Məhkəmə qərarları › İş №2(023)-487/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-487/2023

24.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-487/2023 24.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X3”-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X3”-nin Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X3” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 02 avqust 2021-ci il tarixli, 2021/ÖM-260 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: CX4HRLH) tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arasi sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X3”-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 02 avqust 2021-ci il tarixli, 2021/ÖM- 260 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 14641 birka nömrəli 1(bir) baş qoç, 15933, 15962, 11119, 13360, 10730, 15924, 9200, 11156, 15906, 11109, 11268, 23277, 15988, 11262, 12992, 14403, 13408, 13413, 11180, 15306 birka nömrəli 20 baş qoyun və 400 kq qarışıq yem natura şəklində ona verilmişdir. Tərəflər arasında qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 20 sentyabr 2021-ci il tarixli aktla vətəndaş Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olubolmamasının yoxlanılması ilə bağlı 22 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 04 fevral 2022-ci il tarixli aralıq monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 14641 birka nömrəli 1(bir) baş qoç, 15933, 15962, 11119, 13360, 10730, 15924, 9200, 11156, 15906, 11109, 11268, 23277, 15988, 11262, 12992, 14403, 13408, 13413, 11180, 15306 birka nömrəli 20 baş qoyun aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 28 dekabr 2022-ci il tarixli, **********7 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Agentliyin hesabına köçürməlidir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsini, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arasi sağlamlıq haqqinda baytarlıq arayışı olan) sağlam 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, 2021-ci ilin avqust ayında Agentlik tərəfindən 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyun verilmişdir. Bir il müddət keçdikdən sonra maddi imkanı olmadığı üçün həmin heyvanları satmışdır. O heyvanları satdıqdan iki ay sonra, yəni xx.xx.2022ci ildə monitorinq keçirilmişdir. xx.xx.2022-ci il tarixdə monitorinq keçirilməmişdir və tərtib olunmuş aktda olan imza ona məxsus deyil. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunan Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 02 avqust 2021-ci il tarixli, 2021/ÖM-260 nömrəli müqavilədən görünür ki, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan məşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan 02 avqust 2021-ci il tarixli, 2021/ÖM-260 nömrəli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Agentlik tərəfindən Cavabdeh 1(bir) baş qoç, 20 (iyirmi) baş qoyun və 400 kq qarışıq yem natura şəklində təhvil verilmişdir. 04 fevral 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Cavabdeh verilmiş 1(bir) baş qoç və 20 (iyirmi) baş qoyun aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 27 iyul 2023-cü il tarixli 3-16-16/2-4/1214 nömrəli rəyində xx.xx.2022-ci il tarixli, “Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi AKT-nın “Aktın doğruluğunu imzalarımızla təsdiq edirik.” qrafasında “CavabdehB” sözlərinin qarşısındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 02 avqust 2021-ci il tarixli, 2021/ÖM- 260 nömrəli müqaviləyə əsasən, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan məşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan 02 avqust 2021-ci il tarixli, 2021/ÖM-260 nömrəli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından göründüyü kimi Agentlik tərəfindən Cavabdeh 1(bir) baş qoç, 20 (iyirmi) baş qoyun və 400 kq qarışıq yem natura şəklində təhvil verilmişdir. 04 fevral 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Cavabdeh verilmiş 1(bir) baş qoç və 20 (iyirmi) baş qoyun aşkar edilməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında ona verilmiş xırdabuynuzlu heyvanları bir il müddət keçdikdən sonra maddi imkanı olmadığı üçün satdığını, lakin, xx.xx.2022ci il tarixdə monitorinq keçirilmədiyini və aktı imzalamadığını bildirmişdir. İş üzrə təyin olunmuş məhkəmə-xəttşünaslıq ekspertizasının 27 iyul 2023-cü il tarixli rəyində də xx.xx.2022-ci il tarixli, “Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi AKT-nın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Belə olan halda, sözügedən əmlakların cavabdeh tərəfindən 1 (bir) il müddətindən tez satılması iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X3”-nin Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X3”-nin Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar