Məhkəmə qərarları › İş №2(023)-584/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-584/2025

15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-584/2025 15.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildə Şəmkir rayonu Düyərli kəndində anadan olmuş arvadı X4, xx.xx.2003-cü ildə Qazax rayonu Canallı kəndində anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə Qazax rayonu Canallı kəndində anadan olmuş oğlu X5 xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Kür qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum arvadı X11, xx.xx.1985-ci ildə Şəmkir rayonu Düyərli kəndində, oğlu X10 xx.xx.2003-cü ildə Qazax rayonu Canallı kəndində və oğlu X12 xx.xx.2008-ci il tarixdə Qazax rayonu Canallı kəndində anadan olmuşlar. Onlar xx.xx.2023-cü il tarixdə Kür çayının Şəmkir rayon Kür qəsəbəsindən keçən hissəsində suda boğularaq vəfat etmişlər. Bu barədə Şəmkir Rayon Prokurorluğunda xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. X11, X10 və X12 vəfat etdikdən sonra qeydiyyat şöbəsində onların ölümü qeydə alınmamışdır. Onların ölüm şəhadətnaməsi olmadığından və onlar sağ olaraq nəzərə alındığından onlardan qalmış miras əmlakı sənədləşdirə bilməmişdir. O, müvafiq orqanlara onların vəfat etməsini bildirsə də, ondan ölüm haqqında şəhadətnamə tələb etmişlər və sənədləşdirmə işinin görülməsindən imtina etmişlər. Buna görə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-107 saylı arayışda bildirilmişdir ki, ölümün qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. O, bu barədə Qazax rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciət etmişdir. Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-51/2-k-50-xx-xx/2025 nömrəli tibbi arayışda göstərilir ki, X11, X10 və X5 xx.xx.2023-cü il tarixdə rəhmətə getməsi ilə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. Ona görə də, məcbur qalıb arvadı və oğlanlarının vəfat etməsinin qeyd edilmə faktına dair məhkəmədə iddia qaldırmalı olmuşdur. Onu da qeyd edir ki, X11, X10 və X5 xx.xx.2023-cü il tarixdə Şəmkir rayou Kür qəzəbəsində ölmələri faktı Qazax Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında təsbit edilmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizəsini müdafiə edərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Ərizəçi ilə X11 xx.xx.2003-ci il tarixdə Maraqlı şəxsndə rəsmi qaydada evlənmişlər. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X10 xx.xx.2003-cü il tarixdə anadan olmuş, ata qarfasında Ərizəçi, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X12 xx.xx.2008-ci il tarixdə anadan olmuş, ata qarfasında Ərizəçi, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqənin surətindən görünür ki, X11 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqənin surətindən görünür ki, X10 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqənin surətindən görünür ki, X12 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maraqlı şəxs məktubdan görünür ki, X8, X6 X9 məxsus plüm haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ölüm haqqında tibbi şəhatətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli tibbi arayışdan görünür ki, X3, X2 X7 vəfat etmələri ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4, X2 və X5 ölmələri faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum xx.xx.1985-ci il təvəllüdlü X11 və onun övladları 2003-cü il təvəllüdlü X2 və 2008-ci il təvəllüdlü X5 ölüm faktlarının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4, X2 və X5 13 avqust 2023-cü il tarixdə ölmələri ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi oğlunun ərizəsi təmin edilsin. xx.xx.1985-ci ildə Şəmkir rayonu Düyərli kəndində anadan olmuş X4, xx.xx.2003-cü ildə Qazax rayonu Canallı kəndində anadan olmuş X2 və xx.xx.2008-ci il tarixdə Qazax rayonu Canallı kəndində anadan olmuş X5 xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Kür qəsəbəsində vəfat etmələri faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar