Məhkəmə qərarları › İş №2(023)-861/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-861/2024

30.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-861/2024 30.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 30 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10 mart 1979-cu il təvəllüdlü X3 08 may 1994-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 10 mart 1979-cu ildə anadan olmuş, 08 may 1994-cü ildə vəfat etmiş və Qazax rayonu Daş Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. İndiyə qədər bacısına ölüm haqqında şəhadətnamə almamışlar. Maraqlı şəxsnə müraciət etmiş, X3 ölüm akt qeydi aşkar edilməmişdir. X1 ümumi mülkiyyətlərində olan Qazax rayonu, Daş Salahlı kəndində yerləşən evdə pasport qeydiyyatındadır, onun ölüm haqqında şəhadətnaməsinin olmaması evin sənədləşdirilməsi işində onlara müəyyən çətinliklər törədir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.1956-cı ildə Qazax rayonu Daş Salahlı kəndində doğulmuşdur. Ərizəçi onun oğludur. Onun 10 mart 1979-cu il tarixdə X4 adlı usagı doğulmuşdur. Qızı Gülbəniz qəfil xəstələnərək 08 may 1994-cü il tarixdə ölmüşdür və Qazax rayonu Daş Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, xx.xx.1954-cü ildə Qazax rayonu Daş Salahlı kəndində doğulmuşdur. Ərizəçi onun oğludur. X2 ilə nikahından 10 mart 1979-cu il tarixdə X4 adlı qızı doğulmuşdur. Qızı Gülbəniz qəfil xəstələnərək 08 may 1994-cü il tarixdə ölmüşdür və Qazax rayonu Daş Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, xx.xx.1966-cı ildə Qazax rayonu Daş Salahlı kəndində doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Onun valideynlərinin birgə nikahından 10 mart 1979-cu il tarixdə X4 adlı uşaq doğulmuşdur. Ərizəçinin valideynləri çobanlıq etmişdir. Onlar çöldə olan vaxt Gülbəniz qəfil xəstələnmiş və 08 may 1994-cü il tarixdə ölmüşdür. Gülbəniz Qazax rayonu Daş Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, xx.xx.1989-cu ildə Qazax rayonu Daş Salahlı kəndində doğulmuşdur. Ərizəçi onun yaxın qonşusudur. Sonradan ərizəçinin X4 bacısının olduğunu və onun 08 may 1994cü il tarixdə vəfat etdiyini eşitmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1987-ci ildə anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, atası X6, anası X5 qızı olmaqla xx xxxx 1987-ci ildə Qazax rayonu Daş Salahlı kəndində doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, X4, atası X6, anası X5 olmaqla 10 mart 1979-cu ildə Qazax rayonu Daş Salahlı kəndində doğulmuşdur. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, ölüm haqqında akt qeydi kitabları Qazax rayon Daş Salahlı kənd İƏD üzrə 1993-1999-cu illər üzrə yoxlanılmışdır. Ölüm haqqında akt qeydi kitabları Maraqlı şəxsndə 1993-1999-cu illər üzrə yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-70-M-179 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. X3 qəbir daşından çəkilmiş fotoşəkildə xx.xx.1979-xx.xx.1994 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 08 may 1994-cü ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 mart 1979-cu ildə doğulmuş X3 08 may 1994-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar