarixdə Qazax rayonu, Kosalar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxxxxx 1939-cu ildə Qazax rayonu Daşalahlı kəndində anadan olmuş hal-hazırda həmin ünvanda yaşayır. 06 fevral 1968-ci ildə X7 ilə ailə qumuşdur. Onların birgə nikahlarından beş övladı anadan olumuşdur. xx.xx.1968-ci il tarixdə X4, xx.xx.1970-ci il tarixdə X12, xx.xx.1976-cı il tarixdə X6, xx.xx.1978-ci il tarixdə Qurbanova (Pəlilova) Sevda Rəsul qızı və xx.xx.1983-cü il tarixdə X5 anadan olmuşdur. Kiçik qızı 13 iyul 1983-cü ildə anadan olmuş X5 12 may 2002-ci ildə Qazax rayonu Daşsalahlı kəndində rəhmətə gedib. Qızı Qazax rayonu Daşsalahlı kəndində qəbrisanlıqda dəfin etmişdir. Hüquqi savadsızlıqdan və stresdə olduğu üçün ölümü qeydiyyata aldırmamışlar. Ölüm faktının üzərindən uzun müddət keçdiyi üçün ölüm sənədini əldə etmək və ölümünü qeydiyyata aldırmaq mümkün deyildir. Bu faktın təsdiqi vərəsəlik açılması üçün lazımdır. Bu faktın məhkəmədən kənar təsdiq edilməsi mümkün deyildir. Qazax qeydiyyat şöbəsi ölüm haqqında qeydin aşkar edilməsi barədə arayış, eləcədə Qazax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs bu ölüm qeydiyyatının aşkar edilməməsi barədə məlumat vermişdir. Müddət keçdiydən onlar ölüm haqqında şəhadətnaməni əldə edə bilmirlər. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək göstərmişdir ki, ərizənin xahiş etdi hissəsində texniki səhv olaraq qızı əvəzinə yoldaşı yazılmışdır. Bu halları nəzərə alaraq qətnamə qəbul edərkən ərizənin xahiş etdi hissəsində qızı xx.xx.1983-cü il tarixdə Qazax rayonu Daşsalahlı kəndində anadan olmuş X2 12 may 2002-ci il tarixdə, Qazax rayonu Daşsalahlı kəndində rəhmətə getməsi kimi yazılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, xx.xx.1983-cü il tarixdə anadan olmuş X2 12 may 2002-ci il tarixdə ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1983-cü il tarixdə anadan olmuş, ata qrafasında Ərizəçi, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Ərizəçi ilə X8 xx.xx.1968-ci il tarixdə evlənmişlər. İş materiallarında olan 27 oktyabr 2025-ci il tarixli Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin tibbi arayışından görünür ki, Qazax rayon sakini X2 vəfat etməsi ilə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. İş materiallarında olan 22 oktyabr 2025-ci il tarixli Maraqlı şəxs məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na uyğun olaraq ölüm akt qeydinin bərpa edilməsinin ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilərək müvafiq məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X4, X12, X6 akt tərtib edərək göstərmişlər ki, mərhum X5 xx.xx.2002-ci il tarixdə Qazax rayonu Daşsalahlı kəndində vəfat edimiş, xx.xx.2002-ci il tarixdə Daşsalahlı kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbir fotoşəkillərdən əks olunur ki, X5 1983-cü ildə anadan olmuş 2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-896 KOD 50100038 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 04 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Daşsalahlı kəndində yerləşən 0.22 ha torpaq sahəsi Ərizəçi, X8, X6, X9 və X2 mülkiyyət hüququna verilmişdir. İş materiallarında olan JN-896 KOD 50100038 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixli, 04 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Daşsalahlı kəndində yerləşən 0.22 ha torpaq sahəsi Ərizəçi, X8, X6, X9 və X2 mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum xx.xx.1983-cü il təvəllüdlü X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1983-cü il təvəllüdlü X2 xx.xx.2002-ci il tarixdə ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1983-cü il tarixdə anadan olmuş X2 12 may 2002-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-2059/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2059/2025
13.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver