Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-247/2024 26.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə Mikayıl oğlunun iştirakı ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 26 fevral 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ölüm faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 22 aprel 1973-cü il tarixdə Qazax rayonu Qarapapaq kəndində anadan olmuş X3 27 mart 2000-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 ilə birgə nikahından 1969-cu ildə Nümayəndə, 1973-cü ildə X9 və 1977-ci ildə X4 adlı uşaqları doğulmuşdur. X8 xx.xx.1987ci ildə ölmüşdür. X9 27 mart 2000-ci ildə yaşadıqları evdə ürək tutmasından qəflətən ölmüşdür və Qarapapaq kənd qəbristanlıqda dəfn edilmişdir. Oğlu vəfat etdikdən sonra ona ölüm haqqında şəhadətnamə alınmamışdır. X1 ölüm şəhadətnaməsi olmadığından ondan miras qalmış əmlakın sənədləşdirilməsində çətinliklər yaşanır və o hazırda sağ kimi elektron daşıyıcılarda qeydiyyatdadır. Buna görə Maraqlı şəxsnə müraciət etmiş, lakin onun ölüm faktının qeydə alınması barədə rəsmi sənəd əldə edə bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin oğlu X6 tanımışdır. X9 27 mart 2000-ci ildə yaşadıqları evdə vəfat etmiş və Qarapapaq kənd qəbristanlıqda dəfn edilmişdir. Onun yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin oğlu X6 tanımışdır. X9 27 mart 2000-ci ildə yaşadıqları evdə vəfat etmiş və Qarapapaq kənd qəbristanlıqda dəfn edilmişdir. Onun yas mərasimində o da iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X5 nikahı 22 fevral 1970-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mahmudova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9, atası X8, anası Ərizəçi olmaqla 22 aprel1973-cü ildə Qazax rayonu Qarapapaq kəndində doğulmuşdur. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 02 yanvar 1987-ci ildə Qazax rayon Qarapapaq kəndində ölmüşdür. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X3 ölümü haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 1981-1990-cı illər üzrə xx.xx.2000-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 nikah haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-69-M-2233/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 07 dekabr 2023cü il tarixli 278 saylı arayışdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X7 Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Qazax RİHB-nın Qarapapaq kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.1973-cü ildə Qazax rayon Qarapapaq kəndində doğulmuş X9 27 mart 2000-ci ildə ölmüşdür və Qazax rayon Qarapapaq kənd qəbristanlığında dəfn olunmuşdur. X2 qəbir daşından çəkilmiş fotoşəkildə ölüm tarixi xx.xx.2000-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2000-ci ildə ölməsi ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü ildə Qazax rayonu Qarapapaq kəndində anadan olmuş X3 27 mart 2000-ci ildə il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-247/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-247/2024
26.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver