Məhkəmə qərarları › İş №2(023)-25/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-25/2023

01.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-25/2023 01.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi və İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 iştirakı ilə X3 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldırlaraq azad edilməsi və tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair ilk iddia ərizəsinə qarşı Cavabdeh X5 qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və elektrik xəttinin cavabdehin hesabına götürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t di: X6 məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq azad edilməsi, ona qaytarılması və həmin zəbt edilmiş torpaq sahəsindəki tiklinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsibova X2 Telli Qoca qızına qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və elektrik xəttinin cavabdehin hesabına götürülməsi tələbinə dair qarşılıqlı iddia tələbi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. X6 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldırlaraq azad edilməsi və tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası üzrə ictaatın təzələnərək baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək X5 qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması qaytarılmasına dair iddia tələbi üzrə sözügedən torpaq sahəsinin İddiaçı həmin torpaq sahəsini satdığını qeyd etmişdir. Odur ki, X5 qarşı olan iddiasının baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq X6 və Cavabdeh ərizələrinin baxılmamış saxlanılması barəsində ərizə verdiyindən X3 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldırlaraq azad edilməsi və tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair ilk iddia ərizəsinə qarşı Cavabdeh X5 qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və elektrik xəttinin cavabdehin hesabına götürülməsinə dair qarşlıqlı iddiasına dair mülki iş üzrə tərəflərin ərizələri baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: X3 və Cavabdeh ərizələri təmin edilsin. X3 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldırlaraq azad edilməsi və tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair ilk iddia ərizəsinə qarşı Cavabdeh X5 qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və elektrik xəttinin cavabdehin hesabına götürülməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki is üzrə tərəflərin ərizələri baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar