Məhkəmə qərarları › İş №2(023)-514/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-514/2024

07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-514/2024 07.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi nümayəndəsi, Vəkil Fəxrəddin oğlunun iştirakı ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 07 may 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ölüm faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 mart 1963-cü ildə Gürcüstanın Rustavi şəhərində doğulmuş X1 26 avqust 2011-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X6 ilə anası Mustafayeva (Hüseynova) Minayə İsmayıl qızının birgə nikahından xx.xx.1963-cü ildə Gürcüstanın Rustavi şəhərində doğulmuş qardaşı X7 26 avqust 2011-ci il tarixdə vəfat etmiş və Qazax rayonu Yuxarı Salahlı kənd qəbristanlıqda dəfn edilmişdir. Lakin qardaşı vəfat edərkən həkimdən tibbi şəhadətnamə alınmadığından, ona ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, onun ölüm akt qeydiyyatı tapılmamışdır. X1 ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Onun ölüm haqqında şəhadətnaməsi ondan miras qalmış əmlaka vərəsəliyin müəyyən olunması üçün lazımdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi, Vəkil ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin qardaşı X4 tanımışdır. X7 evdə xəstə yatmışdır. 26 avqust 2011-ci il tarixdə vəfat etmişdir və Qazax rayonu Yuxarı Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, Ərizəçi onun yaxın qohumudur. Ərizəçinin qardaşı X4 tanımışdır. X7 evdə xəstə yatmışdır. 26 avqust 2011-ci il tarixdə vəfat etmişdir və Qazax rayonu Yuxarı Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirdi ki, Ərizəçi onun yaxın qohumudur. Ərizəçinin qardaşı X4 tanımışdır. X7 evdə xəstə yatmışdır. 26 avqust 2011-ci il tarixdə vəfat etmişdir və Qazax rayonu Yuxarı Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi, atası X6, anası X2 olmaqla xx xxxxxxx 1957-ci ildə Qazax şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 atası Mamed Mustafayev, anası Minaya Mustafayeva olmaqla 28 mart 1963-cü ildə Gürcüstanın Rustavi şəhərində doğulmuşdur. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, ölüm haqqında akt qeydi kitabları Maraqlı şəxs üzrə 2011- xx.xx.2023-cü illər üzrə yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Qazax RİHB-nın Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ağstafa rayonunun Qarahəsənli kənd sakini olmuş X7 xx.xx.2011-ci ildə vəfat etmiş, Qazax rayonu Yuxarı Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Qazax RİHB-nın Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ağstafa rayonunun Qarahəsənli kənd sakini mərhum 28 mart 1963-cü il təvəllüdlü X7 xx.xx.2011-ci ildə vəfat etmiş, Qazax rayonu Yuxarı Salahlı kənd qəbristanlığında qardaşı Ərizəçi tərəfindən dəfn etdirilmiş, yas mərasimi təşkil edilmiş və qəbirüstü abidəsi inşa edilmişdir. X3 qəbir daşından çəkilmiş fotoşəkildə ölüm tarixi xx.xx.2011-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 26 avqust 2011-ci ildə ölməsi ərizəçinin və nümayəndəsinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 28 mart 1963-cü ildə Gürcüstanın Rustavi şəhərində doğulmuş X3 26 avqust 2011-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar