Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-31/2023 20.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat və **********37 reyestr nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0,008 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin zəbtdən azad edilməsi, cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş daş hasarın və fərdi yaşayış evinin zəbt edilmiş torpaq sahəsinə düşən hissəsinin cavabdehin hesabına sökülməsi və ödədiyi 100 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0,008 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat və **********37 reyestr nömrəsi ilə xüsusi mülkiyyətinə qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsi onun mülkiyətində olsa da, qonşuluqda həyətyanı torpaq sahəsi olan cavabdeh tərəfindən zəbt edilmişdir. Bundan başqa cavabdeh zəbt etdiyi torpaq sahəsini daş hasarla bağlamağa çalışır. Həmçinin torpaq sahəsinin bir hissəsini zəbt edərək fərdi yaşayış evi tikmişdir. O torpaq sahəsinin zəbtdən azad edilməsini və qanunsuz tikilmiş hasarın sökülməsini tələb etsə də, cavabdeh bunu etməkdən imtina edir. Cavabdehin qanunsuzluqlarının davam etməsi nəticəsində torpaq sahəsinə zərər dəymişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində göstərilənlər mütəxəssis və ekspertiza rəylərində öz əksini tapmışdır. Həmçinin mütəxəssis rəyinin verilməsi üçün dövlət rüsumu onun tərəfindən ödənildiyindən həmin pulun da cavabdehdən tutulmasını xahiş edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, o Qarabağ müharibəsi veteranıdır. Hazırda yaşadığı ev dövlət tərəfindən inşa edilib ona verilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan xx.xx.2018-ci il tarixli, A 249521 saylı torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0,008 ha həyətyanı torpaq sahəsi Qazax rayon Daş Salahlı bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə 05 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı, Qazax rayon Daş Salahlı bələdiyyəsinin torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli 04/Ə376 nömrəli aktına əsasən İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli Seriya RX №1314417 nömrəli Çıxarışın surətindən görünür ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0,008 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin İddiaçı adına verdiyi xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və Plan ölçü sənədinə əsasən 0,008 ha həyətyanı torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: 521471.2605 4554570.2192 521479.0992 4554571.8175 521481.0276 4554562.0054 521473.1889 4554560.4068 xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat və **********37 reyestr nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus 0,008 ha həyətyanı torpaq sahəsi hal-hazırda Cavabdeh tərəfindən tikilmiş hasarın içərisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4981 saylı rəyindən görünür ki, 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin İddiaçı adına verdiyi xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və Plan ölçü sənədinə əsasən 0,008 ha həyətyanı torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən edildi: -X=521471.2605 Y=4554570.2192, -X=521479.0992 Y=4554571.8175, -X=521481.0276 Y=4554562.0054, -X=521473.1889 Y=4554560.4068. xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat və **********37 reyestr nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus 0,008 ha həyətyanı torpaq sahəsi hal-hazırda Cavabdeh tərəfindən tikilmiş hasarın içərisində yerləşdiyi müəyyən edildi. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5025 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin İddiaçı adına verdiyi xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və Plan ölçü sənədinə əsasən 0,008 ha həyətyanı torpaq sahəsinin naturada Cavabdeh tərəfindən çəkilmiş daş hasarın içərisində yerləşdiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən İddiaçı məxsus 0,008 ha torpaq sahəsinin Şimal-Qərb tərəfdən 0,0005 ha (5m2) hissəsinin tikinti altında olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən İddiaçı məxsus 0,008 ha torpaq sahəsinin 0,0005 ha (5m2) hissəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bir hissəsinin yerləşdiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin tikinti altısının 5 m2 hissəsinin təşkil etdiyi müəyyən olundu. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və Plan ölçü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0,008 ha həyətyanı torpaq sahəsinin naturada Cavabdeh tərəfindən çəkilmiş daş hasarın içərisində yerləşdiyi, həmin torpaq sahəsinin Şimal-Qərb tərəfdən 0,0005 ha (5m2) hissəsinin tikinti altında olduğu, torpaq sahəsinin 0,0005 ha (5m2) hissəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bir hissəsinin yerləşdiyi, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin tikintialtısının 5 m2 hissəsini təşkil etdiyi müəyyən olmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli il tarixli rəyinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa və Plan ölçü sənədinə əsasən İddiaçı mülkiyyətində olan Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0,008 ha həyətyanı torpaq sahəsinin naturada Cavabdeh tərəfindən çəkilmiş daş hasarın içərisində yerləşdiyi, həmin torpaq sahəsinin Şimal-Qərb tərəfdən 0,0005 ha (5m2) hissəsinin tikinti altında olduğu, torpaq sahəsinin 0,0005 ha (5m2) hissəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bir hissəsinin yerləşdiyi müəyyən olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0,008 ha torpaq sahəsinin 0,0005 ha (5m2) hissəsi Cavabdeh zəbtindən azad edilməli, Cavabdeh tərəfindən tikilmiş daş hasar və fərdi yaşayış evinin zəbt olunmuş torpaq sahəsinə düşən 5 m2 hissəsi cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 311 (üç yüz on bir) manat mütəxəssiz xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan ekspert xərci 100 (bir yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0,008 ha həyətyanı torpaq sahəsi Cavabdeh zəbtindən azad edilsin. İddiaçı mülkiyyətində olan Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0,008 ha həyətyanı torpaq sahəsinin 0,0005 ha (5m2) hissəsində Cavabdeh tərəfindən tikilmiş daş hasar və fərdi yaşayış evinin tikintialtısının 5 m2 hissəsi Cavabdeh hesabına sökülsün və zəbtdən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 311 (üç yüz on bir) manat mütəxəssiz xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-31/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-31/2023
20.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver