Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-41/2023 22.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkili Vəkil1 oğlunun, Cavabdeh və nümayəndəsi, vəkili Əliyev Mahir Müşafiq oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2020-cu il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Qazax rayonu Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0,06 ha hissəsinin zəbtdən azad edilməsi, cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş daş hasarın, çəkilmiş metal torun və bir mərtəbəli fərdi yaşayış evinin cavabdehin öz hesabına sökülməsi və ödədiyi 100 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2020-cu il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəsi ilə xüsusi mülkiyyətinə qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan həyətyanı torpaq sahəsi onun mülkiyətində olsa da, torpaq sahəsinin 0,06 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh zəbt etdiyi torpaq sahəsinin bir hissəsini daş hasarla, bir hissəsini isə metal torla bağlamışdır. Həmçinin zəbt etdiyi torpaq sahəsinin bir hissəsində fərdi yaşayış evi tikmişdir. O torpaq sahəsinin zəbtdən azad edilməsini və qanunsuz tikilmiş hasarın sökülməsini tələb etsə də, cavabdeh bunu etməkdən imtina edir. 28 aprel 2022-ci il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndələrinin və Ağköynək-Qarapapaq bələdiyyəsinin sədrinin iştirakı ilə **********88 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Qazax rayonu Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin koordinatlarının göstərilməsi ilə bağlı torpaq sahəsinə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Torpaq sahəsinin döngə nöqtələrinin naturada yerə köçürülməsi zamanı məlum olmuşdur ki, torpaq sahəsinin 0,06 ha hissəsi Ağstafa şəhər sakini Cavabdeh tərəfindən hasara alınmış və bir mərtəbəli yaşayış evi tikilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində göstərilənlər mütəxəssis və ekspertiza rəylərində öz əksini tapmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, qeyd olunan torpaq sahəsi ona Ağstafa rayonu XDS RH-nin 27 noyabr 1992-ci il tarixli qərarına əsasən verilmiuşdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsində 13 ildir ki, ev tikdirmişdir. Ona verilən torpaq sahəsi Ağstafa rayonu ərazisində olmuşdur. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi, vəkili Vəkil2 iddianı qəbul etməyərək, Cavabdeh izahatına uyğun izahat verdi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan xx.xx.2010-cu il tarixli, A 005100 saylİ torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Qazax rayonu Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi Qazax rayon Qarapapaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı, Qazax rayon Qarapapaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1059 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktına əsasən İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli Çıxarışın surətindən görünür ki, Qazax rayonu Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Qazax rayonu Ağköynək-Qarapapaq bələdiyyəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı mülkiyyətində olan **********88 reyestr nömrəsi ilə Qazax rayonu Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının göstərilməsi ilə bağlı torpaq sahəsinə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Torpaq sahəsinin döngə nöqtələrinin naturada yerə köçürülməsi zamanı məlum olmuşdur ki, torpaq sahəsinin 0,06 ha hissəsi Ağstafa şəhər sakini Cavabdeh tərəfindən hasara alınmış və bir mərtəbəli yaşayış evi tikilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-0cü il tarixli mütəxəssis rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2020-cu il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qazax rayonu Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 0,0555 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Zəbt olunmuş torpaq sahəsində tikintialtı sahəsi 11,0m x 12.2m olan fərdi yaşayış evi mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2020-cu il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qazax rayonu Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin koordinatları müəyyən edildi və giriş-çıxış yolu mövcuddur. Azərbaycan Respublikası məhkəmə-ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3419 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-37/2- 2822/2023 saylı mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan Qazax rayonu Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 0,0555 ha hissəsi Cavabdeh tərəfindən tutulduğu müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahəsində tikintialtı sahəsi 11,0m x 12.2m olan fərdi yaşayış evi mövcud olduğu müəyyən olmuşdur. Mülki iş materiallarında mübahisəli torpaq sahəsinin daxilində inşa olunmuş fərdi yaşayış evinin inşasına dair hər hansı bir müvafiq icazə sənədləri olmadığından, həmin evin tikinti normalarına uyğun olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı mülkiyyətində olan Qazax rayonu Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin koordinatları müəyyən edilmiş və giriş-çıxış yolunun mövcud olduğu müəyyən olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətinə Qazax rayonu Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,0555 ha hissəsinin Cavabdeh tərəfindən tutulduğu, torpaq sahəsində tikintialtı sahəsi 11,0m x 12.2m olan fərdi yaşayış evinin mövcud olduğu müəyyən olmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-0cü il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası məhkəmə-ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan Qazax rayonu Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 0,0555 ha hissəsinin Cavabdeh tərəfindən tutulduğu, torpaq sahəsində tikintialtı sahəsi 11,0m x 12.2m olan fərdi yaşayış evinin mövcud olduğu müəyyən olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Qazax rayonu Qarapapaq kəndində yerləşən, 0,12 ha torpaq sahəsinin 0,0555 ha hissəsi Cavabdeh zəbtindən azad edilməli, Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsində tikilmiş, tikintialtı sahəsi 11,0m x 12.2m olan fərdi yaşayış evi cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-yə ödənilmiş 92 (doxsan iki) manat ekspertiza xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Qazax rayonu, Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 0,0555 ha hissəsi Cavabdeh zəbtindən azad edilsin. İddiaçı mülkiyyətinə verilmiş olan Qazax rayonu, Qarapapaq kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş, tikintialtı sahəsi 11,0m x 12.2m olan fərdi yaşayış evi Cavabdeh hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-yə ödənilmiş 92 (doxsan iki) manat ekspertiza xərci cavabdehdən alınaraq iddiaçıya ödənilsin, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-41/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-41/2023
22.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver