Məhkəmə qərarları › İş №2(023)-931/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-931/2024

06.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-931/2024 06.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon X4 nümayəndəsi X16 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon X6 qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesabının ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon X6 qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon X12 direktor əvəzinin 12 mart 2024-cü il tarixli, 174 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilərək, onun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazazx Rayon X6 fəhlə vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxçaya görə əmək haqqının hesablanaraq, ona ödənməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, 2016-ci il tarixdən Qazax rayon X5 işləyib. Bu günədək işində nizam-intizamlı olub və heç vaxt barəsində intizam tənbeh tədbiri görülməmişdir. İşinə həmişə davamiyyətli olubdur. 11 dekabr 2023-cü il tarixdə əsassız olaraq barəsində xəbərdarlıq haqqında əmr verilmişdir. 12 dekabr 2023-cü il tarixli məktubla bu əmr və aktlar ona gön- dərilmişdir. Ona göndərilmiş 15 noyabr 2023-cü il tarixli aktda qeyd edilir ki, guya ki, o, 15,16,17,18 noyabr 2023-cü il tarixlərində, 20 noyabr 2023-cü il tarixli aktda qeyd edilir ki, 20, 21, 22, 23,24,25 noyabr 2023-cü il tarixlərdə, 27 noyabr 2023-cü il tarixli aktda qeyd edilir ki, 27, 28, 29, 30 noyabr 2023-cü il tarixlərdə, 04dekabr 2023-cü il tarixli aktda qeyd edilir ki, 4, 5, 6, 7, 8, 9 dekabr 2023-cü il tarixlərdə heç bir üzrlü səbəb göstərmədən işdə olmayıbdır. Bu aktların yalan olması belə ondan görünür ki, bu aktlar tərtib olunduğu gündən əvvəlki tarixləri göstərir.Əgər 04 dekabr 2023cü il tarixdə akt tərtib edilərkən işçinin 5, 6, 7, 8 və 9 dekabr 2023-cü il tarixlərdə işdə olmadığı hardan müəyyən edilir. Bu qanunsuz aktlar Mərkəzin direktor əvəzi Vüsalə Nəsibova, müavin Afaq Həsənova və təşkilatçı müavin Rima Xanbabayeva tərəfindən tərtib edilmiş və onun bundan heç bir xəbəri olmamışdır. Bu qanunsuz aktlar əsasında isə 11 dekabr 2023-cü i ltarixli əmri vermişlər. Bununla da bu şəxslər tərəfindən kobud qanun pozuntularına yol verilmişdir. Ona qarşı edilmiş bu qanunsuzluqlarla bağlı tələbi odur ki, bu şəxslər Mərkəzin direktor əvəzi Vüsalə Nəsibova, müavin Afaq Həsənova və təşkilatçı mıavin Rima Xanbabayeva barəsində inzibati və intizam tədbirləri görülsün. Hansı ki, Mərkəzin direktor əvəzi Vüsalə Nəsibovanın ali təhsil haqqında diplomu belə dövlət nümunəli deyildir. O, həmçinin Mərkəzin direktor əvəzi olmasına baxmayaraq özünü verdiyi əmrdə direktor kimi təqdim edir. Bunları nəzərə alan da yoxdur. Aktlarda və eləcə də əmrdə onun soyadı belə səhv yazılmışdır. Qanunsuz olaraq onun barəsində intizam təndeh tədbiri olaraq xəbərdarlıq müəyyən edilmişdir. Sonra 02 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası DƏMX-nin Qazax-Tovuz regional şöbəsindən ona məktub təqdim edildikdə məlum olur ki, onun barəsində 151 nömrəli əmrlə 18 dekabr 2023-cü il tarixdə töhmət, 152 nömrəli əmrlə 22 dekabr 2023-cü il tarixli əmrlə şiddətli töhmət verilmişdir. Məni işə buraxmayan bu şəxslər bu gün qanunsuzluqlarını davam etdirmişlər. Bundan başqa onun əmək haqqınıda hesablayaraq ödəmirlər. Cavabdeh ona heç bir xəbər vermədən 12 mart 2024-cü il tarixdə 174 nömrəli əmrlə onu işdən azad etmişdir. Hansı ki, barəsində qanunsuz olaraq verilmiş intizam tənbeh tədbiri barədə əmrlər məhkəmədə həmin dövrdə mübahisələnmiş və iş üzrə qətnamə qəbul edilməmişdi. Cavabdeh isə əvvəlki qanunsuzluqlarına baxmayaraq yenədə qanunsluğa yol verməklə onu işdən azad etmişdir. Bu əmr isə ona rəsmi qaydada təqdim edilməmişdir.Bundan başqa Qazax rayon X4 direktor əvəzi Vüsalə Nəsibova qanunsuz olaraq onu işə buraxmır. 15 noyabr 2023-cü il tarixdən onun əmək haqqıda hesablanaraq ödənmir. Hansı ki, o hələdə həmin işdə işçi olaraq işləyir. Ona qanunsuz olaraq təziqlər edirlər. Bu yetmirmiş kimi əmək haqqı da vermirlər. Ona rəsmi qaydada heç bir məlumat verilmədən, izahatı alınmadan və hətta onun xəbəri olmadan Qazax rayon X4 direktor əvəzinin 12 mart 2024cü il tarixli, 174 nömrəli əmri ilə Azərbaycan Resublikası Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndi-işçi öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin eyni maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda qeyd edilməklə bağlanmış əmək müqaviləmə 12 mart 2024-cü il tarixdən əmr verilmişdir. Bu əmrlər verilərkən Azərbaycan.Respublikası Əmək Məcəlləsinin normalarının bləri kobud şəkildə pozulmuşdur. Qanunsuz qəbul edilmiş əmrlərin ləğv edilməsi və işlərimə bərpa edilməyimlə cavabdehə mediasiya təklifi göndərmişəm təklifim qəbul edilsə də heçbir cavab verilməmişdir. Bundan sonra mediasiyaya müraciətimizlə əlaqədar 20 may 2024-cü rixdə mediasiya iclası təyin edilmiş və cavabdeh tərəfdən mediasiyada iştirak elədiyi üçün müvafiq arayış verilmişdir. Əmrlər verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa əmr üzrə əmək münasibətlərinə xitam verilməsinin əsaslarıda qeyd edilmir. Ona görə də, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon X12 direktor əvəzinin 12 mart 2024-cü il tarixli, 174 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilərək, onun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazazx Rayon X6 fəhlə vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq, ona ödənməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon X4 nümayəndəsi X23 iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçının barəsində çıxarılan əmrin qanuni olduğunu, ona görədə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon X4 sabiq direktoru X19 izahatında göstərmişdir ki, rəhbərlik etdiyi dövrdə İddiaçı üzrlü səbəb olmadan iş vaxtı ərzində işə gəlməmiş, işə gəlməməsi ilə bağlı izahatının alınması üçün dəvət olunmağına baxmayaraq çağırışlara məhəl qoymamışdır. Ona görədə onun əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, 174 nömrəli əmrdən görünür ki, İddiaçı “Qazax rayon ümumitəhsil məktəbləri/Qazax rayon UGİM” bölməsində “fəhlə” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70 “ç”- maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 60 nömrəli bildirişdən görünür ki, İddiaçı 15 noyabr 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək heç bir üzürlü səbəb göstərmədən və müvafiq sənədlər təqdim etmədiyindən, onun barəsində A.R.ƏMnin 70 maddəsinin “ç” bəndində uyğun olaraq, əmək müqaviləsinin ləğv verilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş Qazax rayon X4 Pedaqoji Heyətinin Şura iclasının 2 nömrəli protokolundan görünür ki, Qazax rayon X5 fəhlə işləyən İddiaçı əmək funksiyasının uzun müddətə icra etmədiyinə və əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə barəsində A.R.ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi barədə Qazax rayon Təhsil işçiləri Azad X7 və Müəsissədə fəaliyyət göstərən X7 yazılı təqdimatın göndərilməsi barədə səs verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, İddiaçı barəsində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı təqdimat verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 01 nömrəli bildirişdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndində uyğun olaraq, əmək müqaviləsinin ləğv verilməsi ilə bağlı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli razılıq qərarından görünür ki, İddiaçı ilə əmək müqaviləsi üzrə əmək funksiyasını yerinə yetirmədiyindən onun barəsində ƏM-nin 70 maddəsinin “ç” bəndində uyğun olaraq, əmək müqaviləsinin ləğv verilməsi ilə bağlı razılıq verilmişdir. İş materiallarına əlavə olunmuş davamiyyət jurnalının vərəqlərinin surətlərindən görünür ki, İddiaçı adı davamiyyət jurnalında qeyd olunmamışdır. İş materiallarına əlavə olunmuş aktlardan görünür ki, İddiaçı müxtəlif tarixlərdə heç bir üzürlü səbəb olmadan işdə olmamışdır. İş materiallarına əlavə olunmuş Qazax rayon Prokurorluğunun məktubundan görünür ki, Qazax-rayon X28 Mərkəzində müəyyən edilmiş mənimsəmə faktı əsasında başlanmış cinayət işinin istintaqı başa çatdıqdan sonra lazımı sənədlər təqdim ediləcəkdir. İş materiallarına əlavə olunmuş X10 Qazax Rayon Prokurorluğunda Qazax Rayon X12 ilə bağlı CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi ilə bağlı verdiyi izahatından görünür ki, o işlədiyi müddət ərzində 2018-ci ilin yanvar ayından mərkəzin direktoru Nümayəndə oğlu İddiaçı həmin mərkəzdə fəhlə işçisi kimi götürülsədə, heç bir işə cəlb edilməmiş və iş saatlarında iş yerində olmamışdır. Davamlı olaraq işə çıxmamışdır. İş materiallarına əlavə olunmuş X3 Qazax Rayon Prokurorluğunda Qazax Rayon X12 ilə bağlı CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi ilə bağlı verdiyi izahatından görünür ki, onun işlədiyi müddət ərzində İddiaçı Qazax-rayon X28 Mərkəzində hər hansı vəzifədə işləməsi ilə bağlı heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş X14 Qazax Rayon Prokurorluğunda Qazax Rayon X12 ilə bağlı CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi ilə bağlı verdiyi izahatından görünür ki, onun işlədiyi müddət ərzində İddiaçı Qazax-rayon X28 Mərkəzində hər hansı vəzifədə işləməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Belə ki, İddiaçı adı mərkəzin davamiyyət jurnalında əlavə edilməmiş, onun mərkəzdə hər hansı işdə cəlb edilməsinin və ya iş gəlməsinin şahidi olmamışdır. İş materiallarına əlavə olunmuş X1 Qazax Rayon Prokurorluğunda Qazax Rayon X12 ilə bağlı CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi ilə bağlı verdiyi izahatından görünür ki, onun işlədiyi müddət ərzində İddiaçı Qazax-rayon X28 Mərkəzində hər hansı vəzifədə işləməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Belə ki, İddiaçı adı mərkəzin davamiyyət jurnalında əlavə edilməmiş, onun mərkəzdə hər hansı işdə cəlb edilməsinin və ya iş gəlməsinin şahidi olmamışdır. İddiaçı yalnız mərkəzin direktoru Nümayəndə oğlu kimi tanımışdır. İş materiallarına əlavə olunmuş X2 Qazax Rayon Prokurorluğunda Qazax Rayon X12 ilə bağlı CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi ilə bağlı verdiyi izahatından görünür ki, onun işlədiyi müddət ərzində İddiaçı Qazax-rayon X28 Mərkəzində hər hansı vəzifədə işləməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Belə ki, İddiaçı adı mərkəzin davamiyyət jurnalında əlavə edilməmiş, onun mərkəzdə hər hansı işə cəlb edilməsinin və ya iş gəlməsinin şahidi olmamışdır. İş materiallarına əlavə olunmuş X11 Qazax Rayon Prokurorluğunda Qazax Rayon X12 ilə bağlı CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi ilə bağlı verdiyi izahatından görünür ki, onun işlədiyi müddət ərzində İddiaçı Qazax-rayon X28 Mərkəzində hər hansı vəzifədə işləməsi ilə bağlı heç bir məlumatı olmamışdır. X15 mərkəzdə direktor vəzifəsinə təyin edildikdən sonra 27 noyabr 2023-cü il tarixdə İddiaçı oğlunu mərkəzə çağıraraq onunla profilaktiki söhbətlər aparmış və işə çıxmasını, 7 saat ərzində işləməsinin vacibliyini bildirmiş, lakin İddiaçı heç bir cavab verməyərək çıxıb getmişdir. Daha sonra dekabr ayında İddiaçı işə gələn zaman mərkəzin davamiyyət jurnalında imza etmək istəyən zaman Vüsalə Nəsibova ona icazə verməyərək nə üçün xeyli müddətdə işə gəlməməsinin sorucanda İddiaçı yenədə cavab verməyərək çıxıb getmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu hissəsinə görə əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci və 2-ci hissələrinə görə əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə görə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼ -i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə görə bu Məcəllənin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X7 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarla ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 95-ci maddəsinin 1-ci hissəsinə görə iş vaxtının rejimi qaydaları – gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 104.1-ci maddəsinə görə şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 104.4-cü maddəsinə görə azyaşlı olduğuna görə, fiziki və ya psixi qüsurları üzündən faktları düzgün qavraya bilməyən və ya faktlar barədə düzgün ifadə verə bilməyən şəxslər; vəzifələrini icra etməklə əlaqədar olaraq onlara məlum olan hallar barədə - mülki işlər üzrə nümayəndələr və cinayət işləri üzrə müdafiəçilər; ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məsələlər üzrə - hakim; dini etiqad ilə əlaqədar olaraq onlara məlum olan məsələlər üzrə - din xadimləri; peşə borcunu həyata keçirməklə əlaqədar onlara məlum olan hallar barədə - vəkillər; mediasiya zamanı məlum olan məlumatlar barədə - «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər şahid qismində dindirilə bilməzlər. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Qazax-rayon X28 Mərkəzində fəhlə vəzifəsində işləməsi ilə bağlı əmək müqaviləsi olsada İddiaçı üzrsüz səbəbdən iş günlərində işə gəlməməsi iş materialında mövcud yazılı sənədlərlə tam sübuta yetirilir. İddiaçı üzrlü səbəbdən işdə olmamasını dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.(§93) Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon X6 qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesabının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar