Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-18/2024 29.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçılar İddiaçı1 Vaniayeviçin, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “özlərinə məxsus olan 1.84 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərinin dəqiqləşdirilərək mərz nişanlarının vurulması, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək özlərinin istifadəsinə verilməsi tələbi”nə dair ilkin iddiası, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı “torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilən məsrəflərin ödənilməsi və pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət edərək “özlərinə məxsus olan 1.84 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsi barədə, Cavabdeh2 Kosiaşvili isə Tamazi Vaniyayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “onlardan Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 0.28 ha torpaq sahəsində olan 45 (qırx beş) ədəd fındıq ağacına görə 9000 (doqquz min) manat pulun və ödənilmiş 111 (bir yüz on bir) manat dövlət rüsumunun alınaraq ona verilməsi, Cavabdeh3 isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “onlardan Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 0.18 ha torpaq sahəsində olan 35 (otuz beş) ədəd fındıq ağacına görə 7000 (yeddi min) manat pulun və ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi, Cavabdeh1 isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “onlardan Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 0.08 ha torpaq sahəsində olan 12 (on iki) ədəd fındıq ağacına görə 2400(iki min dörd yüz) manat pulun və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək özlərinə məxsus olan 1.84 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərinin müəyyən edilərək mərz nişanlarının vurulması, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 ilkin iddia ərizəsində göstəmişlər ki, onlar Qax rayonu İngiloy-Kötüklü kəndində yaşayırlar. Onlara məxsus 1.84 ha torpaq sahəsi vardır. Torpaq sahəsinə dair onlara DƏDRX-dən ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Həmin torpaq sahəsinin faktiki 0.80 ha hissəsi zəbt edilmiş və o torpaq sahəsindən istifadə də bilmir. Belə olan halda mülkiyyət hüquqları pozulmuş olur. Həmin torpaq sahəsi tam mülkiyyət hüququ əsasında onlara məxsusdur. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən özlərinə məxsus olan 1.84 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən cavabdehlərinin çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşılıqlı iddia ərizəsində göstərmişlər ki, onlar Qax rayonu İngiloy-Kötüklü kəndində yaşayırlar. Qax rayon kötüklü kəndində onlara verilmiş 0.08 ha fındıq bağ torpaq sahəsi vardır. Onlara verilən zaman həmin torpaq sahəsi bos sahə olmuş, lakin aldıqları müddətdən sonra həmin əraziyə fındıq kolları əkmişdir. 0.08 ha torpaq sahəsində ümumilikdə 12 kol fındıq əkmiş və hazırda həmin fındıq bağı məhsul verən böyük bağdır. 30 ildən bəri fındıq kollarını indiki vəziyyətə gətirmək üçün zor bəla ilə su gətirərək yetişdirmişlər. İslahat zamanı onlara verilən torpaq sahəsi boş torpaq sahəsi olmuşdur. Bunu onlara verilən sənəddən görmək mümkündür. 2022-ci il tarixdə iddiaçılar məhkəməyə verərək onun onların ərazisini zəbt etdiyini bildirmişlər. Fındıq kolunun hazırkı bazar qiyməti 12 ədəd- 200 manat =2400 manat edir. Onlara olan bu borcu ödənildikdən sonra oradan çıxarılmağa etiraz etmirlər. Belə olan təqdirdə cavabdehlərdən torpaq sahəsini yaxşılaşdırmağı üçün çəkdiyi xərcləri yəni fındıq kollarının dəyərini tələb etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və ilkin iddianı qəbul etdiklərini bildirdilər. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Kötüklü kəndində yerləşən 1.84 ha torpaq sahəsi İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Əlibəyli Bələdiyyəsinin verdiyi arayışdan görünür ki, Cavabdeh1 ailəsinə məxsus 0.08 ha fındıq bağı var və onun ailəsi 0.60 ha bələdiyyənin fındıq bağlarından istifadə edir. İşə əlavə edilmiş Əlibəyli Bələdiyyəsinin verdiyi arayışdan görünür ki, Cavabdeh3 ailəsinə məxsus 0.38 ha fındıq bağı var və onun ailəsi 0.38 ha bələdiyyənin fındıq bağlarından istifadə edir. İşə əlavə edilmiş Əlibəyli Bələdiyyəsinin verdiyi arayışdan görünür ki, Cavabdeh2 Besoyeviçin ailəsinə məxsus 0.40 ha fındıq bağı var. İşə əlavə edilmiş Əlibəyli kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi Arayışdan görünür ki. X1 həqiqətən də kadastr A№ 379566-da kolxoz dövründən fındıq bağı olmuşdur.Əlibəyli Bələdiyyəsinin verdiyi arayışdan görünür ki, Cavabdeh2 Besoyeviçin ailəsinə məxsus 0.40 ha fındıq bağı var. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 06 sentyabr 2023-cü il tarixli 10/3135 saylı Rəyindən görünür ki, Məhkəmə Ekspetizası Mərkəzinə ekspertizanın təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardad ilə birlikdə daxil olmuş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: İddiaçı1 Vaniayeviçin faktiki istifadəsində olan 9614 kv.m, cavabdehlərin faktiki istifadələrində 8215 kv.m torpaq sahələri və naturada istifadə qaydaları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1-də göstərilmişdir, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış **********63 nömrəli çıxarışa əsasən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahəsinin Cavabdeh3 tərəfindən istifadə edilən 2808 kv.m, Cavabdeh2 Besoyeviç tərəfindən istifadə edilən 1798 kv.m, Cavabdeh1 tərəfindən istifadə edilən 808 kv.m torpaq sahələri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilmişdir. İddiaçı1 Vaniyeviçin adına hüquqların Dövlət reyestrində qeydiyyata alınmış **********63 nömrəli çıxarışın sənəd üzrə yerləşmə vəziyyətlə faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyəti arasında uyğunsuzluqlar var və Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilmişdir. Cavabdehlər Cavabdeh1 və qeyrilərinin bildirdiyinə görə həmin torpaq sahələri uzun müddət çoxillik əkmələrə (fındıq bağları) kimi isitfadələrindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi”nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 26 dekabr 2023-cü il tarixli 9/9126 saylı Rəyindən görünür ki, iş materillarında olan məlumatlardan istifadə edilməklə, ümumilikdə 92 ədəd fındıq ağacının orta bazar qiyməti nəzəri qaydada təxminən 13800,0 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi”nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Qax rayonu Kötüklü kəndində yerləşən 1.84 ha torpaq sahəsi İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus torpaq sahəsini zəbt etməsini əsas gətirərək özlərinə məxsus olan 1.84 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərinin dəqiqləşdirilərək mərz nişanlarının vurulması, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsini, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddiaçılara məxsus torpaq sahəsi üzərində özlərinə məxsus çoxillik əkmələr fındıq bağlarının olmasını əsas gətirərək torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilən məsrəflərin ödənilməsini tələb etmişlər. Hazırki ilkin iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün mübahisələndirilən cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən istifadə edilib-edilməməsinin müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası Əliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzinin” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 06 sentyabr 2023-cü il tarixli 10/3135 saylı Rəyinə əsasən İddiaçı1 Vanoyeviçin faktiki istifadəsində olan 9614 kv.m, cavabdehlərin faktiki istifadələrində 8215 kv.m torpaq sahələri və naturada istifadə qaydaları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1-də göstərilməsi, **********63 nömrəli çıxarışa əsasən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 Vaniyeviç, X3, İddiaçı3 Vanaiyevna, İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahəsinin Cavabdeh3 tərəfindən istifadə edilən 2808 kv.m, Cavabdeh2 Besoyeviç tərəfindən istifadə edilən 1798 kv.m, Cavabdeh1 tərəfindən istifadə edilən 808 kv.m torpaq sahələri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilməsi, İddiaçı1 Vaniyeviçin adına hüquqların Dövlət reyestrində qeydiyyata alınmış **********63 nömrəli çıxarışın sənəd üzrə yerləşmə vəziyyətlə faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyəti arasında uyğunsuzluqlar olması və mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2də göstərilməsi, cavabdehlər Cavabdeh1 və qeyrilərinin bildirdiyinə görə həmin torpaq sahələrinin uzun müddət çoxillik əkmələrə (fındıq bağları) kimi istifadələrində olması göstərilmişdir. Eyni zamanda qarşılıqlı iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 26 dekabr 2023-cü il tarixli 9/9126 saylı Rəyinə əsasən iş materiallarında olan məlumatlardan istifadə edilməklə, ümumilikdə 92 ədəd fındıq ağacının orta bazar qiyməti nəzəri qaydada təxminən 13800,0 manat müəyyən edilməsi müəyyən edilmişdir. Beləliklə cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsindən istifadə edildiyi və iddiaçılara məxsus torpaq sahəsi üzərində cavadehlərə məxsus çoxillik əkmələr-fındıq bağlarının olması işin faktiki halları, tərəflərin izahatları və işdə olan əsaslı və mötəbər sübut olan ekspert rəyi ilə sübuta yetirilmişdir. Belə ki, cavabdehlər məhkəmə iclasında iddiaçılara məxsus torpaq sahəsindən çıxmalarına razı olduqlarını, lakin onlara məxsus olan fındıq ağaclarının dəyərinin cavabdehlər tərəfindən ödənilməsini tələb etdiklərini göstərmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində qismən haqlıdır. İddia təmin ediləcəyi üçün iş üzrə 50(əlli) manat ekspertiza xərci cavabdehdən alınaraq müvafiq hesaba ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 Vaniayeviç, İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilən qaydada 2808 kv.m hissəsindən Cavabdeh3, 1798 hissəsindən Cavabdeh2 Besoyeviç və 808 kv.m hissəsindən Cavabdeh1 məcburi qaydada çıxarılmalı, iş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehlərdən tutularaq müvafiq hesaba ödənilməli, qarşılıqlı iddia qismən təmin edilməli və İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 Vaniayevnadan ümumilikdə 92 ədəd fındıq ağacının dəyəri olan 13800,0 manat pul alınaraq Cavabdeh3, Cavabdeh2 Besoyeviç və Cavabdeh1 verilməli, iş üzrə 50 (əlli) manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 alınıb müvafiq hesaba ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İlkin iddia qismən təmin edilsin. Reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 Vaniayeviç, İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilən qaydada 2808 kv.m hissəsindən Cavabdeh3, 1798 hissəsindən Cavabdeh2 Besoyeviç və 808 kv.m hissəsindən Cavabdeh1 məcburi qaydada çıxarılsın. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 Besoyeviç və Cavabdeh1 iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X2, kodu 210005, VÖEN **********, Müxbir hesab- Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34GCTRE********************) saylı hesaba ödənilsin. İlkin iddianın qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 ümumilikdə 92 ədəd fındıq ağacının dəyəri olan 13800,0 manat pul alınaraq Cavabdeh3, Cavabdeh2 Besoyeviç və Cavabdeh1 verilsin. İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı- X2, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34GCTRE********************) saylı hesaba ödənilsin. Qarşılıqlı iddianın qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-18/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-18/2024
29.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver