Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-733/2024 20.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi nümayəndəsi, vəkil Mehtixanov Nicat Namiq oğlunun iştirakı ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 20 iyun 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ölüm faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1895-ci ildə Qazax şəhərində anadan olmuş X2 23 mart 1977-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1895-ci il tarixdə anandan olmuş X5 onun anasıdır. Anası 1895-ci ildə Qazax şəhərində anadan olmuş və 23 mart 1977-ci il tarixdə ünvan 1 ünvanında ölmüşdür. X10 qeyd edilən tarixdə Qazax şəhərində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Anası vəfat etdikdən sonra qeydiyyat şöbəsində onun ölümünü qeyd etdirməmişdir. X1 ölüm şəhadətnaməsi olmadığından ondan miras qalmış evin sənədləşdirilməsində çətinliklər yaşanır. Müvafiq orqanlara onun vəfat etməsini bildirsədə, ondan ölüm haqqında şəhadətnamə tələb edirlər və sənədləşmə işlərinin aparılmasından imtina edirlər. Buna görə Maraqlı şəxsnə müraciət etmiş, ona ölümün qeydə alınmasının tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi yolu ilə verilə biləciyini bildirmişlər. Daha sonra Qazax rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciətinə cavab olaraq 1895-ci il tarixdə anadan olmuş X2 vəfat etməsi ilə bağlı arxiv bölməsində heç bir sənəd aşkar edilmədiyi barədə məktub vermişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi, Vəkil ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, xx.xx.1958-ci ildə doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin anası X4 tanımışdır. X5 23 mart 1977-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmiş və Qazax şəhər qəbristanlığında dəfn edilmişdir. Onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, xx.xx.1954-cü ildə doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin anası X4 tanımışdır. X5 23 mart 1977-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmiş və Qazax şəhər qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, xx.xx.1959-cu ildə doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin anası X4 tanımışdır. X5 23 mart 1977-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmiş və Qazax şəhər qəbristanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi, atası Ərizəçi Cəmil oğlu, anası X5 olmaqla 12 avqust 1940-cı ildə Qazax rayonunda doğulmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-69-Q-462 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 09 aprel 2024cü il tarixli 18-1-51/2-125/2024 saylı arayışdan görünür ki, X2 xx.xx.1977-ci ildə vəfat etməsi ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. X2 qəbir daşından çəkilmiş fotoşəkildə ölüm tarixi xx.xx.1977-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 23 mart 1977-ci ildə ölməsi ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1895-ci ildə Qazax şəhərində anadan olmuş X2 23 mart 1977-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-733/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-733/2024
20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver