Məhkəmə qərarları › İş №2(023)-343/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-343/2025

08.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-343/2025 08.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu İddiaçı Cavabdeh qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax 1 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə, MŞQ/1-00678 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşıdıraraq hesab edir ki, iddia ərizəsi aşağdakılara əsasən geri qaytarılmalıdır. Məlum olduğu kimi, qanunvericiliyə əsasən məhkəməyə verilən iddia ərizələri üçün qiymətləndirilməyən iddia ərizəsinin məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənməli, məhkəməyə iddia ərizəsi verilməsi üçün qanunla nəzərdə tutulmuş miqdarda dövlət rüsumu ödənilmədiyində hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Göründüyü ki, İddiaçı iddia tələbi qiymətləndirilməyən iddia olmaqla 100 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda sonuncu dövlət rüsumu ödənilməmişdir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə görə isə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə yuxarda qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalı, həmçinin, iddiaçıya izah edilməlidir ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödəyib və bunula bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edərək yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150-152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödəyib bunula bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edərək yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar