Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-93/2024 29.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi ölüm faktının məyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 29 yanvar 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ölüm faktının məyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 noyabr 1981-ci ildə Qazax rayonu Abbasbəyli kəndində anadan olmuş X4 05 may 1982-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə xx.xx.1978-ci ildə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.1979-cu ildə X8, xx.xx.1981-ci ildə X9, xx.xx.1983-cü ildə X6 və xx.xx.1985-ci ildə X10 doğulmuşdur. X2 doğulandan 6 ay sonra, yəni 05 may 1982-ci ildə ölmüşdür və Qazax rayon Abbasbəyli kənd qəbristanlığında dəfn olunmuşdur. Onun dəfnində yaxın qohumlar, qonşular və digər şəxslər iştirak etmişdir. Lakin oğlu Saqif vəfat edərkən ona ölüm haqqında şəhadətnamə alınıb-alınmamasından xəbəri olmamışdır. X3 xx.xx.2022-ci ildə vəfat etmişdir. Hazırda ondan miras qalmış əmlaklara vərəsəlik şəhadətnaməsi almaq istəyərkən mərhum X2nun ölümünün qeydə alınmadığı müəyyən olunmuşdur. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, orada aparılmış yoxlama zamanı onun ölüm akt qeydi tapılmamışdır. X17 ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, Ərizəçi onun yaxın qohumudur Ərizəçi Validə X1 ilə birgə nikahlarından xx.xx.1981-ci ildə X9 adlı usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan az sonra, yəni 05 may 1982-ci il tarixdə ölmüşdür və onu Qazax rayon Abbasbəyli kənd qəbristanlığında dəfn etmişlər. Uşaq olduğu üçün ona məzar daşı qoyulmamışdır. Yas mərasimi kiçik bir yığıncaq formasında olmuşdur, o da həmin mərasimdə iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X7 ilə Ərizəçi nikahı 18 may 1978-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X9, atası X7, anası Ərizəçi olmaqla 01 noyabr 1981-ci ildə Qazax rayon Abbasbəyli kəndində doğulmuşdur. Ölüm haqqında arayışdan görünür ki, X7 30 oktyabr 2022-ci ildə Qazax rayon Abbasbəyli kəndində ölmüşdür. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, X4 ölümü haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 1981-1990-cı illər üzrə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2008-xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-70-412/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Qazax RİHB-nın Abbasbəyli kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X7 ilə Ərizəçi nikahından 01 noyabr 1981-ci il tarixdə doğulmuş X9 1982-ci ilin may ayının əvvəllərində yaşadığı evdə ölmüşdür və Qazax rayon Abbasbəyli kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 05 may 1982-ci ildə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 noyabr 1981-ci ildə Qazax rayonu Abbasbəyli kəndində anadan olmuş X4 05 may 1982-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-93/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-93/2024
29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver