Məhkəmə qərarları › İş №2(023)-675/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-675/2025

29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-675/2025 29.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il tarixdə Qazax rayonun Kəmərli kəndində anadan olmuş X4 10 iyul 2002-ci il tarixdə Qazax rayonun Kəmərli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 27 sentyabr 1986-cı il tarixdə Qazax rayonun Kəmərli kəndində anadan olmuşdur. X8 10 iyul 2002-ci il tarixdə X5 törətdiyi yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Bunla bağlı X7 3 il müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilmişdir. X2 vəfat etdikdən sonra Qazax rayonu Kəmərli kənd qəbirstanlığında dəfn edilmişdir. Onun dəfnində yaxın qonşuları, qohumları iştirak etmişdir. Ona Qazax rayonu Kəmərli kənd qəbirstanlığında qəbr daşı da qoyulmuşdur. X2 vəfat edən zaman ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Qazax rayon notariat ofisinə vərəsəlik işi ilə bağlı müraciət etdikdən notarius ondan X2nun ölüm haqqında şəhadətnaməni tələb etmişdir. Oğlu ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəlik işinin aparılması mümkün olmamışdır. X2 hazırda sağ kimi qalmışdır. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, xx.xx.1986-cı il tarixdə Rustavi şəhərində anadan olmuş X4 10 iyul 2002-ci il tarixdə Qazax rayonun Kəmərli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1986-ci il tarixdə anadan olmuş, ata qrafasında Ərizəçi, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maraqlı şəxs məktubdan görünür ki, X6 məxsus ölüm haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ölüm haqqında tibbi şəhatətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. İş materiallarında olan 14 fevral 2025-ci il tarixli tibbi arayışdan görünür ki, X4 vəfat etməsi ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan Qazax rayon Məhkəməsinin 1-64/2002 saylı, xx.xx.2002-ci il tarixli hökmün surətindən görünür ki, X5 törətdiyi yol nəqliyyat hadisəsi zamanı X8 vəfat etmiş və X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməktə təqsirli bilinmiş və 3 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2002-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarın surətindən görünür ki, zərərçəkmişin ölümü ilə nəticələn avtoqəza faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin əlamətləri ilə cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum xx.xx.1986-cı il tarixdə asnadan olmuş X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1986-cı il tarixdə Rustavi şəhərində andan olmuş X4 10 iyul 2002-ci il tarixdə ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1986-cı il tarixdə Rustavi şəhərində anadan olmuş X4 10 iyul 2002-ci il tarixdə Qazax rayonu Kəmərli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar