Məhkəmə qərarları › İş №2(023)-673/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-673/2024

24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-673/2024 24.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Qazax rayon Qeydiyyat şöbəsi) mülki işə 24 iyun 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ölüm faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1968-ci il təvəllüdlü əri X1 uzun sürən xəstəlikdən sonra vəziyyəti ağırlaşmış, xx.xx.2024-cü il tarixdə Təcili və X2 çağırılmış və tibbi yardım gələnədək evdə vəfat etmişdir. X6 xx.xx.2024-cü il tarixdə Xırdalan qəbristanlığında dəfn edilmişdir. X3 ölüm haqqında şəhadətnamə verilməsi üçün 3 Saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Eyni zamanda “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə müraciət etsə də, oradan da imtina verilmişdir. X8 hərbi xidməti ilə bağlı və digər işləri üçün X1 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi məhkəmə iclasına gəlməmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, xx.xx.1967-ci ildə doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin əri X4 tanımışdır. X6 02 fevral 2024-cü il tarixdə vəfat etmiş və Xırdalan şəhər qəbristanlığında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.1966-cı ildə doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin əri X4 tanımışdır. X6 02 fevral 2024-cü il tarixdə vəfat etmiş və Xırdalan şəhər qəbristanlığında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə doğulmuşdur. Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 ilə Ərizəçi nikahı 18 avqust 2014-cü il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əmiraslanova soyadı verilmişdir. 3 Saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3- 16-5-7-15-558/24 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında X1 ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Abşeron RMX PHŞ-in verdiyi 29 fevral 2024-cü il tarixli 18-1-20/2-Ə-140-xx-xx/2024 saylı məktubdan görünür ki, P.Mustafayevin ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Abşeron RMX PHŞ Təcili və X2 stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanda yaşayan X6 həkiməqədər ölüm kişi cinsində meyid, meyidin üzərində zorakılıq əlamətləri aşkar olunmur. X1 qəbir daşından çəkilmiş fotoşəkildə ölüm tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 02 fevral 2024-cü ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar