Məhkəmə qərarları › İş №2(024)-392/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-392/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-392/2023 10.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı oğuna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tərəfimdən verilmiş 4000 (dörd min) manat borc pulun, 14 iyul 2022-ci il tarixdə 3M-120 reyestr nömrəli Kredit müqaviləsi üzrə 9000 (doqquz min) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 129 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat və xidmət haqqı olaraq ödənilmiş 31 (otuz bir) manat pulun tutularaq mənə verilməsi, pulun tutulmasının 17 iyul 2022-ci il tarixli 3M- 122 reyestr nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Qax şəhəri F.X.Xoyski küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə tutma yönəldilərək ilkin satış qiymətinin 10 000 (on min) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh1 əvvəlki məhkəmə iclasına gəlməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh2 iddianı qismən qəbul etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə bacısının əridir. Onların hər ikisi Qax şəhəri, F.X.Xoyski küçəsində ipoteka predmeti olan torpaq sahəsində inşa etdikləri evdə yaşayırlar. Bacısının əri əslən Cəlilabad rayonundan olsa da bacısı ilə birlikdə Qax şəhərində yaşayırlar. Buna görə də onların Qax rayonunda evləri yoxdur. 2022-ci ildə bacısı və bacısının əri ona müraciət edərək ev inşa etmək istədiklərini, ona görə də onlara pul lazım olduğunu bildirdilər. Buna görə də ondan 4000 manar borc pul istədilər. O da bacısına görə onlara 4000 manat pul vermişdir. Həmin pulla onlar evlərinin inşasına başlamışlar. Lakin bir müddət sonra bacısı və əri ona yenidən müraciət edərək evin inşasının yarımçıq qaldığını ona görə də yenidən 9000 manat pula ehtiyaclarının olduğunu bildirdilər. Bacısı və əri həmin vaxtı bildirdilər ki, lazım gəlsə bacısının mülkiyyətindəki torpaq sahəsini də həmin borcun icrasının təmin edilməsi üçün ipotekaya da qoya bilərlər. Buna görə də o 14 iyul 2022-ci il tarixdə 3M-120 reyestr nömrəli Kredit müqaviləsi ilə bacısının əri Cavabdeh2 9000 (doqquz min) manat borc vermişdir. 17 iyul 2022ci ildə isə onunla Cavabdeh2 arasında Qax rayon notariat ofisində bağlanmış 14 iyul 2022-ci il tarixli 3M-120 reyestr nömrəli Kredit müqaviləsinin təminatı olaraq bacısı Cavabdeh1 arasında 17 iyul 2022-ci il tarixli 3M-122 reyestr nömrəli ipoteka müqaviləsi bağlanmış və bacısı Cavabdeh1 mülkiyyətində olan Qax şəhəri, X8 küçəsində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsi onun xeyrinə yüklü edilmişdir. Lakin kredit müqaviləsinin bağlanmasından 9 aydan da artıq müddət keçməsinə baxmayaraq borclu Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə heç bir ödəniş edilməmişdir. O, Cavabdeh2 dəfələrlə pulunu tələb etsə də müxtəlif bəhanələr gətirərək pulunu vermir. X5 vasitəsi lə ona ödədiyi 2500 manat pul başqa borca görədir və 4000 manat borc pula heç bir aidiyyatı yoxdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tərəfindən verilmiş 4000 (dörd min) manat borc pulun, 14 iyul 2022-ci il tarixdə 3M-120 reyestr nömrəli Kredit müqaviləsi üzrə 9000 (doqquz min) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 129 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat və xidmət haqqı olaraq ödənilmiş 31 (otuz bir) manat pulun tutularaq mənə verilməsi, pulun tutulmasının 17 iyul 2022-ci il tarixli 3M- 122 reyestr nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Qax şəhəri F.X.Xoyski küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə tutma yönəldilərək ilkin satış qiymətinin 10 000 (on min) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, İddiaçı onun qardaşı, Cavabdeh2 isə əridir. 2022-ci ildə qardaşı Elşəndən ev tikmək üçün 4000 manat borc almışlar. Sonradan evin tikintisi üçün yenidən pula ehtiyacları olduğu üçün əri Famil İddiaçı xx.xx.2023-ceü il tarixdə Qax rayon notariat ofisində kredit müqaviləsi bağlamaqla 9000 manat pul borc almışdır. 17 iyul 2022-ci ildə isə aralarında bağlanmış Kredit müqaviləsinin təminatı olaraq qardaşı İddiaçıla aralarında 17 iyul 2022-ci il tarixli 3M-122 reyestr nömrəli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Qax şəhəri, X8 küçəsində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi əsasında iddiaçıya olan 9000 manat pulu əri Cavabdeh2 almışdır. Həmin pulun qaytarılması barədə əri Familin üzərinə düşən öhdəlik 2025-ci ildə başa çatır. Bu səbəbdən də mülkiyyətində olan torpaq sahəsinə tutma yönəldilməsinə etiraz edir. Ona görə də, tələbin həmin hissəsini qəbul etmir. Qalan 4000 manat pulun 2500 manatını isə əri Famil kürəkəni Heydər Bilalov vasitəsi ilə Elşənə ödəmişdir. Tələbin həmin hissəsini qismən qəbul edir və 4000 manat borc pulun qalığı olan 1500 manat pulu iddiaçıya ödəyəcəklər. İddianı qismən, 1500 manata aid hissədə qəbul edir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı onun qaynıdır. Elşəndən 2022-ci ildə ev tikmək üçün 4000 manat borc almışlar. Lakin bir müddət sonra evin tikintisi üçün yenidən pula ehtiyacları olduğu üçün yenidən İddiaçı 9000 manat pul borc almışdır. Həmin məbləğ ona xx.xx.2023-cü il tarixdə Qax rayon notariat ofisində kredit müqaviləsi bağlanılmaqla xx.xx.2025-ci il tarixədək ödənilmək şərti ilə verilmişdir. 17 iyul 2022-ci ildə isə aralarında bağlanmış Kredit müqaviləsinin təminatı olaraq arvadı Cavabdeh1 ilə İddiaçı arasında 17 iyul 2022-ci il tarixli 3M-122 reyestr nömrəli ipoteka müqaviləsi bağlanmış və Fərqanənin mülkiyyətində olan Qax şəhəri, X8 küçəsində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsində iddiaçıya olan borclarını 2025-ci ilin iyul ayının 25-də ödəməli olduğu halda iddiaçı hazırda 9000 manat pulu onlardan tələb edir. İddiaçıdan borc aldığı 4000 manatın 2500 manatını bacanağı Heydər Bilalov vasitəsi ilə iddiaçıya qaytarmışdır. Hazırda iddiaçıya 1500 manat borcu qalmışdır. Qalan 9000 manat borcu isə xx.xx.2025-ci il tarixdə ödəyəcəkdir. İddianı 1500 manata dair hissədə qəbul edir. X1 məhkəmə iclaısnda ifadə verərək göstərdi ki, o İddiaçı və Cavabdeh1 kürəkəni, digər Cavabdeh2 isə bacanağıdır. Həqiqətən də Cavabdeh2 ona 2500 manat pul göndərərək həmin pulu Elşənə verməsini xahiş etmişdir. O da 2500 manat pulu Elşənə vermişdir. İşə əlavə edilmiş Reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Qax şəhəri, F.Xoyski küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi İddiaçı xeyrinə 14 iyul 2022-ci il tarixli 3-120 saylı kredit müqaviləsinə əsasən 9000 manat öhdəliyə görə xx.xx.2022-ci ildən xx.xx.20215-ci il tarixədək ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilmiş İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 14 iyul 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı Cavabdeh2 9000 manat məbləğində borc vermiş, Cavabdeh2 həmin borc məbləğini xx.xx.2025-ci il tarixədək İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş İddiaçı ilə Cavabdeh1 arasında Qax rayton Notariat ofisində bağlanmış 17 iyul 2022-ci il tarixli 3M-122 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, 14 iyul 2022-ci il tarixdə 3M-120 reyestr nömrəli Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Qax şəhəri, X8 küçəsində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixədək İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən yazılaraq imza edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, o qaynı İddiaçı 4000 manat borc pul aldığını, həmin pulun 2500 manatını Elşənə bütövlükdə Heydər Bilalov vasitəsi ilə Elşən İbahimova verdiyini göstərmişdir. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Quliyev X2 şəhəri, Təbriz küçəsi. ev 70 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2022-ci ildə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4000 manat borc pul vermişdir. Bundan başqa İddiaçı ilə Cavabdeh2 arasında Qax rayon Notariat ofisində bağlanmış 14 iyul 2022-ci il tarixdə 3M-120 reyestr nömrəli Kredit müqaviləsi əsasən İddiaçı tərəfindən Cavabdeh2 9000 (doqquz min) manat məbləğində faizsiz borc verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə görə borc alan kreditii xx.xx.2025-ci il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götümüşdür. 17 iyul 2022-ci il tarixli 3M-120 reyestr nömrəli Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə İddiaçı arasında arasında 17 iyul 2022-ci il tarixli 3M-122 reyestr nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Qax şəhəri, X8 küçəsində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixədək İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixli qəbz yazaraq qaynı İddiaçı 4000 manat borc pul aldığını, həmin pulun 2500 manatını bacanağı Heydər Bilalov vasitəsi ilə bütövlükdə İddiaçı ödədiyini göstərmişdir. Eyni zamanda Cavabdeh2 məhkəmə iclasında, Cavabdeh1 sonuncu məhkəmə iclasında evin inşasına görə iddiaçıdan 4000 manat borc aldıqlarını etiraf etmiş, lakin həmin pulun 2500 manatını qohumları Heydər Bilalov vasitəsi ilə Familin Elşənə ödədiyini göstərmişlər. İddiaçı da 2500 manatı Heydər Bilalov vasitəsi ilə qəbul etdiyini etiraf etmiş, lakin cavabdehlər tərəfindən həmin pulun başqa borca görə ödənildiyini göstərməklə üzərinə sübutetmə yükü düşdüyü halda, buna dair məhkəməyə əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iddia tələbinin 4000 manata dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbin həmin hissəsinin 1500 manata dair hissəsi iddiaçı və cavabdehlərin izahatları, şahid ifadəsi və Cavabdeh2 yazaraq imzaladığı qəbzlə sübuta yetirilmişdir. İddia tələbinin qalan hissəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı və Cavabdeh2 arasında Qax rayon Notariat ofisində bağlanmış 14 iyul 2022-ci il tarixdə 3M-120 reyestr nömrəli Kredit müqaviləsinin 2-ci bəndində Cavabdeh2 aldığı 9000 manat kredit məbləğini xx.xx.2025-ci il tarixədək borc verənə qaytarması barədə öhdəlik nəzərdə tutulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh2 həmin müqavilə əsasında üzərinə götürdüyü öhdəliyin icrası müddəti bitməmiş, kredit müqaviləsinin şərtlərində Cavabdeh2 borc məbləğini xx.xx.2025-ci il tarixədək tez ödəməli olması barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Ona görə də, Cavabdeh2 qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmadığı üçün və yaxud bununla bağlı iddiaçı tərəfindən məhkəməyə əsaslı və mötəbər sübut təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, iddia tələbinin “14 iyul 2022-ci il tarixdə 3M-120 reyestr nömrəli Kredit müqaviləsi üzrə 9000 (doqquz min) manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat və xidmət haqqı olaraq ödənilmiş 31 (otuz bir) manat pulun tutularaq mənə verilməsi, pulun tutulmasının 17 iyul 2022-ci il tarixli 3M-122 reyestr nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Qax şəhəri F.X.Xoyski küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə tutma yönəldilərək ilkin satış qiymətinin 10 000 (on min) manat müəyyən edilməsi” barədə hissəsi əsassızdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1500 (bir min beş yüz) manat pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu, cəmi 1535(bir min beş yüz otuz beş) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1500 (bir min beş yüz) manat pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu, cəmi 1535(bir min beş yüz otuz beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar