Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-603/2023 13.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Qazax rayon məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə X3 Heyyətinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Qazax rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(023)-849/2019 saylı qətnaməsi ilə X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda 120 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği uşağının tələbatını ödəmir. Belə ki, uşağı orta məktəbdə təhsil alır və məsrəfləri yetərincə artmışdır. Uşağının bütün qayğısını və ehtiyaclarını o təmin edir. Uşağının həm təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin maddi tələbatını ödəmək ona çox çətindir. Maraqlı şəxs uşağının saxlanılması üçün ona maddi yardım göstərmir. Bu səbəbdən aliment həcminin artırılması ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X3 Heyyətinin 31 avqust 2022-ci il tarixli qərarı ilə barışıq sazişi bağlamışlar. Lakin cavabdeh Sazişdən irəli gələn öhdəlikləri pozaraq Sazişin könüllü icrasından boyun qaçırır. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, Qazax rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-849/2019 saylı qətnaməsi ilə X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda 120 manat sabit pul məbləğində alimentin ondan tutularaq Ərizəçi ödənilməsi qət edilmişdir. Ərizəçi alimentin həcminin artırılması ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və Ərizəçi ilə aralarında xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən o (maraqlı şəxs) uşağının saxlanması üçün ərizəçiyə hər ay 250 manat ödəməli idi. Maddi imkanı olmadığı üçün hal-hazıradək alimenti ödəyə bilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə etirazı olmadığını bildirir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qazax rayon məhkəməsinin 15 avqust 2019cu il tarixli, 2(023)-849/2019 saylı qətnaməsindən çıxarışdan görünür ki, iddia qismən təmin edilmiş, 20 mart 2008-ci ildə anadan olmuş Hürmələk adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs 15 iyul 2019-cu ildən başlayaraq ayda 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilməsi qət edilmişdir. İşdə olan Qazax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 20 mart 2008-ci ildə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan Mediasiya Şurasının 15 dekabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs və Ərizəçi mediasiya sesiyasında barışıq sazişi bağlayaraq Maraqlı şəxs Ərizəçi hər ay 250 (iki yüz əlli) manat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəçinin tələbinin əsaslı olduğunu qəbul edir və hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Qazax rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-849/2019 saylı qətnaməsi ilə X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ayda 120 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi qət edilmişdir. Ərizəçi alimentin həcminin artırılması ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və Maraqlı şəxs ilə aralarında xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, Maraqlı şəxs Ərizəçi hər ay 250 (iki yüz əlli) manat ödəyəcəyinə dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində 15 dekabr 2022-ci il tarixdə bağlanmış Maraqlı şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi barədə X3 Heyyətinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-603/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-603/2023
13.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver