Məhkəmə qərarları › İş №2(023)-636/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-636/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-636/2023 16.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Qazax rayon Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il təvəllüdlü mərhum həyat yoldaşı X3 11 dekabr 2020-ci il tarixdə Bakı şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il tarixdən rəsmi nikahda olduğu xx.xx.1978-ci il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Binə Südçülük sovxozunda yerləşən evlərində vəfat etmişdir. Belə ki, həyat yoldaşı X5 “Covid 19” virusuna yoluxmuş, halı pisləşdiyinə görə təcili-tibbi yardım çağırsalar da, həkimlər gələnə kimi Göyçək Mustafayeva dünyasını dəyişmişdir. X8 rayon, Saloğlu qəsəbəsindəki qəbristanlıqda dəfn etmişlər. Həmin vaxt başı yas mərasiminə qarışdığı üçün Göyçəyin ölümünü Qeydiyyat Şöbəsində qeydə aldırmamışlar, yəni ona ölüm şəhadətnaməsi almamışlar. Hal-hazırda mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Bununla bağlı Qazax rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, orada ölüm qeydini aparmaqdan imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Qazax rayon qeydiyyat şöbəsinin rəisi Məsumə Səmədova məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, xx.xx.1972-ci ildə Qazax rayonunda anadan olmuşdur. Ərizəçi onun mərhum bacısı X3 əridir. X13 ailəsi ilə birlikdə Bakı şəhəri, Binə Südçülük sovxozunda yerləşən evlərində yaşayırdı. X5 “Covid 19” virusuna yoluxmuşdur. 11 dekabr 2020-ci il tarixdə halı pisləşdiyinə görə ailəsi təcilitibbi yardım çağırsa da, həkimlər gələnə kimi bacısı dünyasını dəyişmişdir. X20 rayon, Saloğlu qəsəbə qəbristanlığında dəfn etmişlər və qəbir daşı inşa etdirmişlər. Bacısının yas mərasimi atası evində olmuşdur. Dəfndə və yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirdi ki, xx.xx.1996-cı ildə Qazax rayonunda anadan olmuşdur. Ərizəçi onun atasıdır. X1 onun anası olmuşdur. X2 hipertoniya və şəkər xəstəliyindən əziyət çəkmişdir. Anası “Covid 19” virusuna yoluxmuşdur. 11 dekabr 2020-ci il tarixdə halı pisləşdiyinə görə təcili-tibbi yardım çağırsalar da, həkimlər gələnə kimi dünyasını dəyişmişdir. Anasını Ağstafa rayon, Saloğlu qəsəbə qəbristanlığında dəfn etmişlər və qəbir daşı inşa etdirmişlər. Anasının yas mərasimi babasının evində olmuşdur. Dəfndə və yas mərasimində o da iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə Qazax rayonu, Əlibayramlı kəndində doğulmuş Ərizəçi Qazax rayonu, Aslanbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6, atası X12, anası X7 olmaqla 27 yanvar 1984-cü ildə Qazax rayonu, Dağkəsəmən kəndində doğulmuşdur. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X4 nikahı 23 yanvar 1997-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-=16-5/8-70-M-787/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyi TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 20 fevral 2023-cü il tarixli 49 saylı arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə ölümü ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanasının RHŞ-in Arxiv Bölməsində heç bir sənəd aşkar edilməmişdir. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X3 ölümü haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 22 fevral 2023-cü ilədək “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası TƏBİB Bakı Baş Səhiyyə X23 Şəxsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının verdiyi 05 may 2023-cü il tarixli 197 saylı arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə ev şəraitində təcili yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat etmiş şəxsin ölüm səbəbi naməlum olduğuna görə AZS 106 forma (ölüm haqqında tibbi şəhadətnamə) verilməsindən imtina edilmişdir. İş materiallarında olan Ağstafa RİHB-nın Saloğlu qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli 99 saylı arayışdan görünür ki, X1nın xx.xx.2020-ci il tarixdə Ağstafa rayon Saloğlu qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan qəbir daşından çəkilmiş fotoşəkildən görünür ki, X3 1978- 2020-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi müəyyən sənədləşmə işləri ilə bağlı X1nın ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2020-ci ildə ölməsi ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1978-ci ildə anadan olmuş X3 11 dekabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar