Məhkəmə qərarları › İş №2(023)-852/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-852/2023

23.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-852/2023 23.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 15 sentyabr 1972-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X7, anası X8 olmaqla xx.xx.1978-ci ildə Qazax şəhərində doğulmuşdur. Ata xətti üzrə X2 1906-cı ildə anadan olmuşdur. X2 ilə ailə qurmuşdur. X2 15 sentyabr 1972-ci ildə, nənəsi X18 isə 10 mart 1984-cü ildə vəfat etmişlər. X2 Qazax şəhər qəbristanlığında dəfn olunmuşdur. Onun dəfnində yaxın qohumlar, qonşular və digər şəxslər iştirak etmişdir. Lakin babası vəfat edərkən həkimdən tibbi şəhadətnamə alınmadığından ona ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, orada aparılmış yoxlama zamanı onun ölüm akt qeydi tapılmamışdır. X1 ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Babasının ölüm haqqında şəhadətnaməsi ondan miras qalmış əmlaka vərəsəliyin müəyyən olunması üçün lazımdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs rəisi Məsumə Səmədova məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, xx.xx.1943 -cü ildə doğulmuşdur. Ərizəçi onun qardaşı qızıdır. X9 onun atası olmuşdur. X9 15 sentyabr 1972-ci il tarixdə ölmüşdür və onu Qazax şəhər qəbristanlığında dəfn etmişlər. Ona qəbir daşı inşa etdirmişlər. Atasının yas mərasimi Qazax şəhərində yerləşən evində keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirdi ki, xx.xx.1965-ci ildə doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Ərizəçi X2 15 sentyabr 1972-ci il tarixdə ölmüşdür və onu Qazax şəhər qəbristanlığında dəfn etmişlər. Ona qəbir daşı inşa etdirmişlər. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi, atası X7, anası X8 olmaqla xx xxxx 1978-ci ildə Qazax şəhərində doğulmuşdur. İş materiallarında olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1978-ci ildə Qazax şəhərində doğulmuş Ərizəçi Qazax şəhəri, M.Hüseyn küçəsi ev 16 ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 atası X9, anası X19 olmaqla 30 iyul 1939-cu ildə doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs verdiyi arayışdan görünür ki, X9, X15 barəsində nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs verdiyi arayışdan görünür ki, 1906-cı ildə Qazax şəhərində anadan olmuş X5 doğumu barəsində Maraqlı şəxs arxivində akt qeydi aşkar olunmadı doğum haqqında bərpa akt qeyd kitabları 1948-ci ildən 1970-ci ilədək yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs verdiyi arayışdan görünür ki, X5 ölümü haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 1972-xx.xx.2023-cü illər üzrə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X5 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan arayışdan görünür ki, X18 10 mart 1984-cü ildə Qazax şəhərində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-B- 69/135/202 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X5 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyi TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 07 iyul 2023-cü il tarixli 193 saylı arayışdan görünür ki, 1906-cı il tarixdə anadan olmuş X5 ölümü ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanasında RHŞ-in Arxiv bölməsində vətəndaşa məxsus heç bir tibbi sənəd aşkar edilməmişdir. İş materiallarında olan qəbir daşından çəkilmiş fotoşəkildən görünür ki, X9 1906 ildə doğulmuş, 1972-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 15 sentyabr 1972-ci ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 15 sentyabr 1972-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar