Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-706/2024 25.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 25 iyun 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ölüm faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdə Qazax rayonu Xanlıqlar kəndində anadan olmuş X6 xx.xx.1990-cı il tarixdə Qazax rayonu Xanlıqlar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X16 ilə birgə nikahından xx.xx.1979cu il tarixdə X12 doğulmuşdur. X4 xx.xx.1990-cı il tarixdə X10 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Bununla bağlı X13 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Oğlu X3 rayon Xanlıqlar kənd qəbristanlıqda dəfn edilmişdir, ona qəbir daşı da inşa edilmişdir. X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra ona ölüm haqqında şəhadətnamə alınmamışdır. X2 ölüm şəhadətnaməsi olmadığından əri X7 miras qalmış əmlakın sənədləşdirilməsində çətinliklər yaşanır. Buna görə Maraqlı şəxsnə və Qazax rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, ona bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirdi ki, Ərizəçi onun həm qohumu, həmdə qonşusudur. Ərizəçi X4 xx.xx.1990-cı il tarixdə X10 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı ölmüşdür. X8 Qazax rayon Xanlıqlar kənd qəbristanlığında dəfn etmişlər və qəbir daşı inşa etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında bildirdi ki, Ərizəçi onun yaxın qohumudur. Ərizəçi X4 xx.xx.1990-cı il tarixdə X10 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı ölmüşdür. X8 Qazax rayon Xanlıqlar kənd qəbristanlığında dəfn etmişlər və qəbir daşı inşa etmişlər. Yas mərasimində o da iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X12, atası X16, anası Ərizəçi olmaqla 09 may 1979-cu ildə Qazax rayonu Xanlıqlar kəndində doğulmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-69-439 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X6 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 09 aprel 2024cü il tarixli tibbi arayışdan görünür ki, Qazax rayon Xanlıqlar kənd sakini X6 ölümü ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. Qazax RİHB-nın Kosalar kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 09 may 1979-cu ildə doğulmuş Qazax rayon Xanlıqlar kənd sakini X12 22 aprel 1990-cı il tarixdə avtomobil qəzası nəticəsində vəfat etmişdir. Qazax Rayon Xalq Məhkəməsinin 5 iyul 1990-cı il tarixli 1-40-1990-cı il tarixli hökmündən görünür ki, X15 21 aprel 1990-cı ildə saat 14 radələrində VAZ-21013 markalı E7596AQ nömrəli avtomaşını sərxoş vəziyyətdə idarə edərkən Yol hərəkəti qaydalarını pozaraq avtomaşını elektrik dirəyinə vurmuşdur. Nəticədə avtomaşında olan azyaşlı X11 aldığı xəsarətlərdən ölmüş, onun atası X1 uzun müddət pozulmasına səbəb olan ağır dərəcəli bədən xəsarəti almışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.1990-cı ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 09 may 1979-cu il tarixdə Qazax rayonu Xanlıqlar kəndində anadan olmuş X6 22 aprel 1990-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-706/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-706/2024
25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver