Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-808/2025 07.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə 07 oktyabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona vurulmuş 10.850 manat məbləğində zərərin və hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən ödədiyi 525 manat pulun cavabdehdən alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 aprel 2024-cü il tarixdə, saat 05 radələrində Qazax şəhəri, H.Əliyev propekti 15 ünvanında yerləşən "xxxx" ASC-nə məxsus sex və anbarda yanğın hadisəsi baş vermiş, alov yayılaraq qardaşı X3 məxsus, onun istifadəsində olan "Mercedes Benz 080" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə, X7 məxsus "Qaz 33021" markalı, **-DM-*** dövlət qeydiyyrt nişanlı yük avtomobilinə, "xxxx" MMC-nə məxsus X4 istifadəsində olan "Hyundai-Elantra" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə keçmiş, nəticədə sex və anbar içərisində olan əşyalar, avadanlıqlar ilə birlikdə avtomobillər də yanaraq yararsız vəziyyətə düşmüş, əmlaka maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası FHN Əməliyyat-istintaq idarəsində araşdırma aparılmış, 26 noyabr 2024-cii il tarixli "cinayət işinin başlanılmasınm rədd edilməsi haqqında" qərar qəbul edilmişdir. Sözügedən araşdırma üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azəıbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9-9133 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, yanaraq sıradan çıxmış 1998ci il buraxılışlı "Mercedes Benz 080" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı "normal" vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 10850,00 manat müəyyən olunur. 26 noyabr 2024-cü il tarixli qərarda həmçinin qeyd edilmişdir ki, X6 “Qazax Sərnişin" ASC-nin direktoru kimi üzərinə yanğın tərhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda "Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.6, 1.7, 6.2, 6.5-ci "Ticarət və ictimai iaşə müəsissələri, yarmakalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları"nın 1.2, 3.5, 3.5.3.1,3.5.3.3, 3.5.3.4-cü və "Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları"nm 1.2, 2.3.3.1, 2.3.3.2 və 2.3.5-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Qeyd edilən hallardan görünür ki, cavabdehin təqsiri üzündən onun avtomobili tam yararsız hala düşmüş və nəticədə ekspert rəyinə uyğun olaraq 10.850 manat maddi ziyan dəymişdir. Eyni zamanda iddia ərizəsinin tərtib ediməsi, məhkəmədə təmsil edilmə və hüquqi yardım almağım üçün Qazax rayon Vəkil Bürosunun vəkili Vəkil ilə hüquqi yardım müqaviləsi bağlanılmış və hüquqi yardım müaviləsinin qiyməti 525 manat təşkil etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin sexin mülkiyyətçisidir. Araşdırılma zamanı yanğın hadisəsindən məsul şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yanğın təhlükəsizlik qaydalarının pozulması müəyyən edilmişdir. Bu barədə rayon prokurorluğunda araşdırma aparılmış, "xxxx" ASC-nin texniki təhlükəsizlik qaydalarına riayət etmədiyi aşkar olunmuşdur. Cavabdehin təqsiri ucbatından iddiaçıya 10.850 manat ziyan dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasına dəvət olunmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 bildirmişdir ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan sexi şifahi icarə əsasında işlədir və onun heç bir rəsmi müqaviləsi olmamışdır. İcarə haqqı olaraq hər ay 100 manat pul ödəmişdir. O sifarişi İddiaçı qəbul etmiş, avtomaşında bəzi işlər gördükdən sonra boksu bağlamış, avtomaşını qaraja salmışdır. "xxxx" ASC-nin təqsiri ucbatından texniki təhlükəsizlik qaydalarına riayət olunmadığından yanğın baş vermiş, yanğın 100 metrə qədər əraziyə yayılmış, avtomobillər yanmışdır. Avtomobillərin yanmasında onun günahı olmamışdır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qazax rayon dövlət Notariat kontorunun verdiyi xx.xx.2010-cu il tarixli, ƏN-İİ №949763 nömrəli etibarnamənin surətindən görünür ki, X8 DAİMLER CHRYSLER C-108 minik markalı 35BA791 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi xx.xx.2040-cı il tarixədək İddiaçı etibar etmişdir. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin 26 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 10 aprel 2024-cü il tarixdə, saat 05 radələrində Qazax şəhəri, H.Əliyev prospekti 15 ünvanda yerləşən, "xxxx" ASC-nə məxsus sex və anbarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar X2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərarla həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9133 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən, yanaraq sıradan çıxmış 1998-ci il buraxılışlı “Mercedes Benz C180”markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 10.850 (12500,00+10700,00+10500,00+9700,00=43400,00:4) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur:
1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir;
2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;
3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır;
4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 09 aprel 2024-cü il tarixdə avtomobilini təmir etdirmək məqsədi ilə "xxxx" ASC-də işləyən usta Şahin Hüseynovun sexinə aparmış və təmir üçün Şahin Hüseynovun işlədiyi sexdə dayandıraraq getmişdir. 10 aprel 2024-cü il tarixdə saat 05 radələrində "xxxx" ASC-yə məxsus sexlərdən birində yanğın baş vermiş, yanğın tez bir zamanda digər sexlərə keçərək, iddiaçıya məxsus və digər şəxslərin avtomobilləri yanmışdır. Hadisə ilə bağlı Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq idarəsində araşdırma aparılmış, 26 noyabr 2024-cü il tarixli "cinayət işinin başanılmasınm rədd edilməsi haqqında" qərarla "xxxx" ASC-nin direktoru X6 tərəfindən "Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları"nın 1.6, 1.7, 6.2, 6.5-ci "Ticarət və ictimai iaşə müəsissələri, yarmakalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları"nın 1.2, 3.5, 3.5.3.1, 3.5.3.3, 3.5.3.4-cü və "Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydalarnın 1.2, 2.3.3.1, 2.3.3.2 və 2.3.5-ci bəndlərinin tələblərinin pozulması, yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi aşkar edilmiş, nəticə etibarı ilə "xxxx" ASC-nin direktoru X2 yanğın qaydalarına riayyət etməməsi səbəbindən yanğının baş verməsi müəyyən olunmuşdur. Həmin qərarla həmçinin, yanaraq sıradan çıxmış 1998-ci il buraxılışlı “Mercedes Benz C180”markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 10.850 (12500,00+10700,00+10500,00+9700,00=43400,00:4) manat müəyyən olunmuşdur. X6 "xxxx" ASC-nin direktoru kimi üzərinə yanğın tərhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ona dəymiş maddi zərəri cavabdeh "xxxx" ASC-dən tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə iddianın hüquqi yardım üçün ödənilmiş 525 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən Qazax rayon Vəkil Bürosunun hesabına 525 manat pul köçürülmüşdür. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 10.850 manat məbləğində maddi zərər və hüquqi yardıma görə vəkilə ödənilmiş 525 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 10.850 (on min səkkiz yüz əlli) manat məbləğində maddi zərər və hüquqi yardıma görə vəkilə ödənilmiş 525 (beş yüz iyirmi beş) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nemət Musayev