Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-394/2025 05.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı «barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı «barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onların birgə evliliyndən dünyaya gəlmiş xx.xx.2025-ci il tarixdə anadan olmuş X1 bioloji atasının Ərizəçi2 olması və uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında Ərizəçi2 adının yazılması barədə xx.xx.2025-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər tələblərini onunla əsaslandırmışlar ki, Zaqatala Rayon Məhkəməsinin e- 2(033)-760/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onunla cavabdeh X4 arasında olan nikah pozulmuşdur. Lakin o xx.xx.2024-cü il tarixdə faktiki olaraq Ərizəçi2 ilə ailə quraraq evlənmişdir. Birgə evlilikdən bizim xx.xx.2025-ci il tarixdə Lana adlı övladı doğulmuşdur. Həmin uşağın atası Ərizəçi2dir. Bu faktı isə Ərizəçi2 özü təsdiq edir. Belə ki, aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi ilə təsdiq edilir ki, xx.xx.2025-ci il tarixdə anadan olmuş X1 bioloji atası Ərizəçi2dir və o, uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında onun adının yazılmasına razıdır. Lakin aralarında barışıq sazişi olmasına və uşağın atasının Ərizəçi2 olmasını və özünün etiraf etməsinə baxmayaraq Maraqlı şəxs uşağa atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Hazırda barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə ərizə ilə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək əlavə olaraq göstərdi ki, Simon onun ikinci həyat yoldaşıdır. Onun əvvəlki əri ilə birgə nikahından 3 uşağı, Simonla birgə yaşadıqları dövrdə isə 4-cü uşağı doğulmuşdur. Əvvəvki ərindən döyüldüyünə və ona şər atdığına görə ayrılmışdır. Uşaqlar hamısı onun himayəsindədir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Ərizəçi2 və Maraqlı şəxs nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Ərizəçi2 və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Qax RMX PHŞ-nin xx.xx.2025-ci il tarixdə verdiyi X7 Şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.2025-ci il tarixdə doğulmuş Ərizəçi1 xx.xx.2025-ci ildə doğulmuş övladı X2 ata qrafasında ata qarafasında Ərizəçi2 qeyd olunmuşdur. Maraqlı şəxs 9 mart 2023-cü il tarixli 3-16-5/8-xx-xx/2025 saylı məktubundan görünür ki, Ərizəçi1 xx.xx.2025-ci il tarixdə Maraqlı şəxsnə daxil olmuş ərizəyə əsasən, xx.xx.2025-ci ildə doğulmuş övladı X2 atasının X4 deyil, Ərizəçi2 olmasını əsas gətirərək atalığın müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Raspublikasının Ailə Məcəlləsinin 46.1-ci maddəsinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi öz aralarında nikahda olan ata və ana qeyd olunurlar. Bu müddəa əsas xx.xx.2011-ci il tarixində Zaqatala rayon Yuxarı Tala kənd ərazi nümayəndəliyində 37 nömrəli akt qeydi ilə nikaha daxil olduğu və hal-hazırda da qüvvədə olan nikaha əsasən ata qrafasında valideyn kimi X4 qeyd edilməlidir. Bu səbəbdən onun istəyinə uyğun olaraq övladının bioloji atası olan Ərizəçi2 doğum haqqında akt qeydi qeydə alınarkən atasi kimi qeyd edilməsi mümkün deyil. Bildirir ki, Azərbaycan Raspublikasının Ailə Məcəlləsinin 187.1-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Yuxarıda qeyd olunanlara əsasən, uşağın atasının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilir. Şəki şəhər 1 saylı Mediasiya Təşkilatının mediatorunun təsdiq etdiyi Ərizəçi1 ilə ilə aralarında bağlanmış MŞŞ/MT-0118/2025-00521 №li, 02 aprel 2025-ci il tarixli Barışıq Sazişindən görünür ki, xx xxxx 1988-ci il təvəllüdlü Ərizəçi2 xx xxxxxxxx 1994-cü il təvəllüdlü Ərizəçi1 02 mart 2025-ci ildə anadan olmuş övladı X2 atası olması faktını qəbul edir və o, 02 mart 2025-ci il təvəllüdlü X2 atası kim tanınmasına, 02 mart 2025-ci il təvəllüdlü X2 doğum haqqında akt qeydində və digər sənədlərdə ata qrafasında onun adının yazılmasına razıdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-760/2024 №li, 05 noyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 ilə cavabdeh Ərizəçi1 arasında 19 sentyabr 2011-ci il tarixdə Zaqatala RİHB-ın Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 37 nömrə ilə qeyd edilmiş nikah pozulması qət edilmişdir. Tətbiq edilən hüquq «Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01/2024 №li, 23 fevral 2024-cü il tarixli Qərardadı. 39-cu bəndinə əsasən Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 6.3-cü maddəsinə əsasən mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlara əsaslanır. 26-cı maddəsinin İ hissəsinin İİİ bəndinə, eləcə də İİİ və İV hissələrinə əsasən ailə münasibətlərindən irəli gələn uşağın yaşayış yerinin müəyyən edilməsinə dair mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. 33-cü maddəsinin İİ və İİİ hissələrinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34-cü maddəsinin İ, İİİ, İV və V hissələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 45-ci maddəsinə əsasən, uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçilərin izahatlarınıdinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Beləliklə, proses iştirakçılarının izahatları, eləcə də tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-760/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Ərizəçi1 ilə cavabdeh X4 arasında olan nikah pozulmuşdur. Ərizəçi1 xx.xx.2024-cü il tarixdə faktiki olaraq Ərizəçi2 ilə ailə quraraq evlənmişdir. Birgə evlilikdən onların xx.xx.2025-ci il tarixdə Lana adlı övladı doğulmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixdə Mediasiya Təşkilatında barışıq sazişi ilə müəyyən olnumuşdur ki, xx.xx.2025-ci il tarixdə anadan olmuş X1 bioloji atası Ərizəçi2dir və o, uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında onun adının yazılmasına razıdır. Ərizəçi ərizəsində aralarında barışıq sazişi olmasına və uşağın atasının Ərizəçi2 olmasını və özünün etiraf etməsinə baxmayaraq Maraqlı şəxs uşağa atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamə verməkdən imtina etdiyini və maraqlı şəxsin barışıq sazişini könüllü icra etməkdən imtina etdiyini göstərsə də, məhkəmə bununla bağlı qeyd edir ki, Maraqlı şəxs Barışıq Sazişini imzalayan tərəf deyildir və onun Barışıq Sazişini könüllü icra etməkdən imtina etməsi Barışıq Sazişinin təsdiq olunması ilə bağlı tərəflərin məhkəməyə müraciət etməsi üçün əsas ola bilməz. Çünki MPM-nin 355-23.1-ci maddəsində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə biləcəyi təsbit edilmişdir. Hazırki vəziyyətdə Ərizəçi2 Barışıq Sazişini könüllü icra etməkdən imtina etməsi halı mövcud deyildir. Lakin ərizəçinin məhkəməyə təqdim etdiyi Maraqlı şəxs 9 mart 2023-cü il tarixli 3-16-5/8-xx-xx/2025 saylı məktubu ilə müəyyən olunmuşdur ki, Ərizəçi1 Ə.M.Qanzayevlə xx.xx.2011-ci il tarixində Zaqatala rayon Yuxarı Tala kənd ərazi nümayəndəliyində 37 nömrəli akt qeydi ilə nikaha daxil olduğu üçün halhazırda da qüvvədə olan nikaha əsasən ata qrafasında valideyn kimi X4 qeyd edilməli olduğu üçün onun istəyinə uyğun olaraq övladının bioloji atası olan Ərizəçi2 doğum haqqında akt qeydi qeydə alınarkən atasi kimi qeyd edilməsi mümkün olmaması qeyd olunmuşdur. Müəyyən olunmuşdur ki, Barışıq Sazişinin könüllü icrasının mümkün olmamasının səbəbkarı Sazişin tərəfləri deyildir. Beləliklə də, Barışıq Sazişində qeyd olunmuş mübahisə ilə bağlı tərəflər razılığa gəlsələr də, işdə olan sübutlardan da göründüyü kimi, Ərizəçi1 ilə onun sabiq əri Əli Qanzayev arasında bağlanmış nikahın pozulması barədə Zaqatala Rayon Məhkəməsinin qətnaməsi mövcud olsa da, aralarında olan Yuxarı Tala kənd ərazi nümayəndəliyində 37 nömrəli akt qeydi qüvvədədir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 4.1-ci maddəsinə əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşısa da, yuxarıda qeyd olunan hal bunun tam əksini formalaşdırmışdır. Yəni, işin faktiki hallarından göründüyü kimi tərəflər uşağın atalığını müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidirlər və həmin mübahisəyə xüsusi icraat qaydasında baxılmalıdır. Çünki hazırki X3sa belə, ərizə təmin olunarsa Ərizəçi2 uşağın atası olmasını etiraf etməsinə baxmayaraq, qeyd olunan halın mövcudluğu qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını mümkünsüz edəcəkdir. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 ilə Ərizəçi2 aralarında bağlanmış onların birgə evliliyndən dünyaya gəlmiş xx.xx.2025-ci il tarixdə anadan olmuş X1 bioloji atasının Ərizəçi2 olması və uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında Ərizəçi2 adının yazılması barədə xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-23, 355-24, 355-25-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilməsin. Ərizəçilər Ərizəçi1 ilə Ərizəçi2 aralarında bağlanmış onların birgə evliliyndən dünyaya gəlmiş xx.xx.2025-ci il tarixdə anadan olmuş X1 bioloji atasının Ərizəçi2 olması və uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında Ərizəçi2 adının yazılması barədə xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-394/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-394/2025
05.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver