Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-428/2025 04.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə 04 fevral 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Qazax 1 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, 00633 nömrəli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 00633 nömrəli barışıq sazişinə əsasən sonuncu 2025-ci il ərzində hər ay 100 manat olmaqla cəmi 1200 manat, 2026-cı ilin yanvarından başlayaraq 19 ay ərzində 200 manat olmaqla 3800 manat, cəmi 5000 manat ödəmək öhdəliyi götürmüşdür. Həmçinin, Maraqlı şəxs öhdəliyin onun əmək pensiyasına yönəldilməsinə razılıq vermişdir. Bundan əlavə mediasiya sazişinin Qazax Rayon Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə də razılığa gəlmişlər. Həmçinin barışıq sazişi bağlanarkən, Qazax Rayon Məhkəməsinin icraatında 2(023)-1511/2024 nömrə ilə qeydə alınmış mülki iş üzrə mübahisənin mediasiya sazişi ilə qurtarmasına razılaşmışlar və Maraqlı şəxs ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini də məhkəməyə təqdim etmişlər. Barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət keçməsinə baxmayaraq, Maraqlı şəxs həmin barışıq sazişini könüllü qaydada icra etmir və sazişin könüllü icrasından imtina edir. Belə olan halda Maraqlı şəxs öhdəliyinin onun əmək pensiyasına yönəldilməsi də mümküm deyildir. Ərizəçi iddia tələbini dəqiqləşdirərək, Maraqlı şəxs ilə Qazax 1 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, 00633 nömrəli barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs mediasiya sesiyasında barışıq sazişi bağlayaraq, qızıl-zinət əşyalarının dəyərinin 5000 manat olması, 2025-ci il ərzində hər ay 100 manat olmaqla cəmi 1200 manat, 2026-cı ilin yanvarından başlayaraq 19 ay ərzində 200 manat olmaqla 3800 manat, cəmi 5000 manat ödəmək öhdəliyi götürmüşdür. Həmçinin, Maraqlı şəxs öhdəliyin onun əmək pensiyasına yönəldilməsinə razılıq vermişdir. Bundan əlavə mediasiya sazişinin Qazax Rayon Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə də razılığa gəlmişlər. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəçinin tələbinin əsaslı olduğunu qəbul edir və hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Ərizəçi qızıl-zinət tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, Maraqlı şəxs Ərizəçi 2025-ci il ərzində hər ay 100 manat olmaqla cəmi 1200 manat, 2026-cı ilin yanvarından başlayaraq 19 ay ərzində 200 manat olmaqla 3800 manat, cəmi 5000 manat ödəyəcəyinə dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış, 2025-ci il ərzində hər ay 100 manat olmaqla cəmi 1200 manat, 2026-cı ilin yanvarından başlayaraq 19 ay ərzində 200 manat olmaqla 3800 manat, cəmi 5000 manat pulun Ərizəçi ödənilməsi barədə mediasiya şurasının idarə heyyətinin xx.xx.2024-cü il tarixli qərarı ilə bağlanmış 00633 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu alınıb Ərizəçi ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-428/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-428/2025
04.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver