Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2164/2025 13.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildə anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə Bələdiyyəsinin yanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyatda olan xx.xx.1979-cu il təvəllüdlü X8 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə Bələdiyyəsinin yanında vəfat etmiş və Qazax şəhər qəbristanlığında dəfin edilmişdir. Hüquqi savadı olmadığı və oğlunun cavan yaşında vəfat etməsi, onu çətin duruma saldığı üçün vaxtında aidiyyatı üzrə orqanlara xəbər verib, müvafiq ölüm haqqında tibbi şəhadətnaməni almamışdır. Qeyd edir ki, mərhum xx.xx.1979-cu il təvəllüdlü X4 ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyatı üzrə Maraqlı şəxsnə müraciət etsədə ona bu şəhadətnamənin verilməsindən imtina edilmişdir ona görə ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. Bundan sonra oğlu və özünün qeydiyyatda olduğu Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarə etmə birliyi” PHŞ-nın Qazax rayon Mərkəzi Xəstəxənası PHŞ-ya, oğlunun vəfat etdiyi ərazi üzrə “Tibbi ərazi bölmələrini idarə etmə birliyi” PHŞ-nın Sumqayıt Tibb Mərkəzi PHŞ və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X7 PHŞ-ya müraciətlərinə cavab verilərək bildirmişdir ki, xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə Bələdiyyəsinin yanında ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Bundan başqa ərizəmə əlavə etdiyim foto şəkillər və arayışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X8 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Qazax şəhər qəbristanlığında dəfin edilmişdir. Hal-hazırda mərhum oğlu xx.xx.1979-cu ildə anadan olmuş X5 müvafiq ölüm haqqında şəhadətnamə ala bilmir. Odur ki, məcburiyyət qarşısında qalıb, xx.xx.1979-cu ildə anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə Bələdiyyəsinin yanında ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətidir. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək xx.xx.1979-cu ildə anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X6 ərizəsini müdafiə edərək, xx.xx.1979-cu ildə anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1979-cu il tarixdə anadan olmuş, ata qrafasında Ərizəçi, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7» X13 xx.xx.2025-ci il tarixli, 330 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdən bu günə kimi Sumqayıt şəhər MTE və PA şöbəsində X8 adında meyit müayinə olunmamışdır. Bu səbəbdən onun ölümü barəsində ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X19"Sumqayit Tibb Mərkəzi" X17 08 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, “Sumqayıt Tibb Mərkəzi” X19ə tabe olan tibb müəssisələrində xx.xx.1979-cu il təvəllüdlü X3 tibbi qeydiyyat sənəd əri, eləcə də (xx.xx.2025-ci ildə) vəfat etməsi ilə bağlı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir qeyd mövcud deyildir. İş materiallarında olan Qazax rayon Qazax bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, həqiqətən mərhum oğlu X10 xx.xx.1979-cu il tarixdə anadan olmuş və xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Qazax şəhər qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan 19 noyabr 2025-ci il tarixli Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin tibbi arayışından görünür ki, Qazax rayon sakini X3 vəfat etməsi ilə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. İş materiallarında olan 19 noyabr 2025-ci il tarixli Maraqlı şəxs məktubundan görünür ki, X5 aid “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na uyğun olaraq ölüm akt qeydinin bərpa edilməsinin ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilərək müvafiq məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X3 ölümü haqqında akt qeydi aşkar olunmadı. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 19.11,2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmş və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan qəbir fotoşəkillərdən əks olunur ki, X8 xx.xx.1979-cü ildə anadan olmuş xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum xx.xx.1979-cü il təvəllüdlü X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1979-cü il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X2 ərizəsi təmin edilsin. xx.xx.1979-cü il tarixdə anadan olmuş X3 25 oktyabr 2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-2164/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2164/2025
13.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver