Məhkəmə qərarları › İş №2(023)-443/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-443/2025

02.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-443/2025 02.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-cı il tarixdə Qazax rayonun Daş Salahlı kəndində anadan olmuş X3 29 mart 1999-ci il tarixdə Qazax rayonun Daş Salahlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X7 ilə birgə nikahlarından 27 aprel 1998-ci il tarixdə Qazax rayonu Daş Salahlı kəndində X8 doğulmuşdur. X20 anadan olduqdan bir il sonra Qazax rayonun Daş Salahlı kəndində vəfat etmişdir. X28 kənd qəbirstanlığında dəfn etmişlər. Hüquqi savadsızlıqdan və stresdə olduğu üçün ölümü qeydiyyata aldırmamışlar. Ölüm faktının üzərindən uzun müddət keçdiyi üçün ölüm sənədini əldə etmək və ölümünü qeydiyyata aldırmaq mümkün deyildir. Bu faktın təsdiqi vərəsəlik açılması üçün lazımdır. Bu faktın məhkəmədən kənar təsdiq edilməsi mümkün deyildir. Maraqlı şəxs ölüm haqqında qeydin aşkar edilməsi barədə arayış, eləcədə Qazax mərkəzi xəstəxanası publik hüquqi şəxs bu ölüm qeydiyyatının aşkar edilməməsi barədə məlumat vermişdir. Müddət keçdiyindən onlar ölüm haqqında şəhadətnaməni əldə edə bilmirlər. Onların yaşayış evilərinə sənəd əldə etməklərinə manəçelik törədir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi bacısıdır. X8 1998-ci il tarixdə doğulmuş, lakin bir ildən sonra vəfat etmişdir. Qazax rayonun Daş Salahlı kənd qəbirstanlığında dəfn edilmişdir. X3 ölməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qaynıdır. Ərizəçi oğlu X8 1998-ci il tarixdə doğulmuş, lakin bir ildən sonra vəfat etmişdir. Qazax rayonun Daş Salahlı kənd qəbirstanlığında dəfn edilmişdir. X3 ölməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi oğlu X8 1998-ci il tarixdə doğulmuş, lakin bir ildən sonra vəfat etmişdir. Dəfn merasimdə iştirak etmişdir. Qazax rayonun Daş Salahlı kənd qəbirstanlığında dəfn edilmişdir. X3 ölməsini təsdiq edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1998-ci il tarixdə anadan olmuş, ata qrafasında Ərizəçi, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 xx.xx.1995-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarında olan 16 yanvar 2025-ci il tarixli tibbi arayışdan görünür ki, X3 vəfat etməsi ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qazax rayonu Daş Salahlı kənd nümayəndəliyinin arayışından görünür ki, Ərizəçi arvadı X7, oğlulları X13, X14, gəlini X15 və nəvəsi X5r. İş materiallarında olan görünür ki, Qazax rayonun Daş Salahlı kəndində icra nümayəndəliyinin nümayəndələri və kənd sakinləri X4, X10 və X11 akt tərtib edərək, göstərmişlər ki, həqiqətəndə Ərizəçi mərhum oğlu X8 xx.xx.1998-ci il tarixdə anadan olmuş və xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-1563A KOD 50100038 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixli, 04 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi Ərizəçi, X2, X16, X3 və X9 mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum xx.xx.1998-cı il təvəllüdlü X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1998-cı il təvəllüdlü X3 23 mart 1999-cu il tarixdə ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1998-cı il tarixdə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş X3 23 mart 1999-cu il tarixdə Qazax rayonu Daş Salahlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar