Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-456/2023 06.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Qazax rayon Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 sentyabr 1982-ci il tarixdə doğulmuş X6 17 dekabr 1982-ci il tarixdə Qazax şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 ilə anası X3 birgə nikahlarından 27 sentyabr 1982-ci il tarixdə X10 adlı uşaqları doğulmuşdur. Bacısı Minə doğulduqdan bir neçə ay sonra, yəni 17 dekabr 1982-ci il tarixdə vəfat etmiş və Qazax şəhər qəbiristanlığında dəfn edilmişdir. Lakin, azyaşlı olduğundan ona qəbir daşı inşa etdirməmişlər. X5 xx.xx.1998-ci ildə, anası X7 isə xx.xx.2011-ci ildə vəfat etmişlər. Bacısı vəfat edən zaman valideynləri ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda valideynlərindən qalmış miras əmlakı sənədləşdirmək istəyərkən ondan bacısının ölüm sənədini tələb etdilər. Lakin bacısının ölümü haqqında şəhadətnaməsi olmadığı üçün təqdim edə bilməmişdir. X2 hazırda sağ ailə üzvü kimi qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Qazax rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və şöbənin rəisi Məsumə Səmədova məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, 26 yanvar 1941-ci ildə Qazax şəhərində doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin 27 sentyabr 1982-ci il tarixdə X10 adlı bacısı anadan olmuşdur. Həmin uşaq doğulduqdan bir müddət sonra, yəni 17 dekabr 1982-ci ildə vəfat etmiş və Qazax şəhər qəbiristanlığında yaxın qohumlarının qəbri yaxınlığında dəfn etmişlər, dəfndə iştirak etmişdir. Uşaq olduğu üçün ona məzar daşı qoyulmamışdır. Yas mərasimi kiçik bir yığıncaq formasında olmuşdur və o da həmin məclisdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, 12 yanvar 1955-ci ildə Qazax şəhərində doğulmuşdur. Ərizəçi ilə yaxın qonşudur. Ərizəçinin 27 sentyabr 1982-ci il tarixdə X10 adlı bacısı anadan olmuşdur. Həmin uşaq doğulduqdan bir müddət sonra, yəni 17 dekabr 1982-ci ildə vəfat etmiş və Qazax şəhər qəbiristanlığında yaxın qohumlarının qəbri yaxınlığında dəfn etmişlər, dəfndə iştirak etmişdir. Uşaq olduğu üçün ona məzar daşı qoyulmamışdır. Yas mərasimi kiçik bir yığıncaq formasında olmuşdur və o da həmin məclisdə iştirak etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi X5, anası X7 olmaqla xx.xx.1981-ci il tarixdə Qazax şəhərində doğulmuşdur. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X12 ilə X1 nikahı 13 yanvar 1995-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 isə xx.xx.1998-ci ildə ölmüşdür. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X10 X5, anası X7 olmaqla 27 sentyabr 1982-ci ildə Qazax şəhərində doğulmuşdur. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X6 ölümü haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 27 yanvar 2023-cü ilədək “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X6 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, tərtib edilmiş akta əsasən X12 ilə X3 birgə nikahlarından 27 sentyabr 1982-ci il tarixdə X10 doğulmuşdur. X10 17 dekabr 1982-ci il tarixdə vəfat etmiş və Qazax şəhər qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyi TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 27 yanvar 2023-cü il tarixli 26 saylı arayışdan görünür ki, 27 sentyabr 1982-ci il tarixdə anadan olmuş X10 yaxınlarının deməsinə görə 1982-ci ildə vəfat etmişdir. X6 ölümü ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanasında RHŞ-in Arxiv bölməsində vətəndaşa məxsus heç bir tibbi sənəd aşkar edilməmişdir. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 12/60-05/70 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X6 ölümü qeydə alınmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 27 sentyabr 1982-ci il tarixdə doğulmuş X6 17 dekabr 1982ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum X2nın ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 17 dekabr 1982-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27 sentyabr 1982-ci il tarixdə doğulmuş X6 17 dekabr 1982-ci il tarixdə Qazax şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-456/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-456/2023
06.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver