Məhkəmə qərarları › İş №2(023)-257/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-257/2023

17.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-257/2023 17.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpağın zəbtdən azad olunması və tikilinin sökülməsi tələbinə dair mülki işə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 may 1996-cı il tarixli 08 nömrəli qərarı ilə mülkiyyətində olan Qazax rayonu Bala Çaylı kəndində yerləşən JN-317A KOD 50112028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,06 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin zəbtdən azad edilməsi, cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş daş hasarın onun sahəsinə düşən hissəsinin cavabdehin öz hesabına sökülməsi və ödədiyi 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Qazax rayonu Bala Çaylı kəndində yerləşən 0,06 ha torpaq sahəsi JN-317A KOD 50112028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Qazax rayon Aqrar İslahat Komissiyasının 30 may 1996-cı il tarixli 08 nömrəli qərarı ilə mülkiyyətinə verilmişdir.Mülkiyyətində olan torpaq sahəsi qonşuluqda həyətyanı torpaq sahəsi olan cavabdeh tərəfindən zəbt edilmiş və həmin torpaq sahəsini daş hasarla bağlamışdır. O, torpaq sahəsinin zəbtdən azad edilməsini və torpaq sahəsində qanunsuz inşa edilmiş daş hasarın onun sahəsinə düşən hissəsinin sökülməsini cavabdehdən tələb etsə də, cavabdeh torpaq sahəsini zəbtdən azad etməkdən imtina edir. Cavabdeh bu qanunsuz hərəkətləri ilə ona zərər vurmaqda davam edir. Bu əsassız istifadə nəticəsində torpaq sahəsinə zərər dəyir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçıların qeyd etdiyi, yəni hazırda onun istifadəsində olan torpaq sahəsini xx.xx.2020-ci il tarixdə X2 alqı-satqı müqaviləsinə əsasən almışdır. Hazırda həmin torpaq sahəsindən istifadə edir. O iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmişdir. Ona görə də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN–317A nömrəli KOD 50112028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 may 1996-cı il tarixli 08 nömrəli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 rayonu Kommuna kəndində 0,06 ha torpaq sahəsini Cavabdeh satmışdır. İş materiallarına əlavə olunan xx.xx.2020-ci il tarixli, AA 514749 saylİ torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Qazax rayonunun Kommuna kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi JN-318A saylı xx.xx.2001ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, Qazax rayon DNK 4Ə-295, xx.xx.2020 tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qazax rayonu, Kommuna kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin və tikilinin heç bir hissəsi Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı verilmiş JN-317A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşmür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası məhkəmə-ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4167 saylı rəyindən görünür ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin və tikilinin heç bir hissəsi Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı verilmiş JN-317A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşmür. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 30 may 1996-cı il tarixli 08 nömrəli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı ona məxsus həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini və zəbt olunmuş hissədə cavabdeh tərəfindən qanunsuz olaraq daş hasarın tikildiyini bildirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası məhkəmə-ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin və tikilinin heç bir hissəsi Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı verilmiş JN-317A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpağın zəbtdən azad olunması və tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərci iddiaçının özünə aid edilməli, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı torpağın zəbtdən azad olunması və tikilinin sökülməsi tələbinə dair tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərci özünə aid edilsin. İddiaçı 50 (əlli) manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar