Məhkəmə qərarları › İş №2(023)-236/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-236/2024

20.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-236/2024 20.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi nümayəndəsi, vəkil Mehtixanov Nicat Namiq oğlunun iştirakı ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 20 fevral 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ölüm faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1899-cu ildə Qazax rayonu Dəmirçilər kəndində anadan olmuş X2 05 iyul 1976-cı il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1899-cu il tarixdə anandan olmuş X7 onun atasıdır. Atası 1899-cu il tarixdə Qazax rayonu Dəmirçilər kəndində anadan olmuş və 05 iyul 1976-cı il tarixdə ünvan 2 ünvanında ölmüşdür. X13 qeyd edilən tarixdə Qazax şəhərində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Atası vəfat etdikdən sonra qeydiyyat şöbəsində onun ölümünü qeyd etdirməmişdir və hazırda mərhum atası Süleyman Qasımov sənəd üzərində yaşayır kimi görünür. X1 ölüm şəhadətnaməsi olmadığından ondan miras qalmış evin sənədləşdirilməsində çətinliklər yaşanır. Müvafiq orqanlara onun vəfat etməsini bildirsədə, ondan ölüm haqqında şəhadətnamə tələb edirlər və sənədləşmə işlərinin aparılmasından imtina edirlər. Buna görə Maraqlı şəxsnə müraciət etmiş, ona ölümün qeydə alınmasının tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi yolu ilə verilə biləciyini bildirmişlər. Daha sonra Qazax rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciətinə cavab olaraq 1899-cu il tarixdə anadan olmuş X2 vəfat etməsi ilə bağlı arxiv bölməsində heç bir sənəd aşkar edilmədiyi barədə məktub vermişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi, Vəkil ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin atası X3 tanımışdır. X7 05 iyul 1976-cı il tarixdə ünvan 1 ünvanında vəfat etmiş və Qazax şəhər qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin atası X3 tanımışdır. X7 xəstə olduğu üçün 05 iyul 1976-cı il tarixdə ünvan 1 ünvanında vəfat etmiş və Qazax şəhər qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin atası X3 tanımışdır. X7 xəstə olduğu üçün 05 iyul 1976-cı il tarixdə ünvan 1 ünvanında vəfat etmiş və Qazax şəhər qəbristanlıqda dəfn edilmişdir Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi, atası X7, anası X5 olmaqla xx xxxxxx 1958-ci ildə Qazax şəhərində doğulmuşdur. 07 dekabr 1961-ci il tarixdə verilmiş XVİİİ-LC № 507033 nömrəli SSRİ vətəndaşlığı barədə pasportdan görünür ki, X7 1899-cu il tarixdə Azərbaycan SSR-nin Qazax rayonu Dəmirçilər kəndində doğulmuşdur. Onun milliyəti azərbaycanlı kimi qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-69-İ-2234/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X2 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 05 dekabr 2023cü il tarixli 274 saylı arayışdan görünür ki, 1899-cu il təvəllüdlü X6 xx.xx.1976-cı ildə Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. X2 qəbir daşından çəkilmiş fotoşəkildə ölüm tarixi xx.xx.1976-cı il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 05 iyul 1976-cı ildə ölməsi ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1899-cu ildə Qazax rayonu Dəmirçilər kəndində anadan olmuş X2 05 iyul 1976-cı il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar