Məhkəmə qərarları › İş №2(024)-393/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-393/2023

20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-393/2023 20.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə Qax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək atası X4 həqiqətən xx.xx.2022-ci il tarixdə İbaxlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, maraqlı tərəf Maraqlı şəxs rəisi Kəmalə Şükürova məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs rəisi Kəmalə Şükürovanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, atası X6 xx.xx.1960-cı ildə Qax rayonu İbaxlı kəndində anadan olmuşdur. Lakin atasının ölüm haqqında şəhadətnaməsinin alınması ilə maraqlanmamış və mərhum atasınınm ölüm şəhadətnaməsi verilməmişdir. Atasının ölüm şəhadətnaməsinin olmaması ona müəyyən hüquqlarımı həyata keçirməyə mane olur. Hazırda atasının ölüm şəhadətnaməsini alması mümkün deyildir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən atası X6 həqiqətən xx.xx.2022-ci il tarixdə İbaxlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Ərizəçi və ailə üzvlərini yaxşı tanıyır. Təsdiq edir ki, həqiqətən də, ərizəçinin atası X6 həqiqətən xx.xx.2022-ci il tarixdə İbaxlı kəndində ölmüşdür. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, da ərizəçini və ailə üzvlərini yaxşı tanıyır. Həqiqətən də ərizəçinin atası X6 xx.xx.2022-ci il tarixdə İbaxlı kəndində ölmüşdür. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat verdiyi 01 may 2023-cü il tarixli № 3-16-5/8-xx-xx/2023 saylı Arayışdan görünür ki, X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi atası X5r. İşə əlavə edilmiş Ərizəçi şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, o Qax rayonunun İbaxlı kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi banka 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin materiallarını nəzərdən keçirib, ərizəçinin, maraqlı tərəfin izahatlarını və şahidlərin ifadələrini dinləyib məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, ərizəçinin atası X6 xx.xx.1960-cı ildə Qax rayonu İbaxlı kəndində anadan olmuşdur. Lakin mərhum Vidadi Muradovun ölüm şəhadətnaməsi verilməmişdir. Ərizəçinin atasının ölüm şəhadətnaməsinin olmaması ona müəyyən hüquqlarımı həyata keçirməyə mane olur. Hazırda mərhum Vidadi Muradova ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Ərizəçi bununla bağlı Maraqlı şəxsnə müraciət etdikdə orada doğum haqqında qeyd tapılmamışdır. Ona görə də ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi X4 xx.xx.2022-ci il tarixdə İbaxlı kəndində ölməsi şahid ifadələri və digər əsaslı və mötəbər sübutlarla sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, həmin fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsində göstərilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyat keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi atası X4 xx.xx.2022-ci il tarixdə İbaxlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar