Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-836/2024 01.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 01 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06 yanvar 1980-ci ildə Qazax şəhərində anadan olmuş bacısı X2 16 fevral 1980-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 06 yanvar 1980-ci ildə anadan olmuş X3 onun bacısıdır. O, 06 yanvar 1980-ci ildə Qazax şəhərində anadan olmuş, 16 fevral 1980-ci il tarixdə ünvan 1 ünvanında ölmüşdür. Naibə ünvan 2ğu üçün ona qəbir daşı inşa etdirməmişlər. Naibə vəfat edərkən ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Buna görə Maraqlı şəxsnə müraciət etmiş, ona ölümün qeydə alınmasının tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi yolu ilə verilə biləciyini bildirmişlər. X1 ölüm şəhadətnaməsi olmadığından anasından miras qalmış evin sənədləşdirilməsində çətinliklər yaşanır. X10 ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirdi ki, xx.xx.1963-cü ildə doğulmuşdur. Ərizəçi onun bacısı qızıdır. Ərizəçinin valideynlərinin birgə nikahından 06 yanvar 1980-ci ildə Qazax şəhərində X3 adlı bir usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan az sonra, yəni 16 fevral 1980-ci il tarixdə ölmüşdür və onu Qazax rayonu Cəfərli kənd qəbristanlığında dəfn edilmişdir. Uşaq olduğu üçün ona məzar daşı qoyulmamışdır. Yas mərasimi kiçik bir yığıncaq formasında olmuşdur, o da həmin mərasimdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, xx.xx.1954-cü ildə doğulmuşdur. Ərizəçi onun yaxın qohumudur. Ərizəçinin valideynlərinin birgə nikahından 06 yanvar 1980-ci ildə Qazax şəhərində X3 adlı bir usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan az sonra, yəni 16 fevral 1980-ci il tarixdə ölmüşdür və onu Qazax rayonu Cəfərli kənd qəbristanlığında dəfn edilmişdir. Uşaq olduğu üçün ona məzar daşı qoyulmamışdır. Yas mərasimi kiçik bir yığıncaq formasında olmuşdur, o da həmin mərasimdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, xx.xx.1961-ci ildə doğulmuşdur. Ərizəçi onun yaxın qohumudur. Ərizəçinin valideynlərinin birgə nikahından 06 yanvar 1980-ci ildə Qazax şəhərində X3 adlı bir usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan az sonra, yəni 16 fevral 1980-ci il tarixdə ölmüşdür və onu Qazax rayonu Cəfərli kənd qəbristanlığında dəfn edilmişdir. Uşaq olduğu üçün ona məzar daşı qoyulmamışdır. Yas mərasimi kiçik bir yığıncaq formasında olmuşdur, o da həmin mərasimdə iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1983-cü ildə anadan olmuşdur. Doğum haqqında arayışdan görünür ki, X4, atası X5, anası X8 olmaqla xx xxxxxxx 1983-cü ildə Qazax şəhərində doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, X3, atası X5, anası X8 olmaqla 06 yanvar 1980-ci ildə Qazax şəhərində doğulmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-70-Ə-169 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, X2 ölümü haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə Maraqlı şəxs üzrə 1980-1986-cı illər üzrə ölüm haqqında akt qeydləri yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 06 may 2024-cü il tarixli tibbi arayışdan görünür ki, Qazax rayon sakini X2 ölümü ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 16 fevral 1980-ci ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 06 yanvar 1980-ci ildə Qazax şəhərində anadan olmuş X2 16 fevral 1980-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-836/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-836/2024
01.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver