Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-791/2024 04.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 04 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ölüm faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 14 avqust 1979-cu il təvəllüdlü X3 26 iyul 1994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X6 14 avqust 1979-cu ildə doğulmuş və 26 iyul 1994-cü ildə ev şəraitində vəfat etmişdir. O Qazax şəhər qəbristanlığında dəfn edilmişdir. Lakin oğlu Mehman Qasımov vəfat edərkən ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Buna görə Maraqlı şəxsnə müraciət etmiş, orada aparılmış yoxlama zamanı onun ölüm akt qeydi aşkar edilməmişdir. X1 ölüm şəhadətnaməsi olmadığından mərhum əri X4 miras qalmış əmlakın sənədləşdirilməsində çətinliklər yaşanır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, xx.xx.1963-cü ildə Ağdaş şəhərində doğulmuşdur. Ərizəçi onun yaxın qohumudur. Ərizəçinin oğlu X5 tanımışdır. X6 xəstə olduğu üçün 26 iyul 1994-cü ildə vəfat etmiş və Qazax şəhər qəbristanlığında dəfn edilmişdir, o həmin mərasimdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirdi ki, xx.xx.1951-ci ildə Qazax şəhərində doğulmuşdur. Ərizəçi onun bacısıdır. X2 Mehman Fərhad oğlu xəstələnmiş və 26 iyul 1994-cü ildə vəfat etmişdir. O Qazax şəhər qəbristanlığında dəfn edilmişdir, o həmin mərasimdə iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü ildə Qazax şəhərində anadan olmuşdur. Nikah haqqında arayışdan görünür ki, X7 ilə Ərizəçi nikahı 12 fevral 1979-cu il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Rüstəmzadə soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 atası X7, anası Ərizəçi olmaqla 14 avqust 1979-cu ildə Qazax şəhərində doğulmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-R-69-507 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə Maraqlı şəxs və Daş Salahlı kənd icra nümayəndəliyində üzrə 2006-2012-ci illər üzrə ölüm haqqında akt qeydləri yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 23 aprel 2024cü il tarixli tibbi arayışdan görünür ki, Qazax rayon sakini X3 ölümü ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 26 iyul 1994-cü ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 avqust 1979-cu il təvəllüdlü X3 26 iyul 1994-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-791/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-791/2024
04.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver