Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-778/2024 01.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 01 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ölüm faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 1985-ci il tarixdə doğulmuş X7 25 avqust 2006-cı ildə ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, oğlu 12 sentyabr 1985-ci il təvəllüdlü X14 25 avqust 2006-cı ildə ev şəraitində vəfat etmiş və Qazax rayon Daş Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Lakin oğlu Alı Əliyev vəfat edərkən ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Buna görə Maraqlı şəxsnə müraciət etmiş, ona ölümün qeydə alınmasının tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi yolu ilə verilə biləciyini bildirmişlər. X1 ölüm şəhadətnaməsi olmadığından ondan miras qalmış torpaq sahəsinin sənədləşdirilməsində çətinliklər yaşanır. X18 ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, xx.xx.1956-cı ildə Qazax rayon Daş Salahlı kəndində doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin oğlu X13 tanımışdır. X14 xəstə olduğu üçün 25 avqust 2006-cı ildə vəfat etmiş və Qazax rayon Daş Salahlı kənd qəbristanlığında dəfn edilmişdir, o həmin mərasimdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, xx.xx.1961-ci ildə Qazax rayon Daş Salahlı kəndində doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin oğlu 12 sentyabr 1985-ci il təvəllüdlü X14 xəstə olduğu üçün 25 avqust 2006-cı ildə vəfat etmiş və Qazax rayon Daş Salahlı kənd qəbristanlığında dəfn edilmişdir, o həmin mərasimdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, xx.xx.1981-ci ildə Qazax rayon Daş Salahlı kəndində doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin oğlu X13 tanımışdır. X14 xəstə olduğu üçün 25 avqust 2006-cı ildə vəfat etmiş və Qazax rayon Daş Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, xx.xx.1952-ci ildə Qazax rayon Dağkəsəmən kəndində doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin oğlu X13 tanımışdır. Ərizəçinin oğlu 12 sentyabr 1985-ci il təvəllüdlü X14 xəstə olduğu üçün 25 avqust 2006-cı ildə vəfat etmiş və Qazax rayon Daş Salahlı kənd qəbristanlığında dəfn edilmişdir, o həmin mərasimdə iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 atası X9, anası X5 olmaqla xx.xx.1985-ci ildə Qazax rayon Daş Salahlı kəndində doğulmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-70-124 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə Maraqlı şəxs və Daş Salahlı kənd icra nümayəndəliyində üzrə 2006-2012-ci illər üzrə ölüm haqqında akt qeydləri yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X7 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 20 may 2024-cü il tarixli tibbi arayışdan görünür ki, Qazax rayon Daş Salahlı kənd sakini X7 ölümü ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Qazax RİHB-nın Daş Salahlı kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi oğlu 12 sentyabr 1985-ci il təvəllüdlü X14 həqiqətən 25 avqust 2006-cı ildə vəfat etmiş və Qazax rayon Daş Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Qazax RİHB-nın Daş Salahlı kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Ərizəçi övladı 12 sentyabr 1985-ci il təvəllüdlü X14 25 avqust 2006-cı ildə vəfat etmiş və Qazax rayon Daş Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. X7 qəbir daşından çəkilmiş fotoşəkildə ölüm tarixi xx.xx.2006-cı il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X7 25 avqust 2006-cı ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 12 sentyabr 1985-ci il tarixdə doğulmuş X7 25 avqust 2006-cı ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-778/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-778/2024
01.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver