Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-36/2023 21.02.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İş№2(023)-36/2023 Qətnamə Qazax Rayon Məhkəməsi Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçılar İddiaçı, X3 , X5 nümayəndəsi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı, X7, X6 və X4 Cavabdeh Tanrıveri oğluna qarşı daşınmaz əmlakın və torpaq sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair mülki işə 21 fevral 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı, X7, X6 və X9 məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən **********01 reyestr, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla ümumi birgə mülkiyyətdə olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin və ümumi sahəsi 104.3 kvm olan fərdi yaşayış evinin onların payına düşən hissəsi 1/5 hissəsinin naturada cavabdehin payından ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(023)-1008/2022 saylı qərardadı ilə İddiaçı, X7, X6 və X4 Cavabdeh Tanrıveri oğluna qarşı daşınmaz əmlakın və torpaq sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə rəy alınanadək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2022-ci il tarixli 10/4676 saylı rəyindən görünür ki, Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinin tərəflərin 1/5 payına uyğun olaraq təcrid mənzillər şəklində beş hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.1, 2.2, 2.4, 2.7,2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Qeyd olunur ki, Qazax rayonu Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinin tərəflərin 1/5 payına uyğun olaraq təcrid mənzillər şəklində beş hissəyə bölünməsi mümkün olmadığından 0.08 ha həyətyanı torpaq sahəsinin bölgüsü üzrə təhqiqat aparılması mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və bildirmişdir ki, Qazax rayon Qazaxbəyli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 104.3 kv.m fərdi yaşayış evi Cavabdehlə onların paylı mülkiyyətindədir. Həmin ev və torpaq sahəsi Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən **********01 reyestr, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərinə verilmişdir. Ümumi bigə mülkiyyətdə olan torpaq sahəsi və fərdi yaşayış evindən istifadəyə mane olur. Ona görə də həmin torpaq sahəsinin və yaşayış evinin onların paylarının natura qaydasında ayrılması və bölünməsini istəyir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçılar X7 və X4 nümayəndəsi İddiaçı iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Tanrıveri oğlu iddianı qəbul etməmiş izahat verərək bildirmişdir ki, sözügedən yaşayış evi iddiaçılarla onun birgə mülkiyyətindədir. Onun tərəfindən iddiaçıların həmin evin istifadəsinə heç bir manecilik yoxdur. Odur ki, iddianın qanuni həll olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının bölünməsini tələb etdiyi Qazax rayon Qazaxbəyli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 104.3 kv.m fərdi yaşayış evinin naturada ayrılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2022-ci il tarixli 10/4676 saylı rəyinə əsasən tərəflərin 1/5 payına uyğun olaraq təcrid mənzillər şəklində beş hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.1, 2.2, 2.4, 2.7,2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Qazax rayonu Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinin tərəflərin 1/5 payına uyğun olaraq təcrid mənzillər şəklində beş hissəyə bölünməsi mümkün olmadığından 0.08 ha həyətyanı torpaq sahəsinin bölgüsü üzrə təhqiqat aparılması mümkün olmamışdır. Qazax rayon Qazaxbəyli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 104.3 kv.m fərdi yaşayış evinin naturada ayrılması mümkün olmadığı müəyyən edildiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 100 (bir yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri İddiaçı, X7, X6 və X2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı, X7, X6 və X4 Cavabdeh Tanrıveri oğluna qarşı daşınmaz əmlakın və torpaq sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı, X7, X6 və X2 müştərək qaydada 100 (bir yüz) manat pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev Əsli ilə düzdür: /imza var/ Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-36/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-36/2023
21.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver