Məhkəmə qərarları › İş №2(023)-331/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-331/2025

21.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-331/2025 21.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X5 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci il tarixdə Qazax rayonu Orta Salahlı kəndində anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Qazax rayonu Orta Salahlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum oğlu X6 xx.xx.1997-ci il tarixdə Qazax rayonu Orta Salahlı kəndində anadan olmuşdur. O, xx.xx.2024-cü il tarixdə özünü asaraq intihar etmişdir. Bu barədə Qazax rayonu Prokurorluğunda xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Omarov Əhliman vəfat etdikdən sonra qeydiyyat şöbəsində onun ölümü qeydə alınmamış və hazırda o, sənəd üzərində sağdır. X1 ölüm şəhadətnaməsi olmadığından və o, sağ kimi nəzərə alındığından ondan qalmış miras əmlakı sənədləşdirə bilmir. O müvafiq orqanlara onun vəfat etməsini bildirsə də, onlar ondan ölüm haqqında şəhadətnamə tələb edirlər və sənədləşdirmə işinin görülməsindən imtina edirlər. Buna görə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-0-04/25 saylı arayışda bildirmişlər ki, ölümün qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Qazax rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciət etmiş və xx.xx.2025-ci il tarixli, 18-1-51/2-O-1-42-1/2025 nömrəli tibbi arayışda göstərilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. X1 xx.xx.2024-cü il tarixdə Qazax rayon Orta Salahlı kəndində ölməsi faktı artıq Qazax rayonu Prokurorluğunda xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında təsbit edilmişdir. Qazax RİHB-nin Orta salahlı kənd İƏD üzrə nümayəndəliyinin 5-58-20/12-21/2-05/2025 saylı, xx.xx.2025-ci il tarixli arayışından da görünür ki, mərhum X14 vəfat etdiyi günə qədər Orta Salahlı kəndində yaşayıb və orta Salahlı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Qazax rayonunun Orta Salahlı kəndində yaşayır. Ərizəçi onun xalası oğludur.İsmayılın oğlu X6 xx.xx.2024-cü il tarixdə özünü asaraq intihar etmişdir.O, dəfn mərasimində iştirak etmişdir. X3 ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Qazax rayonunun Orta Salahlı kəndində yaşayır. Ərizəçi onun bibisi oğludur. İsmayılın oğlu X6 xx.xx.2024-cü il tarixdə özünü asaraq intihar etmişdir. O, dəfn mərasimində iştirak etmişdir. X3 ölməsi faktını təsdiq edir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1997-ci il tarixdə anadan olmuş, ata qrafasında Ərizəçi kimi, ana qrafasında isə X2 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maraqlı şəxs məktubdan görünür ki, X3 qeydə alınması ölüm haqqında tibbi şəhatətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli tibbi arayışdan görünür ki, X3 vəfat getməsi ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Qazax rayonu Orta Salahlı kənd İƏD üzrə arayışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X6 xx.xx.2024cü il tarixdə vəfat etdiyi günədək Orta Salahlı kəndində yaşayıb Orta Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə özünü yaşadığı Qazax rayonu, Orta Salahlı kəndində yerləşən yaşayış evindəki ot tayasının saxlandığı çardağın tavanından təsərrüfatı təyinatlı ip ilə asaraq öldürməsi faktında hər hansı bir cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan fotoşəkildən 1997-ci il təvəllüdlü X3 qəbr daşı əks olunur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 31 may 2024-cü ildə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Qazax rayonunun Orta Salahlı kəndində 21 mart 1997-ci il tarixdə anadan olmuş X3 31 may 2024-cü il tarixdə Qazax Rayon Orta Salahlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar