Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-286/2023 14.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Qazax rayon Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 26 yanvar 1972-ci ildə anadan olmuş oğlu X2 03 fevral 1972-ci ildə Qazax rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 26 yanvar 1972-ci il tarixdə X5 adlı bir usagı doğulmuşdur. Oğlu Mahmud anadan olduqdan 7 gün sonra, yəni 03 fevral 1972-ci il tarixdə vəfat etmişdir və onu Qazax şəhər qəbristanlığında yaxın qohumlarının qəbri yaxınlığında dəfn etmişlər. Oğlu Mahmud uşaq olduğu üçün ona qəbir daşı inşa etdirməmişlər. Oğlu Mahmudun ölümünü Qazax rayon Qeydiyyat Şöbəsində qeydə aldırmamışlar. Bununla bağlı Qazax rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, orada ölüm qeydini aparmaqdan imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Bu faktın təsdiqi vərəsəliklə bağlı müəyyən sənədləşmə işləri aparılması üçün lazımdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Qazax rayon qeydiyyat şöbəsinin rəisi Məsumə Səmədova məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, xx.xx.1956-cı ildə Qazax şəhərində doğulmuşdur. Ərizəçi onun əmisi arvadıdır. Ərizəçinin əmisi Hüseyn İbrahimovla birgə nikahlarından 26 yanvar 1972-ci il tarixdə X5 adlı bir usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan bir həftə sonra, yəni 03 fevral 1972-ci il tarixdə ölmüşdür və onu Qazax şəhər qəbristanlığında dəfn etmişlər. Uşaq olduğu üçün ona məzar daşı qoyulmamışdır. Yas mərasimi kiçik bir yığıncaq formasında olmuşdur, o da həmin mərasimdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, xx.xx.1945-ci ildə Qazax rayonu Çaylı kəndində doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçi Hüseyn İbrahimovla birgə nikahlarından 26 yanvar 1972-ci il tarixdə X5 adlı bir usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan bir həftə sonra, yəni 03 fevral 1972-ci il tarixdə ölmüşdür və onu Qazax şəhər qəbristanlığında dəfn etmişlər. Uşaq olduğu üçün ona məzar daşı qoyulmamışdır. Yas mərasimi kiçik bir yığıncaq formasında olmuşdur, o da həmin mərasimdə iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X3 ilə X1 nikahı 22 dekabr 1971-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X5, atası X3, anası X4 olmaqla 26 yanvar 1972-ci ildə Qazax şəhərində doğulmuşdur. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X3 19 sentyabr 2022-ci ildə Qazax şəhərində ölmüşdür. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X2 ölümü haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 28 dekabr 2022-ci ilədək “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12/76-05/70 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X2 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyi TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 06 yanvar 2022-ci il tarixli 01 saylı arayışdan görünür ki, 26 yanvar 1972-ci ildə il tarixdə anadan olmuş X2 ölümü ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanasında RHŞ–in Arxiv bölməsində vətəndaşa məxsus heç bir sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi müəyyən vərəsəliklə bağlı mərhum X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 03 fevral 1972-ci ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 yanvar 1972-ci ildə anadan olmuş oğlu X2 03 fevral 1972-ci ildə Qazax şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-286/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-286/2023
14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver