Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-947/2024 25.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 25 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 26 yanvar 1987-ci il tarixdə Qazax rayonu Orta Salahlı kəndində doğulmuş bacısı X4 12 avqust 1987-ci il tarixdə Qazax rayonu Orta Salahlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X6 ilə mərhum anası X2 birgə nikahından 26 yanvar 1987-ci il tarixdə Qazax rayonu Orta Salahlı kəndində X10 doğulmuşdur. Xəstəliklə əlaqədar bacısı doğulduqdan səkkiz ay sonra Qazax rayonu Orta Salahlı kəndində vəfat etmiş və Orta Salahlı kənd qəbristanlığında dəfin edilmişdir. Həmin vaxt valideyinləri Əsmərin ölümünü qeydiyyata aldırmamışlar. Uzun müddət keçdiyi üçün ölüm sənədini əldə etmək və ölümü qeydiyyata aldırmaq mümkün deyildir. Bu faktın təsdiqi vərəsəlik açılması üçün lazımdır. Bu faktın məhkəmədən kənar təsdiq edilməsi mümkün deyildir. Müddət keçdiyindən ölüm haqqında şəhadətnaməni əldə edə bilmir. Hazırda hər iki valideyini vəfat etmişdir. Qeyd olunanlara əsasən X4 12 avqust 1987-ci il tarixdə Qazax rayonu Orta Salahlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.1958-ci ildə Qazax rayonu Orta Salahlı kəndində doğulmuşdur. Ərizəçi onun yaxın qohumudur. Ərizəçinin valideynlərinin birgə nikahından 26 yanvar 1987-ci il tarixdə X10 adlı bir usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan az sonra, yəni 12 avqust 1987-ci il tarixdə ölmüşdür və onu Qazax rayonu Orta Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, xx.xx.1948-ci ildə doğulmuşdur. Ərizəçi onun qardaşı qızıdır. X1 X8 ilə birgə nikahından 26 yanvar 1987-ci il tarixdə X10 adlı bir qız usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan az sonra, yəni 12 avqust 1987-ci il tarixdə ölmüşdür və onu Qazax rayonu Orta Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Yas mərasimi kiçik bir yığıncaq formasında olmuşdur, o da həmin mərasimdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, xx.xx.1966-cı ildə Qazax rayonu Orta Salahlı kəndində doğulmuşdur. Ərizəçi onun yaxın qohumudur. Ərizəçinin valideynlərinin birgə nikahından 26 yanvar 1987-ci il tarixdə X10 adlı bir usagı doğulmuşdur. Həmin uşaq doğulduqdan az sonra, yəni 12 avqust 1987-ci il tarixdə ölmüşdür və onu Qazax rayonu Orta Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1995-ci ildə anadan olmuşdur. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi, atası X6, anası X8 olmaqla xx xxxxxxx 1995-ci ildə Qazax rayonu Orta Salahlı kəndində doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, X10, atası X6, anası X8 olmaqla 26 yanvar 1987-ci ildə Qazax rayonu Orta Salahlı kəndində doğulmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-70-210 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 ölümünün qeydə alınması ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 27 may 2024-cü il tarixli tibbi arayışdan görünür ki, Qazax rayonu Orta Salahlı kənd sakini X4 ölümü ilə bağlı Qazax rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Qazax RİHB-nın Orta Salahlı kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X3 X8 ilə birgə nikahından 26 yanvar 1987-ci il tarixdə X10 anadan olmuşdur. Həmin uşaq səkkiz aylıq olanda xəstələnib ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mərhum X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 12 avqust 1987-ci ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 yanvar 1987-ci il tarixdə Qazax rayonu Orta Salahlı kəndində doğulmuş X4 12 avqust 1987-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-947/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-947/2024
25.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver