Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-793/2025 30.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı - 26 iyun 1969-cu il tarixdə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuş X6 07 iyul 1969-cu il tarixdə Qazax rayonu, Yuxarı Salahlı və bacısı - 27 dekabr 1978-ci il tarixdə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuş X5 22 fevral 1979-cu il tarixdə Qazax rayonı, Yuxarı Salahlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 26 iyun 1969-cu il tarixdə anadan olmuş X14 onun qardaşı, 27 dekabr 1978-ci il tarixdə anadan olmuş X11 onun bacısıdır. Onlar qeyd edilən tarixdə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuşlar. X14 07 iyul 1969-cu il tarixdə və X11 22 fevral 1979-cu il tarixdə Qazax rayonu, Yuxarı Salahlı kəndində körpə olarkən vəfat etmişdirlər. Onlar körpə olduqları üçün onlara məzar daşı inşa etdirilməmişdir. Bununla belə valideyinlərinin hüquqi savadsızlıqlarından onlara ölüm haqqında şəhadətnamə alınmamış və beləliklə onların nazırki vəziyyətdə ölmələri qeydə alınmamışdır. Belə olan halda Qazax rayon Mərkəzi Xəstəxanası PHŞ-nə və Maraqlı şəxsnə mərhum qardaş və bacısının ölümünün qeydə alınması barədə müraciət etməyinə baxmayaraq onların ölümlərinin qeydə alınması yalnız məhkəmə qaydasında mümkün olacağı bildirilmişdir. Onuda qeyd edir ki, onların ölüm haqqında şəhadətnamələri mənəsi mərhum valideyinlərindən miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı Qazax rayon Notariat kontorunda olan vərəsəlik işi ilə bağlı lazımdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsi (vəkilinin) izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. Ərizəçi qardaşı Rövşən və bacısı Elmira körpə olarkən vəfat etmişlər. Həmin uşaqların körpə olarkən Qazax rayonu Yuxarı Salahlı kəndində ölməsini və dəfn edilmələrini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qohumudur. Ərizəçi qardaşı Rövşən 1969-cu ildə və bacısı Elmira 1979-cü ildə anadan olmuşlar, lakin onlar bir-iki ay yaşamışar və körpə olarkən vəfat etmişlər. Həmin uşaqların körpə olarkən Qazax rayonu Yuxarı Salahlı kəndində ölməsini və dəfn edilmələrini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi qardaşı Rövşən və bacısı Elmira bir-iki ay yaşamışar və körpə olarkən vəfat etmişlər. Həmin uşaqların körpə olarkən Qazax rayonu Yuxarı Salahlı kəndində ölməsini və dəfn edilmələrini təsdiq edir. İş materiallarında olan 13 mart 2025-ci il tarixli məktubdan görünür ki, 26 iyun 1969cu il təvəllüdlü X9 və 27 dekabr 1978-ci il təvəllüdlü X7 Qazax RMX PHŞ-i tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan 10 mart 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasfna uyğun olaraq ölüm faktının müəyyən edilməsi tibbi şəhadətnamə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Odur ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X12, X3 və X4 akt tərtib edərək, göstərmişlər ki, X14 və X2 rayonu, Yuxarı Salahlı kəndində vəfat etmişlər və Yuxarı Salahlı kənd qəbirstanlğılnda dəfn edilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə anadan olmuş, ata qrafasında X15, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X14 xx.xx.1969-cu il tarixdə anadan olmuş, ata qrafasında X15, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X11 xx.xx.1978-ci il tarixdə anadan olmuş, ata qrafasında X15, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 26 iyun 1969-cu il tarixdə anadan olmuş X14 07 iyul 1969-cu il tarixdə və 27 dekabr 1978-ci il tarixdə anadan olmuş X11 22 fervral 1979-cu il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində vəfat etmiş və Yuxan Salahlı kənd qəbirstanlığında dəfn edilmişlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum xx.xx.1969-cu il təvəllüdlü X6 və xx.xx.1978-ci il təvəllüdlü X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1969-cu il təvəllüdlü X6 07 iyul 1969-cu il tarixdə və xx.xx.1978-ci il təvəllüdlü X5 22 fevral 1979-cu il tarixdə ölmələri ərizəçinin izahatı və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 26 iyun 1969-cu il tarixdə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuş X6 07 iyul 1969-cu il tarixdə Qazax rayonu, Yuxarı Salahlı kəndində və 27 dekabr 1978-ci il tarixdə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuş X5 22 fevral 1979-cu il tarixdə Qazax rayonu, Yuxarı Salahlı kəndində vəfat etmələri faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-793/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-793/2025
30.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver