Məhkəmə qərarları › İş №2(023)-2134/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2134/2025

17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2134/2025 17.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 17 fevral 2026-cı il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ölüm faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il tarixdə Qazax rayonu Dəmirçilər kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə Qazax rayonu Dəmirçilər kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi dəqiqləşmə barədə ərizə təqdim edərək, ərizənin xahiş edirəm hissəsinin xx.xx.1985-ci il tarixdə Qazax rayonu Dəmirçilər kəndində anadan olmuş X2 xx.xx.1985-ci il tarixdə Qazax rayonu Dəmirçilər kəndində vəfat etməsi faktının müəyyən edilməsi kimi nəzərə alınmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qızı X5 xx.xx.1985-ci il tarixdə Qazax rayonu Dəmirçilər kəndində anadan olmuş və xx.xx.1985-ci il tarixdə qəfil vəfat etmişdir. Uşaq körpə olduğu üçün həmin tarixdə ölümü qeydə aldırmamışlar. X3 Ölüm haqqında Şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, orada ölümün qeydə alınmasının ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı ona bildirilmişdir. Ölüm faktının təsdiq edilməsi xx.xx.2025-ci il tarixdə vəfat etmiş əri X1 Qazax rayonu Dəmirçilər kəndində mövcud olan miras əmlakı qəbul etmək, sənədləşdirmək üçün lazımdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, xx.xx.1969-cu ildə Qazax rayonunda doğulmuşdur. Ərizəçi onun yaxın qohumudur. Ərizəçinin xx.xx.1985-ci il tarixdə X5 adlı bir usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan az sonra, yəni xx.xx.1985-ci il tarixdə ölmüşdür və Qazax rayonu Dəmirçilər kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, xx.xx.1982-ci ildə Qazax rayonunda doğulmuşdur. Ərizəçi onun anasıdır. X5 onun bacısı olmuşdur. Həmin uşaq doğulduqdan az sonra xəstələnib ölmüşdür və Qazax rayonu Dəmirçilər kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1962-ci ildə anadan olmuşdur. Doğum haqqında arayışdan görünür ki, X5 atası X4, anası Ərizəçi olmaqla 11 mart 1985-ci ildə Qazax rayonu Dəmirçilər kəndində doğulmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-69-M-842/2025 saylı məktubdan görünür ki, ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 11 dekabr 2025-ci il tarixli tibbi arayışdan görünür ki, Qazax rayonu Dəmirçilər kənd sakini X3 Qazax Rayon Mərkəzi Xəstəxanasından ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Ölüm haqqında arayışdan görünür ki, X4 15 iyul 2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1985-ci ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1985-ci il tarixdə Qazax rayonu Dəmirçilər kəndində anadan olmuş X2 xx.xx.1985-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar