Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-542/2023 27.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair işə 27 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 28 oktyabr 1963-cü ildə Salyan rayonun Qaraçala kəndində doğulmuş X1nun 01 may 1985-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etmiş və bildirmişdir ki, atası X12, anası X5 olmaqla X1 28 oktyabr 1963-cü il tarixdə anadan olmuşdur. X1 01 may 1985-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmiş və Qazax rayonu Kəmərli kənd qəbirstanlığında dəfn olunmuşdur. Onun dəfnində yaxın qohumlar, qonşular və digər şəxslər iştirak etmişdir. Qardaşı Rəşadət vəfat edərkən tibbi şəhadətnamə alınmadığından onun ölüm haqqında şəhadətnaməsini almaq mümkün olmamışdır. Qardaşı Rəşadətin ölüm haqqında şəhadətnaməsi olmadığından müəyyən sənədləşmənin aparılması mümkün olmamışdır. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs müdiri X9 məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 atası X12 anası X5 olmaqla 28 oktyabr 1963-cü ildə Salyan rayonunun Qaraçala kəndində anadan olmuşdur. İşdə olan fotoşəkillərdən görünür ki, X7 01 may 1985-ci il tarixdə vəfat etmiş və Qazax rayonunun Kəmərli kənd qəbrisanlığında dəfn edilmişdir. 10 mart 2023-cü il tarixdə Qazax RİHB-nin Kəmərli kənd İƏD-si üzrə nümayəndəsi X10, Kəmərli bələdiyyəsi sədri X3, Qazax rayonu Kəmərli kənd sakinləri X6 və X2 iştirakı ilə tərtib edilmiş Qazax RİHB-nın Kəmərli kənd İƏD üzrə nümayəndəliyində təsdiq edilmiş aktdan görünür ki, X7 01 may 1985-ci il tarixdə vəfat etmiş və Qazax rayonunun Kəmərli kənd qəbristanlığında yaxın qohumlarının məzarları yanında dəfn edilmiş və mərhumun üç, yeddi, qırx və il mərasimi Kəmərli kəndində yaşadığı evdə təşkil olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sübutları araşdırıb, hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında ərizəçinin izahatın və iş materiallarına əsasən, 28 oktyabr 1963cü ildə Salyan rayonun Qaraçala kəndində doğulmuş X1nun 01 may 1985-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 308 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28 oktyabr 1963-cü ildə Salyan rayonun Qaraçala kəndində doğulmuş X1nun 01 may 1985-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-542/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-542/2023
27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver