Məhkəmə qərarları › İş №2(024)-362/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-362/2023

01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-362/2023 01.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədirliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi Tərcüməçi: X1 iştirakı ilə. Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “ölüm faktının qeyd edilməsi barədə” ərizəsi üzrə mülki işə Qax rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək qardaşı X3 xx.xx.2002-ci il tarixdə ölüm faktının qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə uyğun olaraq maraqlı tərəf Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, həyat yoldaşı X3 xx.xx.1956cı il tarixdə Qax rayonu Əlibəyli kəndində anadan olmuşdur. xx.xx.2002-ci il tarixdə Əlibəyli kəndində dünyasını dəyişmişdir.Həmin hadisədən yoldaşının ölüm haqqında şəhadətnaməsi ilə maraqlanmamışdır.Daha sonra xəstəliyi ilə əlaqədar olaraq həyat yoldaşına X2 ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Qeydiyyat şöbəsinə də müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən arxivdən axtarılmış və tapılmamışdır, həyat yoldaşının ölümünün qeydi müvafiq icra hakimiyyəti orqanında qeyd edilməmişdir. Beləliklə hazırda X2 ölüm haqqında şəhadətnaməsi yoxdur. Onun ölüm haqqında şəhadətnaməsi olmadığından müəyyən hüquqlarını həyata keçirə bilmir. Ona görə də ölüm faktının müəyyən edilməsinin zəruriliyi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən X2 xx.xx.2002-ci il tarixdə Əlibəyli kəndində ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. X4 Antonoviç məhkəmə iclasında ifadə verərək göstərdi ki, ərizəçi onun tanışıdır və onun ailəsini yaxından tanıyır. Təsdiq edir ki, həqiqətən də X3 xx.xx.2002-ci il tarixdə Əlibəyli kəndində dünyasını dəyişmişdir. X5 Mayseyeviç məhkəmə iclasında ifadə verərək göstərdi ki, ərizəçi onun tanışıdır və onun ailəsini yaxından tanıyır. Təsdiq edir ki, həqiqətən də X3 xx.xx.2002-ci il tarixdə Əlibəyli dünyasını dəyişmişdir. İşə əlavə edilmiş AZE № ********** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Qax rayonu Əlibəyli kəndində yaşayır. İşə əlavə edilmiş Maraqlı şəxs verdiyi 3-16-5/8-xx-xx/2023 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, sübutlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həyat yoldaşı X3 xx.xx.1956-cı il tarixdə Qax rayonu Əlibəyli kəndində anadan olmuşdur. xx.xx.2002-ci il tarixdə Əlibəyli kəndində dünyasını dəyişmişdir.Həmin hadisədən yoldaşının ölüm haqqında şəhadətnaməsi ilə maraqlanmamışdır.Daha sonra xəstəliyi ilə əlaqədar olaraq həyat yoldaşına X2 ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.Qeydiyyat şöbəsinə də müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən arxivdən axtarılmış və tapılmamışdır, qızının ölümünün qeydi müvafiq icra hakimiyyəti orqanında qeyd edilməmişdir. Beləliklə hazırda X2 ölüm haqqında şəhadətnaməsi yoxdur. Onun ölüm haqqında şəhadətnaməsi olmadığından müəyyən hüquqlarını həyata keçirə bilmir. Ona görə də ölüm faktının müəyyən edilməsinin zəruriliyi ilə əlaqədar məhkəməyə müraciət etmişdir.Göstərilənləri nəzərə alaraq məhkəmədən mərhum X3 xx.xx.2002-ci il tarixdə Əlibəyli kəndində ölməsi şahidlərin ifadələri və digər əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Odur ki, müvafiq fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X2 xx.xx.2002-ci il tarixdə Qax rayonu Əlibəyli kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. X2 xx.xx.2002-ci il tarixdə Qax rayonu Əlibəyli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 1(bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar