Məhkəmə qərarları › İş №2(023)-741/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-741/2025

25.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-741/2025 25.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixdə Qazax şəhərində doğulmuş X2 03 fevral 2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum oğlu X6 03 fevral 2025-ci il tarixdə ünvan 1-də öz əcəli ilə vəfat etmişdir. Qazax rayonu Ağköynək kənd qəbrisanlığında dəfn edilmişdir. Bununla bağlı Qazax Rayon Prokurorluğunda araşdırılma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir. Hüquqi savadsızlıqdan və stressdə olduğundan mərhum oğlu X2 nəşinin ekspert tərəfindən yarılmasına icazə vermədiyi üçün ölümünü qeydiyyata aldırmaq mümkün deyildir. Bu faktın təsdiqi vərəsəlik açılması üçün lazımdır. Bu faktın məhkəmədən kənar təsdiq edilməsi mümkün deyildir. Maraqlı şəxs ölüm haqqında qeydin aşkar edilməsi barədə arayış, eləcədə Qazax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs bu ölüm qeydiyyatının aşkar edilməməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X6 xx.xx.1995-ci il tarixdə anadan olmuş, ata qrafasında Ərizəçi, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maraqlı şəxs məktubdan görünür ki, X4 məxsus ölüm haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ölüm haqqında tibbi şəhatətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. İş materiallarında olan 18 fevral 2025-ci il tarixli tibbi arayışdan görünür ki, X3 vəfat etməsi ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 03 fevral 2025-ci il tarixdə yaşadığı evdə öz əcəli ilə ölməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan qəbr fotoşəkillərindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum xx.xx.1995-ci il təvəllüdlü X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1995-ci il təvəllüdlü X2 03 fevral 2025-ci il tarixdə ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1995-ci ildə Qazax şəhərində anadan olmuş X2 03 fevral 2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar