Məhkəmə qərarları › İş №2(023)-32/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-32/2023

16.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-32/2023 16.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədhəsən oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq azad edilməsi və sərhəddinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən mülkiyyətində olan 0,18 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsinin azad edilərək özünə qaytarılması və torpaq sahələrinin arasındakı sərhədlərin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2014-cü il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən torpaq sahəsini öz adına rəsmiləşdirmişdir və bu barədə ********** qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsi barədə çıxarışı var. Cavabdehlər onun qonşularıdır, ona məxsus torpaq sahəsinin təxminən eni 1 metr, uzunu isə 87 metr olan hissəsini zəbt etmişlər. Zəbt olunan ərazidən su arxı keçir, onun evinin arxa hissəsi həmin əraziyə düşür və su arxı onun evinə ziyanlıq verir. Buna görə də o həmin su arxına dəmir boru inşa etmək istəyir, lakin cavabdehlər buna imkan vermirlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, onun torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşir. Onun özünə məxsus torpaq sahəsinə dair texniki pasportu və xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışı mövcuddur. Həmin sənədlər verilərkən torpaq sahəsi mütəxəsislər tərəfindən ölçülmüş, koordinatları müəyyən edilmiş və torpaq sahəsi mülkiyyətinə verilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, qeyd olunan torpaq sahəsi oğluna məxsusdur və torpaq sahəsinə dair mülkiyyət sənədləri mövcuddur. Həmin sənədlər verilərkən torpaq sahəsi mütəxəsislər tərəfindən ölçülmüş, koordinatları müəyyən edilmişdir. Oğlu iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Qazax rayonu, Yuxarı Salahlı kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X2 Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə 501-108/206 inventar nömrə ilə İddiaçı adına qeydə alınmışdır. İşdə olan Qazax rayonu, X1 İddiaçı ünvanlanmış 01 iyul 2021-ci il tarixli 26 saylı məktubundan görünür ki, yaşadığınız evin qabağından keçən ümumi istifadədə olan su arxı kənd ərazisi xəritəsində təsdiqlənmiş və 1940-cı ildən hal-hazıradək əhali tərəfindən istifadə olunur. Sizinlə qonşu torpaq sahəsi ilə sizin həyətyanı torpaq sahəsinin arasında bələdiyyəyə məxsus ehtiyat fond torpaq sahəsi yoxdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-829/2023 saylı mütəxəssis rəyindən görünür ki, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli ********** saylı Çıxarışa və Texniki Pasporta əsasən onun mülkiyyətində 0.2251 ha torpaq sahəsi, İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli ********** saylı Çıxarışa və Texniki Pasporta əsasən onun mülkiyyətində 0.18 ha torpaq sahəsi var. DWG faylllarına, faktiki GPS koordinatlarına və vətəndaşların əlində olan Texniki pasport məlumatlarına əsasən hazırda həmin sahələr arasında ensiz hissədə 1.00 m, enli hissədə 1.50 m olmaqla ümumi istifadədə olan torpaq sahəsi var. Hal-hazırda həmin sahə ümumi istifadədə olan gediş-gəliş yolu su qajı kimi istifadə edilir. İddiaçı mülkiyyətində olan 0.18 ha həyətyanı torpaq sahəsinin koordinatları aşağıda göstərildiyi kimidir. 522328.9173 4565882.7455 522346.1011 4565899.3566 522345.3268 4565900.2733 522391.2217 4565935.1831 522410.0131 4565916.4196 522370.3442 4565888.9203 522355.8049 4565884.0949 522338.0412 4565874.3482 İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1260 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin Qazax rayon mühəndisi Elməddin Eyvazovun mütəxəssis rəyində qeyd edilir ki, yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli ********** saylı Çıxarışa və Texniki Pasporta əsasən onun mülkiyyətində 0.2251 ha torpaq sahəsi, İddiaçı verilmiş xx.xx.2014cü il tarixli ********** saylı Çıxarışa və Texniki Pasporta əsasən onun mülkiyyətində 0.18 ha torpaq sahəsi var. DWG faylllarına, faktiki GPS koordinatlarına və vətəndaşların əlində olan Texniki pasport məlumatlarına əsasən hazırda həmin sahələr arasında ensiz hissədə 1.00 m, enli hissədə 1.50 m olmaqla ümumi istifadədə olan torpaq sahəsi var. Hal-hazırda həmin sahə ümumi istifadədə olan gediş-gəliş yolu su qajı kimi istifadə edilir. İddiaçı mülkiyyətində olan 0.18 ha həyətyanı torpaq sahəsinin koordinatları aşağıda göstərildiyi kimidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1260 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin Qazax rayon mühəndisi Elməddin Eyvazovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin koordinatları aşağıda göstərildiyi kimidir. 522328.9173 4565882.7455 522346.1011 4565899.3566 522345.3268 4565900.2733 522391.2217 4565935.1831 522410.0131 4565916.4196 522370.3442 4565888.9203 522355.8049 4565884.0949 522338.0412 4565874.3482 Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarış əsasında 0,18 ha torpaq sahəsi Qazax rayonu, Yuxarı Salahlı kəndində İddiaçı adına tam mülkiyyət hüququ əsasında qeydə alınmışdır. xx.xx.2019-cu il tarixli ********** saylı Çıxarışa əsasən Qazax rayonu, Yuxarı Salahlı kəndində 0.2251 ha torpaq sahəsi Cavabdeh2 adına tam mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İddiaçı Məhəmməd cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona verilmiş torpaq sahəsini zəbt etdiklərini iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi bağlı olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır,mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında”Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası ММ-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-сi maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası ММ-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası ММ-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin təqdim edilmiş mütəxəssis rəyində iddiaçı və cavabdehin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş DWG faylllarına, faktiki GPS koordinatlarına və vətəndaşların əlində olan Texniki pasport məlumatlarına əsasən hazırda həmin sahələr arasında ensiz hissədə 1.00 m, enli hissədə 1.50 m olmaqla ümumi istifadədə olan torpaq sahəsi olduğu, hal-hazırda həmin sahənin ümumi istifadədə olan gediş-gəliş yolu, su qajı kimi istifadə edildiyi müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehlərin mübahisəli torpaq sahəsini zəbt etməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 341-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq azad edilməsi və sərhəddinin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar